Anastasiya Bliznyuk - Wikipedia
Anastasiya İlyiniçna Bliznyuk (d. 28 iyun 1994, Zaporojya, Ukrayna) — Rusiyanı təmsil edən bədii gimnast. Anastasiya Bliznyuk, Rusiyanı 2012 London və Rio-de-Janeyro Olimpiadalarında təmsil edib və 2 dəfə qızıl medal qazanıb.
Anastasiya Bliznyuk | |||||||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
rus. Анастасия Ильинична Близнюк | |||||||||||||||||||
Şəxsi məlumatlar | |||||||||||||||||||
Ləqəbi | Nastya[1] | ||||||||||||||||||
Vətəndaşlığı | Rusiya | ||||||||||||||||||
Doğum tarixi | |||||||||||||||||||
Doğum yeri | Zaporojya, Ukrayna | ||||||||||||||||||
Boyu | 173 sm | ||||||||||||||||||
Çəkisi | 51 kq | ||||||||||||||||||
İdman növü | Bədii gimnastika | ||||||||||||||||||
Medallar
|
|||||||||||||||||||
Vikianbarda əlaqəli mediafayllar |
Anastasiya Bliznyuk həm də, bir dəfə Dünya, üç dəfə isə Avropa çempionu olub.
Karyerası
redaktəAnastasiya Bliznyuk, 2012-ci ildə Rusiya bayrağı altında Birləşmiş Krallığın paytaxtı London şəhərində baş tutan XXX Yay Olimpiya Oyunlarına qatıldı. O, qrup yarışlarında komanda yoldaşları Ulyana Donskova, Alina Makarenko, Kseniya Dudkina, Anastasiya Nazarenko və Karolina Sevastyanova ilə birgə finalda 57.000 xal toplayaq 1-ci yeri tutdu və Olimpiya Oyunlarının qızıl medalını qazandı.
Anastasiya Bliznyuk, növbəti dəfə Olimpiya Oyunlarına 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarına qatıldı. O, qrup yarışlarında komanda yoldaşları Vera Biryukova, Anastasiya Maksimova, Anastasiya Tatareva və Mariya Tolkaçeva ilə birgə final yarışlarında 36.233 xal toplayaraq 1-ci yeri tutdu və 2-ci dəfə Olimpiya Oyunlarının qızıl medalını qazandı.