Anar Axundov - Wikipedia
Anar Ədalət oğlu Axundov (1975, Bakı) — Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini[1]
Anar Axundov | |
---|---|
Anar Ədalət oğlu Axundov | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1975 |
Doğum yeri | |
Təhsili | |
Atası | Ədalət Axundov |
Uşağı | 2 |
Həyatı və təhsili
redaktə1975-ci ildə anadan olub.
1996-cı ildə Azərbaycan Dövlət İqtisad Universitetini iqtisadçı ixtisasi üzrə bitirib.
Əmək fəaliyyətinə Bakı Banklararası Valyuta Birjasında başlayıb, həmçinin bir sıra kommersiya banklarında çalışıb.
1999–2004-cü illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində baş mütəxəssis, şöbə rəisi və departament rəisi vəzifələrində işləyib.
2004–2006-cı illərdə Bakı Fond Birjasının Fond bazarının inkişafı departamentinin rəisi və İdarə Heyətinin sədri, 2006–2009-cu illərdə Azərbaycan İnvestisiya Şirkətinin icraçı direktoru olub.
2009–2014-cü illərdə "Bank Standart" QSC-nin İdarə Heyəti sədrinin müavini vəzifəsində işləyib.
2014–2022-ci illərdə Azərbaycan Respublikasının Təhsil Nazirliyində idarə rəisi vəzifəsində çalışıb.[2]
2022-ci ildə dövlət başçısının Sərəncamı ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) Müşahidə Şurasının üzvü təyin edilib.[3]
Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 16 aprel tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının iqtisadiyyat nazirinin müavini təyin olunub.
Ailəlidir, 2 övladı var.
Yavuz Axundlunun nəvəsi, Ədalət Axundovun oğludur.
İstinadlar
redaktə- ↑ "Anar Ədalət oğlu Axundov". 2024-04-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-04-18.
- ↑ "Təhsil Nazirliyinin bu idarəsinə yeni rəis təyin edildi". 2024-04-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-04-18.
- ↑ "SOCAR Müşahidə Şurasına yeni üzv təyin edildi". 2024-04-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-04-18.