Anar Elizade - Wikipedia
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Bu məqalənin sonunda mənbə siyahısı var, lakin mətndaxili mənbələr heç və ya kifayət qədər istifadə edilmədiyi üçün bəzi məlumatların mənbəsi bilinmir. |
Anar Əlizadə — azərbaycanlı iş adamı, Union Grand Energy Şirkətlər Qrupunun sahibi və Baş İcraçı Direktoru, "Baku Business Factory"nin təsisçisi, Socar Trading-nin təsisçisi (digər təsisçilər: SOCAR, Valeri Qolovuşkin) və keçmiş prezidenti.
Anar Əlizadə | |
---|---|
Doğum tarixi | |
Doğum yeri | Naxçıvan |
Fəaliyyəti | İş adamı |
www.anaralizade.com |
Həyatı
redaktəAnar Əlizadə 1978-ci il sentyabrın 21-də Naxçıvan şəhərində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra 1996–2000-ci illərdə Naxçıvan Dövlət Universitetində İqtisadiyyat üzrə bakalavr təhsili almış, daha sonra Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında İqtisadi İdarəetmə ixtisası üzrə magistr diplomu almışdır.
İlkin biznes fəaliyyətinə 90-cı illərin sonlarında Türkiyədən müxtəlif məhsulların gətirilib Naxçıvanda satılması ilə başlamış, daha sonra avtomobil idxalı və ailəsinin malik olduğu sərnişin daşımaları biznesləri ilə də məşğul olmuşdur.
Anar Əlizadə 2000-ci illərin əvvəllərində Bakıya gələrək biznesini burada davam etdirir. O, burada Türkiyə ilə Naxçıvan arasında apardığı ticarət nəticəsində əldə etdiyi özünün və ailəsinin topladığı ilkin kapitalı Bakının daşınmaz əmlak bazarına yatırır. Bir neçə il sonra daşınmaz əmlakın kəskin bahalaşması ona böyük qazanc gətirir.
2000-ci illərin ortalarında Anar Əlizadə BƏƏ ilə ticarət əlaqələri qurmağa başlayır. Bu sahədə o, BƏƏ-də ilk Azərbaycan investisiyalı şirkətlərdən birini quraraq kompüter və elektronik avadanlıqların istehsalı və satışı ilə məşğul olmağa başlayır.
Neft Sektoru
redaktəBƏƏ-dəki iş fəaliyyətinə başladıqdan sonra Anar Əlizadə neft sektorunda da işlər görməyə başlayır. Bu vəsilə ilə o,"Grand MMC" adlı şirkəti təsis edərək neft avadanlıqlarının ticarətinə və yerli neft şirkətlərinə texniki xidmətlərin göstərilməsi işlərinə atılır. Bu sahədəki fəaliyyətləri Anar Əlizadəni ARDNŞ-nin tərəfdaşına çevirilməsinə gətirib çıxarır. Bu tərəfdaşlıq daha sonra Azərbaycan neftinin (Azeri Light) dünyada bazarında satışını həyata keçirən yerli şirkətin – SOCAR Trading SA-nın yaradılması ilə nəticələnir. SOCAR Trading SA-nın 25% səhmlərinə sahib olan Anar Əlizadə, eyni zamanda, 6 il müddətində şirkətin Baş İcraçı Direktoru və Direktorlar Şurasının Sədri vəzifələrini yürütmüşdür. O, 2012-ci ildə SOCAR Trading SA şirkətindəki səhmlərinin hamısını ARDNŞ-ə satmışdır.
Bir müddət sonra Anar Əlizadə bütün mövcud şirkətlərini 2007-ci ildə Sinqapurda təsis etdiyi Union Grand Energy Şirkətlər Qrupu altına topladı və onu Azərbaycanda bəyan edib burada nümayyəndələyini açdı.
Mükafatlar
redaktəDekabr, 2014 — "İlin Adamı: İşgüzar Nüfuz-2014"[1].
Digər
redaktəHazırda Anar Əlizadə Azərbaycan, BƏƏ, Türkiyə və Sinqapurda neft, tikinti, ticarət və istehsal sektorlarında fəaliyyət göstərən bir çox şirkətə rəhbərlik edir. Onun Azərbaycandakı əsas fəaliyyətləri ona məxsus şirkətlərin quruda yerləşən köhnə neft yataqlarında neft istehsalının artırılması, yeni quyuların qazılması və onları müasir avadanlıqlarla təmin edilməsi, "Bakı Ağ Şəhər" layihəsində iştirakı və gənclər arasında biznes təşəbbüslərinin dəstəklənilməsi kimi işlərdir.
İstinadlar
redaktə- ↑ "İlin Adamı: İşgüzar Nüfuz-2014" Arxivləşdirilib 2015-08-17 at the Wayback Machine (az.)
Xarici keçidlər
redaktəBu məqalədəki istinadlar müvafiq istinad şablonları ilə göstərilməlidir. |
- Anar Əlizadə Haqqında
- SOCAR Trading SA
- Union Grand Energy Şirkətlər Qrupu
- Union Grand Energy Şirkətlər Qrupu və ARDNŞ
- "İlin Adamı: İşgüzar Nüfuz-2014" Arxivləşdirilib 2015-08-17 at the Wayback Machine
- Anar Əlizadə Sualları Cavablandırır Arxivləşdirilib 2015-06-04 at the Wayback Machine
- Anar Əlizadə Haqqındakı Məqamlar Bəlli Oldu
- Anar Əlizadə ilə Müsahibə
- "Baku Business Factory"nin Təsis Edilməsi Haqqında
- "Baku Business Factory" Arxivləşdirilib 2015-07-25 at the Wayback Machine
- Şəxsi Portal
- Google+