Anabadgedik Dagi - Wikipedia
Anabadgədik dağı — Kəngərli və Babək rayonları sərhədində zirvə (hünd. 2081,1 m). Dərələyəz silsiləsinin suayırıcısındakı Qaraquş yüksəkliyindən (2600,5 m) cənub-şərqə ayrılan Dərələyəz-Qapısı (Anabadgədik) qolunun suayrıcısında yerləşir. Lizbirtçayın (Cəhriçayın sağ qolu) sağ sahilində, Çalxanqala kəndindən 3 km şimal-şərqdədir. Üst Triasın Karni mərtəbəsinə aid Tənənəm lay dəstəsinin dolomit və əhəng daşlarından təşkil olunmuş qayalıqdan ibarətdir. Tektonik cəhətdən Şərur-Culfa qalxım zonasının Şərur seqmentinin cənub-şərq batım sahəsində müşahidə edilən Qaraquş antiklinalının tağ hissəsində yerləşir. Şimal-şərq yamacında şimal-qərb istiqamətli Anabadgədik dərinlik qırılması boyu Üst Triasın dolomitləri Alt Yuranın vulkanogenləri (Nehrəm lay dəstəsi) və Üst Tabaşirin terrigen-karbonat süxurları (Kotam lay dəstəsi) ilə tektonik təmasdadır. Şimal-qərb və cənub-şərq yamaclarında şimal-şərq istiqamətli fay-yerdəyişmələri izlənilir.[1]
Anabadgədik dağı | |
---|---|
Ümumi məlumatlar | |
Dağ sistemi | Kiçik Qafqaz |
Mütləq hündürlüyü | 2081,1 m |
Yerləşməsi | |
39°27′33″ şm. e. 45°15′35″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Vilayət | |
|
Həmçinin bax:
redaktəİstinadlar
redaktə- ↑ Naxçıvan Ensiklopediyası. I cild (Təkmilləşdirilmiş və yenidən işlənmiş ikinci nəşr). Naxçıvan: AMEA Naxçıvan bölməsi. V. Y. Talıbov. 2005. səh. 596. ISBN 5-8066-1468-9.