Amukta Adasi - Wikipedia
Amukta_adası - Haqqında Məlumat
Amukta adası (ing. Amukta Island) — Aleut adaları qrupuna, Dörd Dağ adalarına daxil olan ada. Siquam adasından şərqdə yerləşir.
Amukta adası | |
---|---|
ing. Amukta | |
Ümumi məlumatlar | |
Sahəsi | 75 km² |
Hündür nöqtəsi | 1055 m |
Əhalisi | 0 nəfər (2000-ci il) |
Yerləşməsi | |
52°29′44″ şm. e. 171°15′17″ q. u.HGYO | |
Ölkə | ABŞ |
Ştat | |
Akvatoriya | |
|
|
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Coğrafiya
redaktəDaxil olduğu adalar qrupunun ən qərbində yerləşən adadır. Adada aktiv olan Amukta vulkanı vardır. Adanın maksimal hündürlüyü 1055 metrdir. Ərazisi əsasən tundra bitkiləri, mamır və şibyə ilə örtülmüşdür. Duman və atmosfer yağıntıları adanın əsas xüsusiyyətlərindən biridir.
Tarixi
redaktəAda 1768-ci ildə "M. Pavel"[1] gəmisində rus dənizçiləri tərəfindən kəşf edilmişdir. 1867-ci ildə Alyaskanın satın alınması zamanı Alyaska ilə birlikdə ABŞ-yə satılmışdır.
İstinadlar
redaktə- ↑ "АЛЕУТСКИЕ ОСТРОВА". 2012-06-16 tarixində arxivləşdirilib.