Amerikan Qotikasi - Wikipedia
Amerikan qotikası (ing. American Gothic) — Çikaqo İncəsənət İnstitutunun kolleksiyasına daxil edilmiş,[4] Qrant Vudun 1930-cu ildə rəsm etdiyi əsər. Rəsmdə Vudun bacısı olaraq düşünülən gənc qızla yanında dayanan orta yaşlı fermer təsvir edilmişdir. Əsər regionalizm cərəyanının nümunəsidir.
Amerikan qotikası | ||
---|---|---|
| ||
Rəssam | Qrant Vud | |
Tarixi | 1930 | |
Ölçüləri | 78 sm[1] × 65,3 sm[1] | |
Materialı | yağlı boya[d][2] | |
Saxlanıldığı yer | Çikaqo İncəsənət İnstitutu | |
İnventar nömrəsi | 1930.934[3][2] | |
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi
redaktəRegionalizm axımına xas rəsm nümunəsi yaratmaq qərarına gələn Qrant Vud 1930-cu ildə ayovalı gənc rəssam Con Şarpla birgə Ayova və ətrafının maşınla gəzir. Bu zaman onlar, dülgər qotikası adlanan memarlıq tərzində inşa edilmiş Dibl evinə rast gəlirlər. Vud bu evdən "dözümsüz incə odunda inşa edilmiş və rahatlıqla boyanan bir ev" olaraq bəhs etmişdir. Evin sahiblərindən icazə aldıqdan sonra rəssam ertəsi gün evin eskizini yağlı boya ilə müqəvva üzərinə rəsm edir. Bu eskizdə pəncərə olduğundan daha iti və dik quruluşda təsvir edilmişdi. Əsərdə qadın obrazı kimi Vudun bacısı Nan Vud, yaşlı adam isə diş həkimi Bayron Mekkibi təsvir edilmişdir.[5]
Rəsm ABŞ-dən kənarda ilk dəfə 2016–2017-ci illərdə Parisdəki Musée de l'Orangerie və London Kral İncəsənət Akademiyasında nümayiş etdirilmişdir.
Təsviri
redaktə"Qotika dövrü" orta əsrlərə xas üslub olan və xüsusilədə memarlıqda qarşımıza çıxan, səmaya doğru sivrilən binaların inşa edildiyi dövrdür. Rəsmdə təsvir edilən və "Gothic Revival" adlanan pəncərə sistemi də məhz bu dövr üçün xarakterikdir. Bu səbəbdən rəsm əsəri "Amerikan qotikası" adlandırılmışdır.
Rəsmdə ilk baxışda ayovalı cütlük olduğu düşünülən obrazlar əslində ata və qızıdır. Kişinin əynindəki paltarlar 1930-cu illərə xas fermer geyimidir. Onun əlindəki yaba fiquru həm üzərindəki geyimdə həm də arxa planda təsvir edilən pəncərədə nəzərimizə çarpır. Yaba rəsm edilən adamın fermer olduğunu vurğulamaq üçün istifadə edilmişdir.
Fermerin qızı isə daha mühafizəkar simada rəsm edilmişdir. Rəsmdəki hər iki şəxsin paltarlarındakı detallar Vudun Qərbi Avropa səfərləri zamanı holland incəsənətindən təsirləndiyini göstərir.
İstinadlar
redaktə- ↑ 1 2 3 4 https://www.artic.edu/artworks/6565.
- ↑ 1 2 Art Institute of Chicago. 1879.
- ↑ https://www.artic.edu/artworks/6565/american-gothic.
- ↑ "About This Artwork: American Gothic". The Art Institute of Chicago. 28 May 2010 tarixində arxivləşdirilib. İstifadə tarixi: June 20, 2010.
- ↑ Cumming, Laura. "American Gothic: a state visit to Britain for the first couple". The Guardian. 5 fevral 2017. 2019-02-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 mart 2017 – The Guardian vasitəsilə.