Alxancurt Kanali - Wikipedia
Alxançurt kanalı — Şimali Qafqazda suvarma və nizamlayıcı kanal. Kanal Alxançurt vadisindən keçməklə Şimali Osetiya, İnquşetiya və Çeçenistan ərazilərinə aiddir. Kanal Alxançurt rayonlar arası suvarma və nizamlama sisteminin əsas kanalıdır. Kanalın əsas su götürmə mənbəyi — Terek çayıdır. Axançurt kanalı əsas iki qola bölünür. Qərb və Şərq kanalları. Bu qolların ayrılma nöqtəsinə kimi kanalın uzunluğu 66,4 km-dir. Qolları ilə birlikdə kanalın ümumi uzunluğu — 182,4 km-dir. Kanal inşasından sonra Açaluk çayıda kanala tökülməyə başlamış.
Alxançurt | |
---|---|
rus. Алханчуртский канал | |
Axdığı yerlər |
Şimali Osetiya İnquşetiya Çeçenistan |
Giriş | Terek çayı |
Uzunluğu | 182,4 |
Dövlət su reyestrində obyekt kodu — 07020000222308200003054[1].
Tarix
redaktəTerski və Sujen silsiləsi arasında qalan Alxan-Çurt vadisi, uzunluğu 150–160 km, eni 8–15 km, İnquşetiya, Çeçenistan və Şimali Osetiya üçün önəmli kənd təsərrüfatı bölgəsidir. Ancaq ərazidə su ehtiyatlarının azlığı torpaqların tam becərilməsinə problem yaradırdı. Vadinin su ilə təminatı məsələsi hələ 1858-ci ildə gündəmdə idi. 1925-ci ildə layihə və tədqiqat işlərinə start verildi. 1929-cu ildə suvarma və nizamlama sisteminin tikintisinə başlanmış, 1939-cu ildə başa çatdırılmışdır.
Alxançurt (Şimali Osetiya) kəndi yaxınlığında Terek çayından suyun alınması üçün bənd tikildi. Bənd 45 m uzunluğunda beton hissədən, hər biri 13,5 m olan sektor qapıları ilə bağlanmış iki deşikli drenaj hissəsindən və 300 m uzunluğunda torpaq bənddən ibarətdir. Anbarın layihə gücü 450 m³/s idi. Kanal bənddən çıxaraq şimal-şərq istiqamətdə uzanır. Kanlın 2 km-də su Kambilevka çayı üzərindən tağlı akvedukla digər sahilə keçir. Kanla qollara ayrılana kimi iki tuneldən keçir. Aşağı Aşaluki kəndində gücü 15 min кВт olan su elektrik stansiyası inşa edilmişdir. Aşağı Açaluki kəndində kanal iki qola ayrılır: Qərbi (64 km) və Şərqi (116 km). Qərb kanalının layihə su axını 7,17 m³ / s-dir. Suvarma sahəsi — 12,4 min hektardır. Şərq kanalının layihə gücü 8,5 m³/s-dir. Suvarma sahəsi — 7 min hektardır. Kanalın ümumi suvarma gücü 21,8 min hektardır.
1970-ci illərin əvvəllərində sistemdəki demək olar ki, bütün taxta konstruksiyalar qəzalı texniki vəziyyətdə idi və onların tutumu suvarılan torpaqların sahəsini artırmağa imkan vermirdi. Suvarılan əkin sahələrinin sahəsini artırmaq üçün Alxançurt suvarma sistemi strukturlarının ötürücülük qabiliyyətini 15 m³ / s-ə qədər artırmaq lazım idi. Bunun üçün 1970-ci ildə Sevkavgiprovodxoz institutu Kambileevski akvedukunun yenidən qurulması layihəsini hazırladı.[2]
İstinadlar
redaktə- ↑ Ресурсы поверхностных вод СССР: Гидрологическая изученность. Т. 8. Северный Кавказ / под ред. Д. Д. Мордухай-Болтовского. — Л.: Гидрометеоиздат, 1964. — 309 с.
- ↑ "Алханчуртский канал. water-rf.ru. Дата обращения: 23 октября 2020. // "Вода России"". 2019-03-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-26.