Alvin Mittas - Wikipedia
Alvin Mittaş (alm. Alwin Mittasch, y.sorb Alwin Pawol Mitaš; 27 dekabr 1869[2][3] – 4 iyun 1953[2][3], Heydelberq, Baden-Vürtemberq) — Sorb və alman kimyaçısı və professoru.
Alvin Mittaş | |
---|---|
alm. Alwin Mittasch, y.sorb Alwin Pawol Mitaš | |
Doğum tarixi | 27 dekabr 1869[2][3] |
Vəfat tarixi | 4 iyun 1953[2][3] (83 yaşında) |
Vəfat yeri | |
Elm sahəsi | kimya[1] |
Elmi dərəcəsi | |
Təhsili | |
Elmi rəhbəri | Vilhelm Ostvald |
Üzvlüyü | |
Vikianbarda əlaqəli mediafayllar |
Bioqrafiya
redaktəO, 1869-cu il dekabrın 27-də Libiy şəhəri yaxınlığındakı Dajin Sorb kəndində çoxuşaqlı müəllim ailəsində anadan olub. Təhsilinə doğma kəndində ibtidai məktəbində başlayır. Daha sonra Bautzendəki internat məktəbinə gedir və burada 1889-cu ildə müəllimlər texnikumunu oxuyur və buranı bitirir. Bundan sonra o da atası kimi müəllimlik fəaliyyətinə başlayır.[5] Quttau yaxınlığındakı Kliksdəki ibtidai məktəbdə köməkçi müəllim kimi ilk işi olur. Və o burada üç il işləyir. Böyük qardaşının təklifi ilə o, 1892-ci ildə Leypsiqə köçür və burada beş il Leypsiq-Kleinzschocher rayon məktəbində işləyir. Eyni zamanda tarix, fəlsəfə, psixologiya və təbiət elmləri də daxil olmaqla çoxsaylı fənlər üzrə universitetdə qiyabi təhsil almağa başlayır. 1894-cü ildən o, Vilhelm Ostvaldın energetika üzrə mühazirələrində iştirak etmişdir. Ancaq buna baxmayaraq yavaş-yavaş özünü kimyaya həsr edirdi. Təhsilləri başa vurduqdan sonra Kimya İnstitutunun yaxınlığındakı məktəbdə dərs deməyə başladı. O, ilk olaraq orta məktəbdə kimya və fizika müəllimi olmaq məqsədi ilə kimyanı öyrənmişdir. 1901-ci ildə Vilhelm Ostvaldın fiziki kimya kafedrasında kimya üzrə doktorluq dissertasiyası müdafiə etmişdir. Maks Bodenşteyn onun doktorluq məsləhətçisi olur. Müəllim kimi tam ştatlı işləməsinə baxmayaraq, Mittaş nikel karbonilləri ilə bağlı dissertasiyasını bir il yarımdan sonra yüksək qiymətlə müdafiə edir və başa vurur. 1932-ci ildə böyük oğlu Haynts Mittaşın ölümündən sonra o, erkən təqaüdə çıxdı, Heidelbergə köçür və özünü yazı, musiqi və bağçılıqla məşğul olmağa həsr edir. Alvin Mittaş 1953-cü ildə Heydelberqdə vəfat edib.[6]
Elmi fəaliyyəti
redaktəMittaş karyerasına 1903-cü ildə Axen yaxınlığındakı Stolberqdə mədənçıxarma, qurğuşun və sink istehsalı üzrə səhmdar cəmiyyətində analitik kimyaçı kimi başlamış və tezliklə metallurgiya sənayesində rəhbər vəzifə tutmuşdur. Ancaq cəmi bir ildən sonra o, o vaxtkı doktorantının tövsiyəsi ilə BASF-ə keçdi və burada Karl Boşun köməkçisi kimi işləməyə başladı. O, azotun metal nitridləri və metal siyanidləri üzərində bərkidilməli olduğu təcrübələrdə iştirak etmişdir. 1909-cu ildə Mittaş dəmir oksidi əsasında ammonyak istehsalı üçün katalizatorun sistemli axtarışına başladı və bunun nəticəsində 20.000-ə yaxın optimallaşdırma testi aparıldı. Tapılan katalizator (Dəmir(II/III)-Oksid Fe3O4, K2O, CaO, Al2O3 und SiO2) genişmiqyaslı ammonyak sintezini təmin edirdi və bu gün də demək olar ki, dəyişməz olaraq istifadə olunur. Böyük uğurlarının nəticəsi olaraq, Mittaş 1918-ci ildə BASF-nin o zamanlar yeni yaradılmış ammonyak laboratoriyasında tədqiqat rəhbəri oldu. 85-ə yaxın ixtira qeydə alınıb. Elmi fəaliyyətinə görə o, kimya elmləri doktoru fəxri adını almışdır.[7]
Əsərləri
redaktə- Chemische Dynamik des Nickelkohlenoxyds (Makale), Zeitschrift für physikalische Chemie, 1902, 40, 1-88
- Von Davy und Döbereiner bis Deacon. Ein halbes Jahrhundert Grenzflächenkatalyse, 1932 (mit E. Theis)
- Kurze Geschichte der Katalyse in Praxis und Theorie, 1939
- Lebensprobleme und Katalyse (1947)
- Von der Chemie zur Philosophie. Ausgewählte Schriften und Vorträge, 1948 (mit Autobibliographie)
- Geschichte der Ammoniaksynthese, Verlag Chemie, Weinheim, 1951, 196 Seiten
- Salpetersäure aus Ammoniak, 1953
- Erlösung und Vollendung. Gedanken über die letzten Fragen, 1953
Ədəbiyyat
redaktə- Michael Jahrstorfer: Alwin Mittasch zum 80. Geburtstag. In: Zeitschrift für Elektrochemie und angewandte physikalische Chemie. Bd. 54 (1950), H. 1. S. 1–3, doi:10.1002/bbpc.19500540102.
- Alfred von Nagel: Alwin Mittasch. In: Kurt Oberdorffer (Hrsg.): Ludwigshafener Chemiker. Econ, Düsseldorf 1958, S. 137–170.
- ABC Geschichte der Chemie. Deutscher Verlag für Grundstoffindustrie, Leipzig 1989, ISBN 3-342-00118-6.
- Alwin Mittasch. In: Chemische Berichte 1957, 90, S. XLI–LIV (mit Bibliographie).
- Wunder der Katalyse. In: Die Rheinpfalz 11. März 1950.
İstinadlar
redaktə- ↑ 1 2 Çex Milli Hakimiyyət Məlumat bazası.
- ↑ 1 2 3 4 Alwin Mittasch // Brockhauz Ensiklopediyası (alm.).
- ↑ 1 2 3 4 Alwin Mittasch // Munzinger Personen (alm.).
- ↑ 1 2 Deutsche Nationalbibliothek Record #117063371 // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.
- ↑ "Arxivlənmiş surət". 2023-04-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-07.
- ↑ "Arxivlənmiş surət". 2023-04-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-07.
- ↑ "Arxivlənmiş surət". 2022-02-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-07.