Alvaro Obreqon - Wikipedia
Alvaro Obreqon Salido (isp. Álvaro Obregón Salido; 19 fevral 1880[1][2] – 17 iyul 1928[3][1][…]) — Meksika hərbi və siyasi xadimi, Meksika inqilabının iştirakçısı, 1 dekabr 1920-ci ildən 30 noyabr 1924-cü ilə qədər Meksika Prezidenti.
Alvaro Obreqon | |
---|---|
isp. Álvaro Obregón Salido | |
1 dekabr 1920 – 30 noyabr 1924 | |
Əvvəlki | Adolfo de la Uerta |
Sonrakı | Plutarko Elias Kalyes |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 19 fevral 1880[1][2] |
Vəfat tarixi | 17 iyul 1928[3][1][…] (48 yaşında) |
Fəaliyyəti | siyasətçi, hərbi qulluqçu |
Hərbi xidmət | |
Döyüşlər | |
Rütbəsi | general |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəKiçik torpaq sahibi olmuşdur. O, yerli idarədə çalışmış və daha sonra, Meksika inqilabı illərində inqilabçılara qoşulmuşdur. O, 1913–1914-cü illərdə Viktoriano Uertaya qarşı çıxmış və prezident Venustiano Karransanın tərəfini tutmuşdur. 1920-ci ildə prezident seçkilərində qalib gəlmiş və inqilabi prosesə yenidən başlamışdır. Buna baxmayaraq, o, aqrar islahatları məhdudlaşdırmış və Amerikanın maraqlarına hörmət etmişdir. 1928-ci ildə yenidən respublikanın prezidenti seçilmiş və bir həftə sonra sui-qəsd nəticəsində öldürülmüşdür.[4]
İstinadlar
redaktə- ↑ 1 2 3 4 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
- ↑ 1 2 Alvaro Obregon // Encyclopædia Britannica (ing.).
- ↑ 1 2 Обрегон Альваро // Большая советская энциклопедия (rus.): [в 30 т.]. / под ред. А. М. Прохорова 3-е изд. Москва: Советская энциклопедия, 1969.
- ↑ "Álvaro Obregón | enciclopedia.cat". www.enciclopedia.cat. 2022-11-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-02-08.
Əlavə ədəbiyyat
redaktə- Обрегон, Альваро // Большая советская энциклопедия: [в 30 т.] (3-е изд.). М.: Советская энциклопедия. гл. ред.: А. М. Прохоров. 1969–1978.