Altay Dag Qoyunu - Wikipedia
Altay qoyunu (Ovis ammon ammon) — məhv olma təhlükəsi altındadır.
Altay dağ qoyunu | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
XƏTA: parent və rang parametrlərini doldurmaq lazımdır. ???: Altay dağ qoyunu |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
Görünüşü
redaktəBədəni sıx ama incədir. Ayaqları hündür və nazikdir. Boynu uzunsov və incədir. Quyruqu qısadır. Ölçülərinə görə dağ qoyunlarının başqa alt növlərindən daha iridir: erkəklərin hündürlüyü peysərdə 125 sm. erkəklərin ən uzun kəllə sümükləri ölçüsü 345-385 mm, ortalama 360 mm, dişilərdə 305-337 mm, ortalama 318 mm. Buynuzlar həm erkəklərdə həm dişilərdə var, özüdə dişilərdə ölçüləri xeyli kiçikdir. Onlar çox böyükdülər, uzunluğu 129 sm., əsasında əhtəsi 40-50sm. qədər, ortalama 44sm. Buynuz yuxarıya, yana və arxaya burulur və spiral üzrə əks tərəflərə əyilir, sağ buynuz sağ tərəfə, sol isə sola. Buynuzun irəli yönəlib və yüngülvari çölə əyilir, özüdə buynuz spiralın ikinci çüvrəsini başlayır. Buynuzun xarici qabırğası zəif ifadə olunub, üst tərəfi bir az qabarıqdır.
Yayılma arealı
redaktəŞimal-Qərb və Şimal Monqolustanda, eləcə də Rusiya Federasiyasında Altayın cənub-şərqində dağ silsilələrilə yayılaraq və Çuy çölünü əhatə edərək məskunlaşıblar.
Dağ qoyunları platolarda, dağətəyində zəif kəsişən relyefdə qalırlar. Kəskin kəsişən relyef onların məskunlaşması üçün tipik deyil. Alçaq-otlu və dağ-çöl bitki örtüklü çöllərə üstünlük verirlər. Səhralarda da qalırlar. Onlar üçün ən yaxşı kombinasiya, hər tərəfdən qayalıqlarla və qobularla əhatə olunan nisbətən açıq otlaqlar, harda ki onlar düşmənlərdən sığına bilərlər, isti günəşdən və güclü küləkdən gizlənə bilərlər. Muflonlarla, talalarla aralıklı kolluqlarda da, dağ iynəli meşələrinin kənarlarında da qarşılaşmaq olar.
Qidalanması
redaktəMüxtəlif ot bitkiləri ilə qidalanırlar. Yayılma arealının əsas hissəsində alaf (çayır otu, quş otu, bluyeqras); hündür-dağlıq yerlərdə(çulluk) xüsusən Pamirdə; yarı-arid sahələrdə yovşan, adaçayı, soğanlar. Badxızda onlar əsasən yaşıl ya da quru blueqrass və çulluq. Kopetdaqda yay vaxtı çulluq, astraqalus, çayır otu ilə qidalanırlar. Cunqar Alatausında yayda çayır otu, atraphaxis, quş otu ilə qidalanırlar. Payızda mədənin içindəkinin təkibinin 90 % soğanlardı, yazda isə çayır, və quş otu. Üstyürtda qidada əsasən barilla üstünlük təşkil edir.
Miqrasiya
redaktəYayda dağların aşağı ətəklərinə (İli-arxası və Cunqar Alatausuna) şaquli istiqamətdə 1500-2000 m. kiçik mövsümi şaquli miqrasiyları qeyd edilib. Yay vaxtı səhər və axşamlar fəaldırlar. Qışda - günün işıqlı hissəsində.
Çoxalması və həyat dövriyyəsi
redaktəQızışma vaxtları, arealın müxtəlif yerlərində oktyabrın ortasından yanvarın ortasına qədər, dəyişkəndir. Qızışma üç həftədən 1,5 aya qədər davam edir. Qərbi, Şimali və Şərqi Tyan-Şanda adətən oktyabrın ikinci yarısından noyabrın ortasına qədər; Kopetdaqın mərkəzi hissəsində - noyabrın ikinci yaraısından dekabrın ortalarına qədər olur. Tyan-Şanın mərkəzi hissəsində dekabrın ortalarına qədər olur. Yayda erkəklər və dişilər aralı olur, qızışmanın əvvəlində qarışıq sürülərdə birləşirlər. Qızışma vaxtı kiçik qruplarla qarşılaşırlar; 2-3 erkək və bir neçə dişi, eləcə də hər iki cinsdən olan gənc heyvanlar. Boğaz olma vaxtı 5 aydır. Dişi adətən bir, bəzən üç quzu gətirir. Talas və Cunqar Alatausunda adətən apreldə, Aksu-Cabaqlı qoruqunda(Qərbi Tyan-Şan)-aprelin ortasına-sonuna; Qazax yaylalarında, Tarbaqatay, Altayda - mayın əvvəlində; Tyan-Şanda - mayın sonu-iyun balalayırlar. Quzular bir aylıqlarında otlamağa başlayırlar. Cinsi yetkinlik həyatının ikinci ilində başlanır, erkəklərdə üç yaşında, ancaq sonuncular çoxalmada 5-6 yaşdan əvvəl iştirak etmirlər. 12-13 il yaşayırlar.
Düşmənləri
redaktəƏsas düşməni hər yerdə canavar, eləcə də bəbir və irbisdır. Nadir hallarda dağ qoyunlarını vaşaq, berkutlar da ovlaya bilər.
İstinadlar
redaktə- ↑ Mammal Species of the World (ing.): A Taxonomic and Geographic Reference. / D. E. Wilson, D. M. Reeder 3 Baltimore: JHU Press, 2005. 35, 2142 p. ISBN 978-0-8018-8221-0
Mənbə
redaktə- В.Е. Соколов. Редкие и исчезающие животные. Млекопитающие. Москва Высшая школа 1986 səh. 447-449