Altay Efendiyev - Wikipedia
Altay Əfəndiyev — (21 fevral 1958) Azərbaycan diplomatıdır. Azərbaycanın İspaniyadakı fövqəladə və səlahiyyətli səfiri. Demokratiya və İqtisadi İnkişaf Təşkilatının Baş katibi — GUAM (2016-cı ildən).
Altay Əfəndiyev | |
---|---|
Azərbaycanın İspaniya Krallığında fövqəladə və səlahiyyətli səfiri[1][2] | |
9 fevral 2010 – 19 may 2015 | |
Azərbaycanın Andorra Knyazlığındakı fövqəladə və səlahiyyətli səfiri[2][3] | |
30 mart 2010 – 19 may 2015 | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 21 fevral 1958 (66 yaş) |
Partiya | |
Fəaliyyəti | diplomat |
Həyatı
redaktəTaras Şevçenko adına Kiyev Dövlət Universitetinin Beynəlxalq Münasibətlər İnstitutunu, Moskvadakı Şərqşünaslıq İnstitutunun aspiranturasını bitirib. Hollandiyanın "Klingendel" Beynəlxalq Əlaqələr İnstitutunda təhsil alıb, Haaqa, Hollandiya; MBA, J. Cass Biznes Məktəbi, City University, London, İngiltərə; "Hökümətdə Yüksək Səviyyəli Menecerlər" Proqramı, JFK İdarəçilik Məktəbi, Harvard Universiteti, ABŞ. Danışır: Azərbaycan, rus, ingilis, fransız, ispan, türk, ukrainca
1980–1992-ci illərdə Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunun elmi işçisi, Bakı, Azərbaycan.
1992–1993-cü illərdə — Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Beynəlxalq İqtisadi Əlaqələr Departamentinin ikinci katibi / birinci katibi;
1993–1994-cü illərdə — Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin İkitərəfli İqtisadi Əməkdaşlıq şöbəsinin müdiri;
1994–1997-ci illərdə — Azərbaycan Respublikasının Böyük Britaniyadakı səfirliyi, İqtisadi məsələlər üzrə birinci katib;
1997–2000-ci illərdə Azərbaycan Respublikasının Böyük Britaniyanın Londondakı səfirliyində iqtisadi məsləhətçi olmuşdur;
2000–2004-cü illərdə — Xarici İşlər Nazirliyinin İqtisadi Əməkdaşlıq və İnkişaf idərəsinin rəisi, Xarici İşlər Nazirinin İqtisadi Məsləhətçisi;
2004–2009-cu illərdə — Qara Dəniz İqtisadi Əməkdaşlıq Daimi Beynəlxalq Katibliyinin Baş katibinin müavini;
2009–2010-cu illərdə — Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin İqtisadi Əməkdaşlıq və İnkişaf idarəsinin rəisi;
2010–2015-ci illərdə — Azərbaycan Respublikasının İspaniya Krallığında və Andorra Knyazlığında fövqəladə və səlahiyyətli səfiri;
1 yanvar 2016-cı ildən — Demokratiya və İqtisadi İnkişaf Təşkilatının Baş katibi — GUAM, Kiyev ; Bakı Dövlət Universitetində, Qərb Universitetində (Bakı) və digər özəl qurumlarda, habelə yüksək menecment kurslarında beynəlxalq iqtisadi münasibətlərdən dərs deyir.
Digər fəaliyyətlər
redaktə— Azərbaycan Respublikası ilə Aİ arasında Tərəfdaşlıq və Əməkdaşlıq Sazişinin həyata keçirilməsinə dair Ticarət və İqtisadiyyat Alt Komitəsinin həmsədri; — Azərbaycan-Britaniya Ticarət və Sənaye Şurasının üzvü; — Azərbaycan Respublikası Sahibkarlar Konfederasiyası Məsləhət Şurasının üzvü; — Beynəlxalq Qara Dəniz Araşdırmaları Mərkəzinin İdarə Heyətinin üzvü (Afina, Yunanıstan); — Maliyyə İnkişafına dair Monterey Sammitində Azərbaycan Respublikasının nümayəndə heyətinin rəhbəri; — 2002-ci il Dünya Davamlı İnkişaf Sammitində Milli nümayəndə heyəti rəhbərinin müavini, Johannesburg, Cənubi Afrika; — 2003 Dünya Su Sammitində Milli nümayəndə heyətinin sədr müavini, Kyoto, Yaponiya.
İstinadlar
redaktə- ↑ "A.V.Əfəndiyevin Azərbaycan Respublikasının İspaniya Krallığında fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında". 2022-08-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-17.
- ↑ 1 2 "A.V.Əfəndiyevin Azərbaycan Respublikasının İspaniya Krallığında və Andorra Knyazlığında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılması haqqında". 2022-08-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-17.
- ↑ Azərbaycan Respublikasının İspaniya Krallığında Fövqəladə və Səlahiyyəti Səfiri A.V.Əfəndiyevin iqamətgahı Madrid şəhərində olmaqla, eyni zamanda Azərbaycan Respublikasının Andorra Knyazlığında Fövqəladə və Səlahiyyətli Səfiri təyin edilməsi haqqında [ölü keçid]
Şəxs və ya bioqrafiya haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |