Alt Paltari - Wikipedia
Alt paltarı (fr. culotte troussée — sarınmış, bükülmüş və ümumiyyətlə «qısa şalvarlar»[1]) — bilavasitə çılpaq bədənə geyilən geyim. Ənənəvi olaraq alt paltarlar sağrı və cinsiyyət orqanlarını bağlayır. Qadınlar və kişilər üçün alt paltarları mövcuddur. Bir qayda olaraq, əsl alt paltarlarını pambıq və ipək materiallardan hazırlayırlar, ancaq sintetik və kətan materiallardan da istifadə olunur. Müasir dövrdə kişilər və qadınlar üçün alt paltarlarının çox sayda biçim və növləri mövcuddur:
- Qadın alt paltarı - Strinqlər, tanqa, tonq, Slip, Bikini, şort-strinqlər, braziliyana
- Kişi alt paltarı - bokser, Brif, Bokser-briflər, cok və sliplər
- Üzgücü alt paltarı - əsasən tez quruyan sintetik materiallardan hazırlanır.
Kişi və qadın alt paltarı növləri
redaktəBokser-briflər | Brif | bokser | Üzgücü alt paltarı |
Strinqlər | Tonq | Bikini |
Alt paltarların bir çox modelləri (bokserləri çıxmaqla) bədənə sıx yapışır. Alt paltarlar üst geyimləri bir sıra ifrazatlarla (tər və sidik) çirklənmədən, həmçinin intim bölgələri üst paltarların çirklərinin daxil olunmasından qoruyur. Soyuq aylarda alt paltarı əlavə istilik sağlayaraq soyuqlamadan qoruyur.
İstinadlar
redaktə- ↑ Успенский Л. В. «Ты и твоё имя»
Web links
redaktə- „Beinkleider sind rathsam“. Kleine Geschichte der Unterhose, Sonderausstellung des Reutlinger Heimatmuseums vom 22. Juli 2007 bis zum 23. September 2007
- Vom Unaussprechlichen zum Ausgesprochenen - zur Kulturgeschichte der Herrenunterwäsche
- „Unterhose in unterschiedlichen Sprachen“ Arxivləşdirilib 2011-12-19 at the Wayback Machine