Alpout Goycay - Wikipedia
Alpout — Azərbaycan Respublikasının Göyçay rayonunun Alpout kənd inzibati ərazi dairəsində kənd.[1]
Alpout | |
---|---|
40°29′13″ şm. e. 47°56′34″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Tarixi
redaktəƏvvəllər Azərbaycanın Quba, Ağdam, Şamaxı, Samux rayonlarının ərazilərində də Alpout adlı kəndlər qeydə alınmışdır. Etnotoponimdir. Məlumdur ki, VIII əsrdən adları çəkilən alpoutlar Səfəvilərə hərbi xidmət etdiklərinə görə Cənubi Qafqazın müxtəlif yerlərində torpaqlar almışdılar. Buda Alpout adının yayılma arealına öz təsirini göstərmişdir.
Hal-hazırda bu adda yaşayış məskəni Qazax, Laçın, Ucar, Goranboy və Bərdə rayonlarında da vardır. Mənbələrdə bu sözə Alp Azux, Alp-ər Tonqa, Alp-Arslan tərkiblərinədə rast gəlirik. Alp igid mənasında XV əsərə qədər dilimizidə işlənmişdir.XV əsrdən sonra mənbələrdə bu sözə rast gəlinmir. Qeyd etmək lazımdır ki, "Dədə Qorqud"da "alp" sözü ilə yanaşı "dəli" sözü də igid mənasında işlənnmişdir (Dəli Domrul, Dəli Budaq). XV əsərdən sonra alp sözü arxa plana keçmiş, dəli sözü igid mənasında ümumişləkilik qazanmışdır. "Koroğlu" dastanında (Dəli Həsən) igidlərin hamısı dəli adlanandırılır (Koroğlunun dəliləri deyilir). Sonralar bu sözdə də arxaikləşmiş və dilimizdə igid sözü işlənmişdir. Alpout sözündəki ikinci komponent "oud" isə bout, boyat, boud, oud, bayat-el mənasında işlənir. Yəni igid boyat eli, igid oğuz eli (oud-oğuz) mənasında işlənir.
Toponomikası
redaktəGöyçay rayonunun mərkəzindən cənub-şərqdə, Şilyan çayının sol sahilində, Şirvan düzündə yerləşir. Etnotoponimdir. Məlumdur ki, Alpout yaşayış məntəqəsi alpaut (alpout) türk dilli tayfaların adı ilə əlaqədardır. Alpout (Alpavut) tayfasının adı qədim türk mənbələrində VII əsrdən etibarən çəkilir. Bir sıra mənbələrdə və sənədlərdə tayfanın adı alpout – alpovut – alpağut kimi göstərilir.
VIII əsrdən mənbələrdə adları çəkilən alpoutlar Səfəvilərə hərbi xidmət etdikləri-nə görə Cənubi Qafqazın müxtəlif yerlərində torpaqlar almışdılar. Bu da Alpout adının yayılma arealına öz təsirini göstərmişdir Keçən əsrin əvvəlində Azərbaycanda 11 Alpout kəndi qeyd olunmuşdur. Alp sözü “ qorxmaz, igid, qəhrəman” mənasındadır. XV əsrdən öz fuksiyasına görə bu söz “dəli” sözü ilə əvəzlənir.[2]
Məlumat
redaktəBu, kənd r-n mərkəzindən 40 km c.-ş.-də Şilyan çayının sol sahilində, Qaraməryəm – Müsüslü şose yolu kənarında yerləşir. Qədim türk tayfası olan Alpout öz adını tarixə həkk etmişdir. Məşhur Azərb. tarixçisi Həsənbəy Rumlunun (XVI əsr) Azərbaycan ərazisində yaşamış müxtəlif qəbilələr haqqında məlumatlarını əks etdirən “Axsanut-tavarix” (“Əhsən ət-tavarix”) kitabında alpavut (alpout) qəbiləsinin adı çəkilir. Beləliklə, həm arxeoloqların verdikləri məlumatlar, həm toponimlər bu regionun qədim zamanlardan tarixi dolğun hadisələrlə zəngin bir ərazi olduğunu göstərir. Hal-hazırda Göyçay, Ucar, Bərdə, Goranboy, Qazax və Laçın rayonlarında Alpout adlı kəndlər var.
Əhalisi
redaktəMəşğuliyyəti
redaktəƏhalisi əsasən taxılçılıq, bağçılıq və heyvandarlıqla məşğul olur.[3]
Din
redaktəKənddə "Hacı Cəlil" məscidi dini icması fəaliyyət göstərir[4]. Hacı Cəlil məscidi Göyçay rayonun ən qədim məscidlərdən biridir.
Hacı Cəlil Əfəndi məscidi r-nun tarixən qədim məscidləri sırasına daxildir. Məscid Alpout k.-nin Aşağı Baş deyilən ərazisində yerləşir. Bu abidənin bir əsrdən çox yaşı vardır. Məscid XIX əsr abidələrindəndir. Məscid ölkə əhəmiyyətli memarlıq abidəsi kimi dövlət tərəfindən qorunur (INV 4270). Məscidi Hacı Cəlil Əfəndi tikdirib. Ona görə bu məscid Hacı Cəlil Əfəndi məscidi adlandırılır. Məscidin tikintisində bişmiş kərpic, kirəc və çay daşından istifadə olunub. Binanın şm. tərəfdəki divarının yuxarı hissəsində qara daşın üzərinə Azərbaycan dilində bu sözlər yazılıb: “Məscidi Hacı Cəlil Əfəndi tikdirmiş, sonralar davamçısı Hacı Əziz tərəfindən təmir olunmuşdur”. Məsciddən sovet hakimiyyəti illərində barama bəsləmə məntəqəsi kimi istifadə edilib.
Binanın ümumi sahəsi 240 kv.m, daxili hündürlüyü 4,5 m-dir. İbadət zalının sahəsi uzunu 20 m, eni 10 m olmaqla 200 kv.m-dir. Bu zal eyni anda 250 nəfərin birlikdə ibadət etmələri üçün əlverişlidir. Zalın işıqlı olması üçün 4 pəncərə binanın şərq divarında, 2 pəncərə şimal tərəfində olmaqla 6 pəncərəsi və zala daxil olmaq üçün 1 giriş qapısı vardır. Qapı şərq tərəfdəndir. Qapı və pəncərələrin tağvari formada olması bu qədim binaya xüsusi gözəllik verir. Şərq tərəfdən giriş qapısı önündə 4 m enində 10 dirək üzərində məscid boyu uzanan açıq eyvanı vardır. İbadət zalının daxilində qadınların ibadət edə bilmələri üçün arxa tərəfdən 4 m enində zal, eni boyu dayaqlar üzərində balkon qurulub. Həmin balkona çıxmaq üçün pilləkən məscidin eyvanındadır. Məscidin damı ağ dəmir örtüklə örtülmüş, minarəsi damın üzərində 3 m hündürlüyündədir. Minarə səkkizguşəli olub, güldəstə fomasındadır. Günbəzi dəmir təbəqə ilə işlənmişdir. Məscid müqəddəs abidə kimi həm dövlət, həm də kənd camaatı tərəfindən gözəl və təmiz bir şəkildə qorunub saxlanılır.
Mənbə
redaktə- Əli Əliyev, Laçın – Qədim Oğuz yurdu. Bakı-2009. "Avropa" nəşriyyatı. səh.20.
- Azərbaycan Respublikası məscidlərinin ensiklopediyası. Bakı, 2001, s. 162;
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı, 2024" (PDF) (az.). stat.gov.az. 2024-02-28. 2024-03-14 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-04-05.
- ↑ Azərbaycan coğrafiyası. Ensiklopedik lügət. Bakı: “Günəş” 2011.
- ↑ Alpout (Göyçay) // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. I cild. Bakı: Şərq-Qərb. 2007. səh. 35. ISBN 978-9952-34-155-3.
- ↑ MÜSƏLMAN DİNİ İCMALAR - 2011-ci ildə qeydiyyatdan keçənlər Arxivləşdirilib 2019-12-21 at the Wayback Machine. scwra.gov.az (az.)
Kənd haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |