Alolar - Wikipedia
Alolar — Azərbaycanın Kəlbəcər rayonunun Yellicə kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Kəlbəcər rayonunun Keşdək kənd Sovetindən Alolar kəndi Yellicə kənd Sovetinin tərkibinə verilmişdir.[1] 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 25 noyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətindədir.
Alolar | |
---|---|
40°05′42″ şm. e. 46°00′50″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Toponimikası
redaktəYaşayış məntəqəsi XIX əsrin ortalarında Keştək kəndinə məxsus binə olmuşdur. Sonralar həmin kənddən alolar nəslinə mənsub ailələrin burada daimi məskunlaşması nəticəsində yaşayış məntəqəsi yaranmışdır. Etnotoponimdir.[2] Digər məlumata görə Alolar kəndi Dərələyəzdən gəlib burada məskunlaşan Alo adlı kişinin adı ilə bağlıdır.[3]
Tarixi
redaktəCoğrafiyası və iqlimi
redaktəKənd Tərtərçayın qolu olan Keşdək çayının (digər adı Alolar suyu) sahilində yerləşir.
Yaylaqları
redaktəÇəvlik yurdu, Yuxarı Pələngə yurdu, Aşağı Pələngə yurdu, Daşınbaşı yurd, Bağırxan yurdu, Dəlihəsən yurdu, Əlinin yurdu, Əyri yurd
Bulaqları
redaktəQara bulaq, Çoban bulağı, İşgəsu bulağı, Ağqaya bulağı, Xırmandaşının bulağı, Ağ bulaq, Daş bulaq, Həmərsinlinin bulağı, Kolludaş bulağı, Xəlyarlı bulaqları, Səvlik bulağı, Qoyun kahasının bulağı, Quzu kahasının bulağı, Yanıq bulaq, Pırtpırt bulaq, Qıjılı bulaq, Dərə yurdunun bulaqları, Əyri yurdun bulağı, Şırşır bulaq[3]
Məşhur yerləri
redaktəBostanlar, Göyüşün yal yeri, Dikgüney, Dalmeşə, Yal yeri, Qalaça quzeyi, Yuxarı kor bulaq, Aşağı kor bulaq, Qalaça, Keşdəyin düzü, Murtuzabiçən, Xarrat, Danadaşı, Xırmandaşı, Zalın meşə yeri, Ağqaya, Çiçəkli, Molla Allahverdinin biçənəyi, Palçıqlı yal, Kolludaş, Vəliölən, Rzanın damı, Paşa düzdağı, Xəlyarlı, Yanıq, İbrahimin kahası, Taruçan, Biçilənyal, İtlərqırılan, Şirinin şamı, Qaraqaya, Ellaz ayı tutan, Ələmağacı [3]
Binələri və qışlaqları
redaktəPələngə binəsi
İqtisadiyyatı
redaktəƏhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı — əkinçilik, maldarlıq və heyvandarlıq təşkil etmişdir.
İstinadlar
redaktə- ↑ "Azərbaycan Respublikasının Bakı, Gəncə və Sumqayıt şəhərlərinin, Abşeron, Ağdaş, Ağsu, Ağcabədi, Balakən, Bərdə, Beyləqan, Vartaşen, Quba, Qutqaşen, Daşkəsən, İmişli, Yevlax, Kəlbəcər, Kürdəmir, Gədəbəy, Goranboy, Laçın, Lerik, Lənkəran, Mirbəşir, Puşkin, Saatlı, Füzuli, Cəbrayıl və Şamxor rayonlarının, Dağlıq Qarabağ Muxtar Vilayəti Şuşa rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı". 2022-05-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-09-11.
- ↑ Alolar // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. I cild. Bakı: Şərq-Qərb. 2007. 304. ISBN 978-9952-34-155-3.
- ↑ 1 2 3 Məzahir Təhməzov Kəlbəcər Ensiklopedik məlumatlar Toponimlər fotoşəkillər xəritələr
Həmçinin bax
redaktə Kəlbəcər rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |