Almali Daskesen - Wikipedia
Almalı — Azərbaycan Respublikasının Daşkəsən rayonunun Zinzahal kənd inzibati ərazi dairəsində kənd.[2]
Almalı | |
---|---|
40°24′58″ şm. e. 46°11′11″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Toponimikası
redaktəKənd əvvəllər Almalı adlanan yamacda qonşu Zinzahal kəndindən köçmüş ailələr tərəfindən salınmışdır. Oykonim alma (meyvə ağacı) və -lı (varlıq, bolluq bildirən şəkilçi) komponentlərindən düzəlib, "alma bağı olan kənd" deməkdir.[3]
Tarixi
redaktəTarixi abidələri
redaktəKənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır.
Coğrafiyası və iqlimi
redaktəKənd Murovdağ silsiləsinin yamacında, Gəncəçayın sahilində yerləşir.
Əhalisi
redaktəİl | Daimi əhali | Kişilər | Qadınlar |
---|---|---|---|
1999[4] | 158 | 79 | 79 |
2009[5] | ↘155 | =79 | ↘76 |
İqtisadiyyatı
redaktəƏhalinin əsas məşğuliyyətini əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Mədəniyyəti
redaktəKənddə Almalı kənd kitabxana filialı, Almalı kənd klubu fəaliyyət göstərir.[6]
Təhsil
redaktəKənddə Daşkəsən rayon Almalı kənd ümumi orta məktəbi fəaliyyət göstərir.[7]
56 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılmasına 5 aprel 2018-ci il tarixli "Ağstafa, Daşkəsən, Gədəbəy, Göygöl, Tovuz və Şəmkir rayonlarında təhsil infrastrukturunun inkişafı ilə əlaqədar tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı"na əsasən 262 000 manat vəsait ayrılmışdır.[8]
Din
redaktəKənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır.
Səhiyyə
redaktəKənddə səhiyyə müəssisəsi mövcud deyil.
İstinadlar
redaktə- ↑ http://web2.anl.az:81/read/page.php?bibid=149514&pno=45.
- ↑ Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı, 2024" (PDF) (az.). stat.gov.az. 2024-02-28. 2024-03-14 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-04-05.
- ↑ Almalı (Daşkəsən) // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. I cild. Bakı: Şərq-Qərb. 2007. səh. 36-37. ISBN 978-9952-34-155-3.
- ↑ Azərbaycan Respublikası əhalisinin siyahıya alınması. 1999-cu il. I hissə. Bakı: "Səda" nəşriyyatı, 2000, səh. 77.
- ↑ Azərbaycan Respublikası əhalisinin siyahıyaalınması. 2009-cu il. I cild. Bakı: Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi, 2010, səh. 86.
- ↑ ""Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı" (PDF). 2021-11-10 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2021-01-26.
- ↑ "Daşkəsən Rayon Təhsil Şöbəsi. Ümumtəhsil məktəbləri". 2022-06-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-01-23.
- ↑ "Ağstafa, Daşkəsən, Gədəbəy, Göygöl, Tovuz və Şəmkir rayonlarında təhsil infrastrukturunun inkişafı ilə əlaqədar tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. (e-qanun.az)". 2022-04-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-04-23.