Allil Spirti - Wikipedia
Allil spirti[1] (propen-2-ol-1) – doymamış spirtlər sinfinə daxil olan oksigenli üzvü maddədir.
Allil spirti | |
---|---|
Ümumi | |
Sistematik adı | Allil spirti |
Kimyəvi formulu | C3H6O |
Molyar kütlə | 58.08 q/mol |
Fiziki xassələri | |
Sıxlıq | 0.854 q/sm³ |
Termik xüsusiyyətlər | |
Ərimə nöqtəsi | −129 °S |
Fiziki xassələri
redaktəSpirt iyli, rəngsiz mayedir. Bir çox üzvi həlledicilərdə həll olur, bütün nisbətlərdə su ilə qarışaraq azeotrop qarışıq (28,3% Н2О; qayn.t. 89,0 °C) əmələ gətirir.
Kimyəvi xassələri
redaktəAllil spirti allil birləşmələri və spirtlərin daxil olduğu reaksiyalara daxil olur. Halogenləri, hidrogenhalogenidləri, HClO-nu özünə birləşdirir. 100°С temperaturda üzvi hidrogenperoksidlərlə (katalizatorlar – Mo və W-ın birləşmələri) qarşılıqlı təsirdə olduqda qlisidola çevrilir. Allil spirtini 1000C-də ZnCl2-in iştirakı ilə və ya 200C–də CuCl2-in iştirakı ilə qatı HCl ilə işlədikdə allilxloridə çevrilir, 200-3000C-də Al2O3 üzərindən keçirtdikdə isə diallilefiri alınır. Allil spirtindən asanlıqla sadə və mürəkkəb efirlər alınır.[3]
Aınması
redaktə- Allilxloridin hidrolizindən
- Propilen oksidin izomerləşməsindən
- Propanol-1-in dehidrogenləşməsindən
- Qliserinin qarışqa turşusu ilə reaksiyasından[4]
- Propilenin allilasetata oksoasilləşməsindən
Tətbiqi
redaktəQliserinin, akroleinin, qlisidolun və sadə və polimerləşən mürəkkəb allil efirlərinin, xüsusilə, diallilftalatın sintezində tətbiq edilir. Toksikliyi və təhlükəsizliyi Çox zəhərlidir, gözləri qözyaşına qədər qıcıqlandırır, mərkəzi sinir sisteminə təsir edir, qara çiyəri zədələyir, iş sahəsində buraxıla bilən qatılığı (BBQ) 2 mq/m3-dir.
Mənbə
redaktə- Перейти к:1 2 http://www.cdc.gov/niosh/ipcsneng/neng0095.html
- Химическая энциклопедия. Том 1. Москва, Советская энциклопедия, 1988, стр. 102
- Синтезы органических препаратов. Сборник 1. Москва, Иностранная Литература, 1949, стр. 25
İstinad
redaktə- ↑ "Arxivlənmiş surət". 2022-03-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-12-21.