Allahverdi Rayonu - Wikipedia
Allahverdi rayonu (1969–1995-ci illərdə Tumanyan rayonu[2][3][4]) — Ermənistan SSR və Ermənistan Respublikası ərazisində mövcud olmuş rayon rayon. Mərkəzi Tumanyan şəhəri olmuşdur.
Rayon | |
Allahverdi rayonu | |
---|---|
İnzibati mərkəz | Tumanyan |
Tarixi və coğrafiyası | |
Yaradılıb | 9 sentyabr 1930 |
Ləğv edilib | 11 aprel 1995 |
Əhalisi | |
Əhalisi | 36.179[1] (1989) nəfər |
Tarixi
redaktəQərbi Azərbaycanın Loru mahalının Dağlıq Borçalı ərazisində yerləşirdi. Daha sonra Tiflis quberniyasının Borçalı qəzasının tərkibində olmuşdur (1880-1921). 1930-cu il sentyabrın 9-da yaradılıb. 1969-cu il sentyabrın 19-na qədər Allahverdi rayonu, həmin tarixdən etibarən isə Tumanyan rayonu adlanıb. Ərazisi 1111 kv.km-dir. Rayon mərkəzi Tumanyan (1938-dən Allahverdi) şəhəridir. Rayon mərkəzindən İrəvan şəhərinə olan məsafə 191-km-dir. Rayon mərkəzindən Tona (dəyişdirilmiş adı Debed) çayı axıb gedir. 1988-ci ilə kimi Azərbaycan türklərinin yaşadıqları və həmin il tərk etməyə məcbur olduqları yaşayış yerləri: Böyük Ayrım, Kiçik Ayrım, Yuxarı Ağtala ,Aşağı Ağtala, Manas, Mədən qəsəbəsi, Şamlıq, Pədin, Cilizə, Ağtala stansiya qəsəbəsi.
Tarixi yer adları
redaktəErmənistan SSR Ali Soveti Rəyasət Heyətinin müxtəlif fərmanları ilə Allahverdi rayonu üzrə dəyişdirilmiş tarixi yer adları:
Qədim türk adı | İndiki adı | Dəyişdirilmə tarixi |
---|---|---|
Manas | Allahverdi rayonu | ... |
Hacıdur | Tsaxkaşat | 03.01.1935 |
Sədibağlı | Çkalov | 22.02.1939 |
Uzunlar | Odzun | 30.09.1967 |
Allahverdi rayonu | Tumanyan rayonu | 19.09.1969 |
Qaçağan | Arevadzor | 25.01.1978 |
Tarixi
redaktəTarixən Quqark əyalətinə daxil olmuşdur. Sonra (VIII-X əsrlərdə) Baqratilərin, Zakarianların, XI əsrdən sonra səlcuqların, monqol-tatarların tərkibinə daxil olmuş, XVIII əsrdə Nadir şah Əfşarın tabeliyi altında olmuşdur.
XIX əsr və XX əsrin əvvəllərində Tiflis quberniyasının Loru-Borçalı qəzasında, 1920-29 - cu illərdə Loru-Pəmbək qəzasının tərkibinə daxil olmuşdur. Borçalı çayının sahilində yerləşir. Qafqazın beş verstlik xəritəsində qeyd edilmişdir.
Əhalisi
redaktəƏsas sakinləri azərbaycanlılar olmuşdur. Burada azərbaycanlılarla yanaşı, yunanlar və ermənilər də yaşamışdır. Ermənilər buraya 1828-ci ildən sonra köçürülmüşdür. 1831-ci ildə 24 nəfər azərbaycanlı, 1873 - cü ildə 143 nəfər azərbaycanlı, 70 nəfər erməni, 1886-cı ildə 132 nəfər azərbaycanlı, 46 nəfər erməni, 989 nəfər yunan, 1897-ci ildə 187 nəfər azərbaycanlı, 104 erməni, 1100 nəfər yunan yaşamışdır [5]
1918-20-cı illərdə azərbaycanlılar öz doğma torpaqlarından ermənilər tərəfindən qovulmuşdur. 1920-ci il noyabrın 29-da indiki Ermənistanda sovet hökuməti qurulandan sonra azərbaycanlıların sağ qalanları geri qayıtmışlar. 1922-ci ildə 24 nəfər azərbaycanlı, 87 nəfər erməni, 1242 nəfər yunan, 1926-cı ildə 40 nəfər azərbaycanlı, 6563 nəfər erməni, 1500 nəfər yunan, 1931-ci ildə 272 nəfər azərbaycanlı, 538 nəfər erməni, 1351 nəfər yunan 1970-ci ildə 278 nəfər azərbaycanlı, 21835 nəfər erməni və yunan yaşamışdır.[6]
Azərbaycanlılar 1988-ci ildə ermənilər tərəfindən qovulmuşlar. Yunanlar filiz mədənlərində işləmək üçün bura 1790-cı ildə gəlmişdir. Toponim borçalı türk tayfasına mənsub allahverdi etnonimi adı əsasında əmələ gəlmişdir
Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 19.IX.1969 - cu il fərmanı ilə adı dəyişdirilib Tumanyan (erməni yazıçısı Hovanes Tumanyan) qoyulmuşdur.
- Vahid Novruzov - Beynəlxalq Ekoenergetika Akademiyasının həqiqi üzvü, iqtisad elmləri doktoru, Professor (2000)
İstinadlar
redaktə- ↑ "Всесоюзная перепись населения 1989 г. Численность населения союзных республик СССР и их территориальных единиц по полу: Армянская ССР (по переписи 1989 года) — Еженедельная демографическая газета Демоскоп Weekly". Archived from the original on 2014-12-22. İstifadə tarixi: 29 iyul 2015..
- ↑ Алаверди // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. I ҹилд: А—Балзак. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1976. С. 211.
- ↑ Ермәнистан ССР хәритәси // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. IV ҹилд: Елдәҝәз—Итабира. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1980. С. 96–97.
- ↑ Туманјан Һовһанес // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. IX ҹилд: Спутник—Фронтон. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1986. С. 370.
- ↑ Qorqodyan Z. 1831-1931-ci illərdə Sovet Ermənistanının əhalisi, İrəvan, "Melkonyan fond", 1932, 188 səh.
- ↑ İbrahim Bayramov, QƏRBİ AZƏRBAYCANIN TÜRK MƏNŞƏLİ TOPONİMLƏRİBAKI – "Elm" - 2002
Xarici keçidlər
redaktə- Qərbi Azərbaycan: azərbaycanlılara qarşı genosid demoqrafik statistika güzgüsündə Arxivləşdirilib 2015-11-16 at the Wayback Machine
- Qərbi Azərbaycanın türk mənşəlli toponimləri Arxivləşdirilib 2014-09-04 at the Wayback Machine
- Vandalizm: tarixi adlara qarşı soyqırımı. Bakı, "Təhsil", 2006, 92 səh.[ölü keçid]
- İndiki Ermənistan qədim türk yurdu idi[ölü keçid]
- Qərbi Azərbaycan ərazilərində yer adlarının soyqırımı[ölü keçid]