Allahverdi Hesenov - Wikipedia
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Allahverdi Biyakir oğlu Həsənov — Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi İdarəetmə Sistemləri İnstitutunun laboratoriya müdiri, texnika elmləri doktoru, professor.
Allahverdi Həsənov | |
---|---|
Allahverdi Biyakir oğlu Həsənov | |
Doğum tarixi | 16 fevral 1957[1] |
Doğum yeri | Kiş, Şəki rayonu |
Vəfat tarixi | 29 avqust 2024[2] (67 yaşında) |
Vəfat yeri | Bakı şəhəri |
Vətəndaşlığı | Azərbaycan |
Elm sahəsi | Riyaziyyat |
Elmi dərəcəsi | Texnika elmləri doktoru |
Elmi adı | Professor |
İş yerləri | Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi İdarəetmə Sistemləri İnstitutu |
Təhsili | Bakı Dövlət Universiteti |
isi.az/az/content/83 |
Həyatı
redaktəAllahverdi Həsənov 1957-ci Azərbaycan Respublikasının Şəki rayonunun Kiş kəndində anadan olmuşdur. Orta təhsilini anadan olduğu kənddə almış, 1973-cü ildə Bakı Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsinə qəbul olunmuş, 1978-ci ildə ali təhsilini başa vurmuşdur. Həmin ildən təyinat üzrə AMEA Riyaziyyat və Mexanika İnstitutunda müxtəlif vəzifələrdə işləmişdir. 1992-ci ildən Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi İdarəetmə Sistemləri İnstitutuda sektor və laboratoriya rəhbəri vəzifələrində çalışmışdır. Hal-hazırda institutun laboratoriya müdiridir.
Elmi fəaliyyəti
redaktə1984-cü ildə "Özlü-elastik mühitlərdə qeyri-stasionar termomexaniki dalğaların yayılmasının bəzi məsələlərinin tədqiqi" mövzusunda dissertasiya müdafiə edərək fizika-riyaziyyat elmləri namizədi alimlik dərəcəsi almışdır. 2005-ci ildə "Mexaniki sistemlərin qeyri-stasionar xarici təsirlərə reaksiyasının riyazi modelləşdirilməsi" mövzusunda dissertasiya müdafiə edərək texnika elmləri doktoru alimlik dərəcəsi almışdır. 2013-cü ildə ixtisas üzrə professor elmi rütbəsi almışdır. A. B. Həsənov 140 elmi məqalənin və 2 monoqrafiyanın müəllifidir. Məqalələrdən 28 — i müxtəlif nüfuzlu xarici jurnallarda və Beynəlxalq elmi konfransların materiallarında çap olunmuşdur. Professorun rəhbərliyi altında çalişan tədqiqatçılardan 4 nəfəri dissertasiya müdafiə edərək texnika üzrə fəlsəfə doktoru alimlik dərəcəsi almışlar. A. B. Həsənovun rəhbərliyi ilə mürəkkəb reologiyalı mexaniki və ekoloji sistemlərin riyazi modellərinin yaradılması, texniki obyektlərin keyfiyyət və istismar xarakteristikalarının nəzəri təminatı, operativ monitorinqi və uzunmüddətli proqnozlaşdırılması məsələləri üzərində elmi araşdırılmalar aparılır. Mürəkkəb reologiyalı mühitlərlə təsvir olunan mexaniki və ekoloji sistemlərin qeyri-stasionar xarici təsirlərə reaksiyasının riyazi modelləri yaradılmış, texniki obyektlərin keyfiyyət və istismar xarakteristikalarının operativ monitorinqi və uzunmüddətli proqnozlaşdırılması sahələrində mühüm nəticələr alınmışdır.
Əsas elmi nailiyyətləri
redaktəMürəkkəb reologiyalı mühitlərdə qeyri-stasionar özlü-elastik termomexaniki dalğaların yayılması proseslərinin ən ümumi riyazi modeli işlənmiş, bu mühitlərdə yerləşmiş mexaniki və ekoloji sistemlərin xarici təsirlərə reaksiyasının riyazi modelləri yaradılmış, texniki obyektlərin keyfiyyət və istismar xarakteristikalarının operativ monitorinqi və uzunmüddətli proqnozlaşdırılması sahələrində mühüm nəticələr alınmışdır.
Əsas elmi əsərləri
redaktə- Гасанов А. Б., Ильясов М. Х., Кийко И. А. Распространение нестационарных волн в вязкоупругом полупространстве с учетом внутренного тепло-образования и зависимости свойств материала от температуры. Известия АН СССР, Механика твердого тела, № 1, 1987 г.,стр.124–130.
- Гасанов А. Б. Математическое исследование процесса сварки трением вязкоупругих стержней. Изв. АН Азерб. Респ., сер. физ.-техн. и матем. наук, том. XIV,№ 1–2, 1993 г.,стр.88–91.
- Hasanov A. B., Tahirov T. S. Research of seismic dynamics of the granular arty solid. Proceeding of IFMCGM International Conference on Measurer and Control of Granular Materials, Shanghai, China, 2003.,р.55–58.
- Гасанов А. Б. Реакция механических систем на нестационарные внешние-воздействия.(Монография) Изд. ЭЛМ. Баку. 2004 г., 247 стр.
- Həsənov A. B., Əlizadə Z. M., Allahverdiyeva S. S. Çaylarda sel və daşqın hadisələrinin riyazi modelləşdirilməsi və proqnozlaşdırılması. (Monoqrafiya). Bakı. 2012, 144s.
İstinadlar
redaktə- [1] Həsənov Allahverdi Biyakir oğlu