Alisa Mocuzeler Olkesinde Sindromu - Wikipedia
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Bu məqalənin mətnini Azərbaycan dilinə uyğunlaşdırmaq lazımdır. |
Bu məqalədə heç bir məlumatın mənbəsi göstərilməmişdir. |
Alisa möcüzələr ölkəsində sindromu, Todd Sindromu və ya liliput hallüsinasiyası — insan dərrakəsinə təsir edən nevroloji vəziyyət.
Xəstəliyə yoluxanlar mikropsiya, makropsiya və ya digər hissi vəziyyətlərin pozğunluğundan əziyyət çəkirlər. Hazırkı şəraitdə bu sindrom miqren, beyin xərçəngi və psixiaktiv dərmanlardan istifadə ilə əlaqədar yaranır. Simptom daha çox uşaqlıq dövründə müşahidə olunur. Xəstəlik yuxu tutmaları zamanı da müşahidə oluna bilər. Xəstəliyə beyin hissələrində anormal qan axının səbəb olan elektrik fəallığı da gətirib çıxara bilər.
Epidemiologiya
redaktəAlisa möcüzələr ölkəsində sindromu erkən uşaqlıq dövründən iyirmi yaşaların sonuna qədər müşayidə oluna bilər. Hətta otuz yaşlarında belə bu xəstəlikdən əziyyət çəkənlər olur.
Tarixi
redaktəAlisa möcüzələr ölkəsində sindromu musimol maddəsinin orqanizmə daxil olması nəticəsində yaranır. Belə ki, terminin adını aldığı Luis Kerrollun eyniadlı romanında əsərin qəhrəmanı Alisanın yediyi qırmızı-ağ zəhərli göbələk milçəkqırandır (Amanita muscaria) və bu, psixiaktiv maddə olan musimoldan ibarətdir.
Bu xəstəlik, həmçinin Todd sindromu adlanır çünki xəstəlik ilk dəfə Con Todd tərəfindən 1955-ci ildə elmə daxil edilib. Con Todd Yorkşir şəhərində çalışan britaniyalı psixiatr olub. O, müalicə etdiyi xəstələrin əksəriyyətində miqrenin yaratdığı baş ağrıları nəticəsində əşyaları daha böyük görüb qavradıqlarını müşahidə etmişdi. Bu xəstələr arasında miqrendən savayı digər xəstəlikdən əziyyət çəkən heç kim yox idi. Bu xəstələr nə beyin xərçəngindən, nə də əqli pozğunluqdan əziyyət çəkmirdilər. Onların hamısı aydın düşünə və hallüsinasiyanı reallıqdan fərqləndirmək bacarığına malik idilər. Luis Kerroll özü də miqren xəstəsi olduğu üçün Todd güman edirdi ki, "Alisa möcüzələr ölkəsində" əsərini yazarkən müəllif məhz özünün gördüklərindən bəhrələnib. Bunu sübuta yetirə bilən Con Todd 1955-ci ildə xəstəliyin adını uğurla səhiyyə təşkilatının qeydiyyatından keçirə bildi.
Müalicəsi
redaktəSindrom miqren xəstəliyindən qaynaqlandığı üçün müalicəsi də miqren xəstəliyinə əsasən aparılır. Lakin xroniki Alisa möcüzələr ölkəsində sindromu müalicə olunmur, zamanla özü keçib gedir.
İstinadlar
redaktə Tibb haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |