Alimcan Ibrahimov - Wikipedia
Alimcan Qirfanoviç İbrahimov (12 mart 1887[1] və ya 1887[2], Sultanmurad, Ufa quberniyası[1] – 21 yanvar 1938[3] və ya 1938[2], Kazan[1]) — 21.1.1938, Kazan) — Tatarıstan yazıçısı, ictimai xadimi.
Alimcan İbrahimov | |
---|---|
tatar. غلمجان غيرفان اوغلى ابراھىمف tatar. Ƣalimçan Ƣirfan ulь Ibrahimьf tatar. Галимҗан Гыйрфан улы Ибраһимов tatar. Ğalimcan Ğirfan uğlı İbrahimof | |
Doğum tarixi | 12 mart 1887[1] və ya 1887[2] |
Doğum yeri | |
Vəfat tarixi | 21 yanvar 1938[3] və ya 1938[2] |
Vəfat yeri | |
Dəfn yeri |
|
Təhsili | |
Fəaliyyəti | yazıçı, siyasətçi, dilçi |
Əsərlərinin dili | Tatar dili |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəUfa quberniyasının (Başqırdıstan) Sultanmuradov adlı tatar kəndində vilayətin sayılıb-seçilən ruhani ailəsində göz açan Ə. İbrahimov əvvəlcə Orenburq şəhərindəki Vəli mədrəsəsində, sonra Ufadakı məşhur "Qaliya" mədrəsəsində təhsil alır. İlk hekayəsini – " Şagird Zəkinin mədrəsədən qovulması" — 1907-ci ildə yazan Əlimcan iki il sonra Kazan universitetinə daxil olur və qısa müddət ərzində tatar ictimai-mədəni həyatının fəal nümayəndəsinə çevrilir.
1912-ci ildə "Gənc ürəklər" romanını bitirən Ə. İbrahimov həmin dövrdən başlayaraq tatar ədəbiyyatı və dilinə, ədəbi –bədii tənqidə, tatar teatrına dair çoxsaylı məqalə və çıxışları ilə ədəbi və elmi ictimaiyyətin diqqətini cəlb edən istedadlı yazıçı, ədəbiyyatşünas, dilçi və fəal ictimaiyyətçi kimi tanınmağa başlayır.
1913–1917-ci illlərdə Kiyevdə, Odessada, Suxumidə, Ufada və Moskvada yaşayan Ə. İbrahimov 1917-ci ilin payızında Kazana qayıdır və o vaxtdan bütün həyat və fəaliyyətini Tatarstanda ictimai-mədəni quruculuq işlərinə həsr edir.
Ötən əsrin 20–30-cu illəridə Ə. İbrahimov Tatarıstanda milli ədəbiyyatın və mətbuatın, təhsilin və maarifin, humanitar elmlərinin inkişafında misilsiz xidmətlər göstərmişdir.
1925-ci ilin yanvarında Tatarıstan Respublikası Akademiya Mərkəzinin prezidenti seçilən Ə. İbrahimov qısa müddət ərzində Tatarıstanda ayrı-ayrı sahələr üzrə elmin təşkilati işləri və inkişafı istiqamətində çox böyük uğurlar qazanır. Bədii yaradıcılıqla yanaşı paralel olaraq elmi fəaliyyətini də davam etdirən Ə. İbrahimov bir sıra digər məsul vəzifələrdə də çalışmışdır.
1927-ci ildə bədii yaradıcılığının və elmi fəaliyyətinin iyirmi illiyi münasibətilə Ə. İbrahimov RSFSR Akademiyasının akademiki seçilmiş ÜMİK-nin qərarı ilə Əmək Qəhrəmanı adına layiq görülmüşdür.
"Qazax qızı", " Dərin köklər", "Bizim günlər" kimi məşhur romanları, bir sıra maraqlı povest və hekayələri ilə XX əsr tatar əəədəbiyyatında, Tatar dili və tarixinə, inkişaf mərhələlərinə dair qiymətli monoqrafiya və araşdırmaları ilə təkcə doğma tatar ədəbiyyatı və elmində yüksək zirvələr kəşf edən Ə. İbrahimov, eyni zamanda, bütünlükdə XX əsr türk xalqları ədəbiyyatlarının inkişafında, eləcə də, türk xalqlarının, türk dövlətlərinin humanitar elmlər sahəsində qazandıqlari uğurlara öz töhfəsini vermiş görkəmli ədəbiyyat və elm xadimlərindəndir.
Ə. İbrahimova həsr edilmiş beynəlxalq konfrans adətən olduğu kimi plenar iclasla deyil, ayri-ayrı bılmələrdəki məruzələrlə öz işinə başladı. Üç bölmədə — "Ə. İbrahimov və tatar ədəbiyyatı", "Ə. İbrahimov və tatar dili", "Ə. İbrahimov və tatar tarixi və mədəniyyəti"- 60-dan artıq məruzə dinlənildi. Günün ikinci yarısında isə konfransın plenar iclası keçirildi. Mənim "Ə. İbrahimov və Azərbaycan ədəbiyyatı" mövzusundakı məruzəm məhz plenar iclasına salınmışdı. Bu iclasda proqrama əsasən cəmi dörd məruzə dinlənildi.
Bütün qonaqların və Dövlət və hökumət üzvlərinin Tatarıstan Elmlər Akademiyası rəhbərliyinin iştirak etdiyi plenar iclasındakı məruzəm maraqla qarşılandı və Təşkilat Komitəsi tərəfindən xüsusi olaraq yüksək qiymətləndirildi.
Kazan şəhərində nəşr edilən bəzi mətbuzat orqanlarının təmsilçiləri məruzəmlə bağlı bəzi suallara da məndən cavab almağa cəhd göstərirdilər. Düzü mənim məruzəmin bu səviyyədə qarşılanacağını təsəvvür etmirdim.
Ə. İbrahimovun Azərbaycan ədəbiyyatı ilə bağlılıqlarını əhatə etməyə çalışdıq. Daha doğrusu, məruzəmiz "Ə. İbrahimov və Yusif Vəzir Çəmənzəminli", "Ə. İbrahimovun 1926-cı ildə Bakıda keçirilən İ Turkoloji qurultayında iştirakı", "Ə. İbrahimovun bədii əsərləri Azərbaycan dilində", "Ə. İbrahimovun nəsri ilə XX əsrin 20–30-cu illər Azərbaycan nəsri arasında tipoloji oxşarlıqlar", "Azərbaycan yazıçıları Ə. İbrahimovun yaradıcılığı haqqında", "Ə. İbrahimovun klassik Azərbaycan ədəbiyyatı haqqında", "Ə. İbrahimov N. Nərimanov haqqında", "Azərbaycan ədəbiyyatşünaslığı Ə. İbrahimov haqqında" məsələlərini əhatə edirdi. Əlbəttə, bu məsələlərin hərəsinin ayrıca bir məruzənin mövzusu olmasına baxmayaraq, mən ayrılan vaxt çərçivəsində məruzəmin əsas tezislərini konfrans iştirakçalarına çatdıra bildim və təbii ki, bu da həmkarlarım tərəfindən yüksək səviyyədə təqdir olundu.
Ə. İbrahimovu Azərbaycanla bağlayan tellər çoxdur. Hələ gənclik illərində o, Kiyev şəhərinə gedərək Kiyev Universiteti Müsəlman Tələbələri Cəmiyyətinin fəaliyyəti ilə maraqlanır və Kiyev Universiteti müsəlman tələbələrinin qurultayına hazırlıq işlərində iştirak edir. Bu zaman Ə. İbrahimov bu təşkilatın ən fəal üzvü Yusif Vəzir Zəmənəzəminli ilə tanış olur. Bu tanışlıq nəticəsində Ə. İbrahimovun Yusif Vəzirin köməyi və vasitəçiliyi ilə Azərbaycan ədəbiyyat tarixinin bəzi görkəmli xadimlərinin həyat və yaradıcılığı ilə maraqlanır. Xüsusilə, N. Gəncəvinin, M. Füzulinin və M. F. Axundzadənin yaradıcılığı onu dərindən maraqlandırır.
Sonralar Ə. İbrahimov Moskvada görkəmli yazıçı, dramaturq və ictimai xadim Nəriman Nərimanovla tanış olur. N. Nərimanov haqqında Ə. İbrahimov iki məqalə yazmış və onları 1925-ci ildə "Qızıl Tatarıstan" qəzetində (25 fevral) və "Bizim yol" jurnalında (№ 4) çap etdirmişdir.
Ə. İbrahimov 1926-cı ildə Bakıda keçirilən I Türkoloji qurultayda Tatarıstan nümayəndə heyətinin rəhbəri kimi iştirak etmiş, bu tədbirdə onun ayrıca məruzəsi dinlənilmiş və qurultayın ayrı-ayrı iclaslarında çıxışlar da etmişdir. Qurultayın yekun iclasında etdiyi çıxışında Ə. İbrahimov demişdir: "Bu Qurultayın çağırılmasında iştirak etmiş bütün idarələrə və ayrı-ayrı adamlara təşəkkürümü bildirsəm, ümid edirəm, hamınızın ümumi əhval-ruhiyyənizi ifadə etmiş olaram. Bu Qurultayın çağrılması üçün, ilk növbədə, Azərbaycan xalqı, Azərbaycan Respublikası, onun rəhbər şəxsləri zəhmət çəkiblər. Yoldaşlar, icazə verin, bu Qurultayın çağrılması üçün həm Azərbaycan xalqına, həm də görkəmli rəhbər işçiləri simasında Azərbaycan Respublikasına sizin adınızdan minnətdarlığımızı bildirim".
Ə. İbrahimovun I Türkoloji Qurultayda etdiyi məruzə və çıxışlar o vaxtki Azərbaycan mətbuatında ("Kommunist" və "Yeni fikir" qəzetlərində) çap olunmuşdur.
1927–1936-cı illərində Ə. İbrahimovun bir sıra hekayə, povest və romanları Azərbaycan dilinə tərcümə olunaraq "Adamlar" (1927), "Qocalıq günlərində (1928), "Qızıl çiçəklər" (1928), "Bizim günlər" (1936) adları altında ayrıca kitablar halında Bakıda nəşr edilmişdir.
Müxtəlif illərdə Ə. İbrahimovun həyat və yaradıcılığına dair ədəbiyyatşünaslıarımız bəzi məqalələr çap etdirmişlər. Professor Pənah Xəlilovun isə xüsusi olaraq yazdığı "Əlimcan İbrahimov" adlı portret oçerki ali məktəblərimizdə tədris olunur.
Ədəbiyyat
redaktə- М. Х. Хасанов. Писатель, ученый, революционер. Москва, "Наука", 1987
- Галимжан Ибрагимов həм ХХI гасыр, Казан, 2007
- Галимжан Ибрагимов, Избранное, Казань, 1957
- Абдуллин Я.Г. Татарская просветительская мысль, Казань,1976.
- Первый Всесоюзный Тюркологический Съезд, Баку, 1926
- I Bakı Türkoloji Qurultayı. (stenoqram materialları, biblioqrafiya və foto-sənədlər), Bakı, "Çinar-Çap", 2006.
- I Türkoloji Qurultayın 80 illik yuileyinə həsr edilmiş Elmi konfransın tezisləri, Bakı, "Təhsil", 2006.
- Галимжан Ибрагимов −120. Казан, 2007
- Vaqif Arzumanlı. Mənalı ömrün akkordları…"Xəzər", 5 may 2007-ci il
- Vaqif Arzumanlı
İstinadlar
redaktə- ↑ 1 2 3 4 5 6 7 8 Republic of Tatarstan Academy of Sciences Institute of Tatar Encyclopedia and Regional Studies Encyclopedia Tatarica.
- ↑ 1 2 3 4 Люди и судьбы. Биобиблиографический словарь востоковедов - жертв политического террора в советский период (1917-1991) (rus.). СПб: Петербургское Востоковедение, 2013. 496 с. — (Социальная история отечественной науки о Востоке) ISBN 978-5-85803-225-0
- ↑ 1 2 Ибрагимов Галимджан Гирфанович // Большая советская энциклопедия (rus.): [в 30 т.]. / под ред. А. М. Прохорова 3-е изд. Москва: Советская энциклопедия, 1969.