Alfred Radklif Braun - Wikipedia
Alfred Radklif – Braun (1881–1955) — Böyük Britaniya etnoqrafı, sosial antropoloqu.
Alfred Recinald Radklif - Braun | |
---|---|
Redkliff - Braun | |
Doğum tarixi | |
Doğum yeri | Aston, İngiltərə |
Vəfat tarixi | (74 yaşında) |
Vəfat yeri | London, İngiltərə |
Atası | Alfred Brown |
Anası | Hannah |
Elm sahəsi | Mədəni antropologiya |
İş yerləri | |
Təhsili | |
Üzvlüyü |
|
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəAlferd Recinald Radklif Braun (1881–1955) – ingilis sosioloqu və XX əsrin birinci yarısının ən məşhur antropoloqlarından biri
Radklif Braun Birminqemdə Kral Edvard orta məktəbində oxumuş, həmin məktəbin təqaüdçüsü olmuşdur. İmtahandan lazımı nəticəni toplayan Braun, Tirinti kollecinə qəbul olur və 1906-cı ildə oranı fərqlənmə ilə bitirir. Əvvəllər təbiətşünaslığı seçsə də, onun tyutoru U. Rauz Ball onu sosial elmlərə yönəltmişdir. 1905-ci ildə o, sinif siyahısında birinci olmaqla bakalavr dərəcisini aldı. Universitetdə oxuyarkən, Redkliff Braun belə qənaətə gəldi ki, sosial elmlərdə təbitərşünaslığın metodlarından istifadə oluna bilər.[1][2]
O bir müddət İngiltərədə işlədikdən sonra, Keyptaun, Sidney, Çikaqo və Oksford universitetlərində kafedra müdiri vəzifəsində çalışmışdır. Radklif Braun həmçinin Çin və Brazilya universitetlərində mühazirələr oxumuş İsgəndiyyədə sosial tədqiqatlar instituna başçılıq etmişdir. Hələ Sidneydə olarkən Avstraliya milli tədqiqat şurası ilə birlikdə "Okeaniya" jurnalını çap etdirmiş, jurnala bir müddət rəhbərlik etmişdir.1937-ci ildə Londona qayıtmış və Oksford universitetində Sosial Antropologiya kafedrasına rəhbərlik etmişdir. 1946-cı ilə qədər bu vəzifəni icra etmiş, 1955-ci ildə isə vəfat etmişdir.[3]
Gənc yaşlarında o Peter Kropotkinin təsirinə düşmüş, anarxist düşüncəyə malik olduğu üçün, öz üzərində çalışmış və natiqlik bacarığı ilə yanaşı yaxşı yazı üslubu da qazanmışdı. Yaşı artdıqca o, bu bacarıqlarından müəllimlik peşəsində istifadə etmişdir. Özünə heç vaxt tələbə axtarmasa da, gənc sosioloqlar və antropoloqlar daima onun ətrafına yığılar, onun mühazirələrini dinləmək üçün dərnəklər qurardılar.[4]
Metodologiyası
redaktəƏslən ingilis olan Radklif-Braun Riversin tələbəsi olmuş və "Kembric məktəbi"nin metodoloji istiqamətini mənimsəmişdi. Radklif — Braunun metodologiyası daha çox Bronislav Malinovskinin metodologiyasının klassik varinatına bənzəyirdi.[5] O, antropologiyaya Emil Dürkheymin banisi olduğu Fransız sosiologiyasını gətirdi.[6] Ümumiyyətlə hələ təhsil alarkən Emil Dürkheymin tədqiqatlarından çox təsirlənmişdi. Düşünürdü ki, cəmiyyəti, tək — tək fərd şəklində öyrənməklə yanaşı onu bütöv vücudun fərqli- fərqli orqanları kimi öyrənmək və son nəticəni həmin vücuda yəni cəmiyyətə uyğunlaşdırmaq lazımdır.
Radklif-Braun bu əsərlərində öz nəzəri baxışlarını və metodunu tam ifadə edir. О, yazır ki, antrpologiya elmi insan və insan həyatının bütün aspektləri haqda elm kimi 3 sahəyə bölünür:
1) insan biologiyası, yəni, somatik antrpologiyа;
2)tarixə qədərki arxeologiyа;
3) qeyri-Avropa, xüsusilə də yazılı tarixi olmayan xalqların dilinin və mədəniyyətinin öyrənilməsi.
О, bildirirdi ki, etnologiya konkret xalqları, onların daxili inkişafını, onlar arasında mədəni əlaqələrin tarixini öyrənir. Etnologiyanın əsas metodu insan mədəniyyətinin tarixi bərpasıdır. Bu işi müvafiq xalqın konkret mədəniyyəti çərçivəsindən kənara çıxmayaraq yazılı mənbələrin birbaşa iştirakına, eyni zamanda nəzəri bərpaya əsaslanır. Sosial antropologiya isə müxtəlif xalqların mədəniyyətlərinin bərpası ilə deyil sosial və mədəni inkişafın ümumi qanunlarının axtarışı ilə məşğuldur.1931-ci ilədək Radklif – Braun "mədəniyyət"termininindən, sonra isə sosial antropologiyada "sosial quruluş" ifadəsindən çox istifadə edirdi. Qeyd etmək olar ki, Radklif Braunun funksionalizm nəzəriyyəsinin əsasını xalqların mədəniyyəti təşkil edirdt. Malinovskiyə görə, ibtidai xalqların mədəniyyətinin öyrənilməsinin qeyri-mümkünlüyü onların yazısının olmaması ilə bağlıdır. Malinovski və Radklif – Braunun bir çox ölkələrdə davamçıları var idi. Onların ideyaları daha çox keçmiş Britaniya imperiyası ölkələri, İngiltərə, Cənubi Afrika,Аvstraliya. Yeni Zellandiyada daha geniş yayılmış, amerikan və fransız etnologiyasına da müəyyən təsir göstərmişdir.[7]
Sosial konsepsiyası
redaktəMetodoloji baxımdan onun sosial konsepsiyasında müxtəlif elementlərin sintezi olmuşdur: Heraklitin reallıq nəzəriyyəsi, H. Spenserin proses nəzəriyyəsi, E. Dürkheymin epistomoloji nəzəriyyəsi. Əlavə olaraq, ona əhəmiyyətli dərəcədə Yum, Semuel Aleksandr, Uaythed, Ralf Barton Perri və Çin fəlsəfəsi təsir göstərmişdir. Bütün elementlərin sintezi Redkliff — Braunun sosial strukturların növləri və formaları haqqında konsepsiyalarının yaradılması ilə nəticələndi.[8]
Fəaliyyəti
redaktəО, Cənubi Afrika, Avstraliya, АBŞ, İngiltərə və Misirdə mühazirələr oxumuşdur. Şimal-qərbi Avstraliyada Andaman adalarında, Afrikada, Polineziyada apardığı tədqiqatlarının nəticəsində ardıcıl kitablar nəşr etdirmişdir.
Özünə məxsus elmi araşdırma 1905-ci ildə, hələ aspiranturada oxuyarkən meydana gəlmişdi. Onun fikrincə, insan cəmiyyəti haqqında elmə üç əsas tələb var: sosial hadisələrin təbii fakt olduğunu, beləliklə də labüd şərait və qanunların təsirinə məruz qalmaq ehtimalını qəbul etmək yalnız yoxlamadan sonra, təbii elmlərin metodologiyasına sadiq olmaq, verifikasiyadan keçə biləcək ümumiləşdirmələrdən istifadə etmək. Öz əsərlərində Radklif – Braun bu qaydalara həmişə riayət edirdi.[9]
Onun metodoloji və ideoloji araşdırmaları ilk əsərlərində: "Andaman sakinləri" (1922), "Etiologiya və sosial antropologiya metodları" (1923), "Cənubi Afrikada ananın qardaşı" (1924) əsərlərində özünü göstərməyə başlamışdı. Klassik yaradıcılıq qabiliyyətini isə "Sosial elmdə funksiya anlayışı", "Sosial struktur haqqında" və "Avstraliya tayfalarının sosial təşkili" adlı əsərlərində göstərmişdir. Radklif – Braun, sosial hadisələrin tarixi və psixoloji terminlərlə izahını mümkünsüz saydığı üçün, bunları adaptasiya, koadaptasiya və inteqrasiyanın sabit sistemləri kimi izah etməyi təklif etmişdir.[10]
O, hələ 1914-cü ildə "sosial struktur" anlayışını tətbiq etmiş, 30-cu illərdə isə bu anlayışı daha dəqiq və dərindən işləyib hazırlamışdı. O Radklif- Braun tədqiqatlarının nəticəsi olaraq "sosial sistem" anlayışını "mədəniyyət" anlayışı əvəz etdi və cəmiyyəti sosial birlik kimi yox mədəni birlik kimi araşdırmağa başladı. Levi-Stross sosial əsasların və sosial münasibətlərin sosial həyatı modelləşdirmədə istifadə olunan nəzəri əsaslar olduğunu iddia edərkən Radklif — Braun buna qismən qatıldı. O sosial əlaqələrin birbaşa müşahidə etməyin mümkün olduğunu lakin sosial strukturun eyni ilə sosial münasibətlərdə istiadə olunan nəzəri və praktik tədqiqat üsulları müşahidə etmək mümkün olmadığını iddia etdi və elm adamları arasında belə bir müzakirə başlatdı. Sosial strukturlar arasında sabit münasibəti müəyyənləşdirən Radklif- Braun daha sonra bütün toplumların sosial strukturunu müəyyənləşdirmək üçün "ümumi sosial struktur" anlayışından istifadə etməyə başladı[7]
Ümumilikdə 70-dən çox elmi əsər yazmışdır. Əsərlərində bir çox ifadələri yenidən işləmiş və onlara yeni mənalar qazandırmışdır. Məsələn, o "Patera" və "Qenitora"nı, "in rem" hüququ və "in personaem" hüquqlarını bir-birindən fərqləndirir.[8]
Radkliff — Braun və sosial antropologiya
redaktəRadklif – Braunun antropologiya və sosiologiya sahəsində biliyi onun sosial antropologiyada metdoloji yeniliklər etməsinə səbəb olmuşdu. Ənənəvi antropoloji metodlardan fərqli olaraq, Braun hesab edirdi ki, nizamlanmış biliyin əldə edilməsinin yeganə mümkün metodu faktların köməyi ilə ardıcıl şəkildə irəli sürülən hipotezlərin yoxlanılmasıdır. Dövrün tədqiqatçılar onun emprik və analitik tədqiqatlarına heyran qalsa da, burada istifadə olunan yeni tip metodologiyanın mahiyyətini anlaya bilməmişdilər. Belə təsəvvür yaranırdı ki, Braunun tədqiqatları irreal xarakter daşıyır və onun dediyi kimi məsələn çöl tədqiqatları ilə bağlı hipotezləri yenidən yoxlamaq mümkün deyildi. Bu konpsepsiyanı digər tarixi, genetik və yaxud psixoloji yanaşmaların tərəfdarları olan antropoloqlar, o cümlədən Malinovski məktəbinin nümayəndələri qəbul edə bilməzdilər. Həqiqətən də fundamental xarakterli təbii nəzəri fənn sayıla biləcək, sosial antropologiyanın müqayisəli sosiologiya olduğu ideyası, müəllifin gözlədiyi kimi, müsbət qəbul olunmadı. Səbəbi odur ki, bir çox əldə edilən emprik və analitik kəşflər qeyd edilən konsepsiya üzərində qurulmuşdur; müəllifin qəbul etdiyi struktur — funksional təhlilin ümumi prinsipləri də geniş tətbiqini öz metodlarından uzaq olan metodların istifadəsi ilə səciyyələnən elmi konsepsiyalarda tapmışdır.[8]
Radklif — Braunun fikrincə, sosial antropolgiya bütövlükdə ümumi nəzəriyyədən və mərkəzi nəzəriyyədən ibarətdir. Ümumi nəzəriyyəyə üç qrup problem daxildir. Birinci qrup statik və yaxud morfoloji problemlərdən ibarətdir: oxşar və fərqli cəhətlər necədir, onları necə müqayisə etmək və təsnifatlandırmaq olar. İkinci sahə- sosial dinamikadır: müxtəlif cəmiyyətlər necə fəaliyət göstərir, necə öz mövcudluğunu təmin edir. Üçüncü qrup – inkişaf problemləridir: cəmiyyət necə öz növünü dəyişdirir, yeni cəmiyyətləri yaradır, sosial dəyişikliklərin ümumi qanunauyğunluqları hansılarıdır. Bu zaman ümumi nəzəriyyə, bu sualları araşdırmaq üçün Spenser tərəfindən formalaşdırılmış adaptasiyanın üç aspektinə işin ağırlığını istiqamətləndirir: fiziki mühitə ekoloji adaptasiyaya, sosial adaptasiyaya (yəni sosial qayda- qanuna riayət olunmasını təmin edən institusional təşkilata), bir də sosiallaşmaya və yaxud fərdləri "mədəni adaptasiya". Mərkəzi nəzəriyyədə sosial münasibətlərin bütün növlərinin determinantları cəmlənir. Radklif – Braun burada koadaptasiyaya aid terminlərə müraciət edir, nəticədə fərdi maraqlar və yaxud dyərlərin uyğunlaşdırılması və harmonizasiyası şəraitində "assosiasiya münasibətləri" və "sosial dəyərlər" mümkünlüyü yaranır. Bu nəzəriyyə H. Spenserin qarşılıqlı fəaliyyəti bağlı irəli sürdüyü "bazar" modelini xatırladır.[8]
Hər iki nəzəriyyəni mahiyyətini belə bir fikirlə ifadə etmək olar: cəmiyyətin həyatını assosiasiya münasibətləri sistemi kimi öyrənmək lazımdır; konkret sosial struktur, institusional normalar şəklində ifadə olunmuş dünyagörüşü ilə bağlı "sosial dəyərlər" çərçivəsində fərdlər və yaxud qrupların maraqları və yaxud dəyərləri koapadtasiya edilmiş münasibətlərin təşkilidir.[8]
Koadaptasiya ideyası
redaktəKoadaptasiya ideyası Radklifin konsepsiyasında mühüm rol oynamışdır, lakin onun məntiqi və konseptual çalışmaları kifayət deyil; bunu, koadaptasiya prosesinin statistik və dinamik aspektləri haqqında da demək olar. O, öz ən vacib vəzifəsini sosial strukturların öyrənilməsində görürdü; bununla belə bir fikri də istisna etmirdi ki, "sosial strukturun öyrənilməsi bizi, birbaşa sosial münasibətlərin determinantları olan maraqlar və sosial münasibətlərin öyrənilməsinə doğru aparır".[11] Sosial sistemin özü isə dəyərlər sistemi kimi öyrənilməli və təhlil edilməlidir.[12]
Əsərləri
redaktə- "Andaman adaları", (1922)
- "Etnologiya və sosial antropologiyanın metodu" (1950),
- "Mədəniyyətin tarixi və funksional şərhi", (1952)
- "Antropoloji tədqiqatlarda hazırkı vəziyyət"
İstinadlar
redaktə- ↑ David Graeber, Fragments of an Anarchist Anthropology, Chicago, 2004, p.16.
- ↑ Radcliffe-Brown, A. R., (1957) A Natural Science of Society
- ↑ Adam Kuper, Anthropology and Anthropologists: The Modern British School, London, Penguin, 1973, pp. 45–46)
- ↑ George W. Stocking Jr., After Tylor, British Social Anthropology, 1888–1951, Madison, Univ Wisconsin, 1995, p. 305.
- ↑ Kuper, Anthropology and Anthropologists, p. 34.
- ↑ Kuper, Anthropology and Anthropologists, p. 36.
- ↑ 1 2 Lévi-Strauss, C. Anthropologie structurale (1958, Structural Anthropology, trans. Claire Jacobson and Brooke Grundfest Schoepf, 1963)
- ↑ 1 2 3 4 5 Qərbi Avropa və ABŞ-də sosiologiya tarixi. Bakı 2010. s 355
- ↑ "The Distribution of Native Tribes in Part of Western Australia", Man, 12: 143–146
- ↑ "Arxivlənmiş surət". 2016-11-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-11-05.
- ↑ Radcliffe-Brown, A. R. (1940). "Preface". African Political Systems. London: Oxford University Press. p 11–23
- ↑ Alfred Radcliffe-Brown- Structure and function in primitive society, essays and addresses. N. Y Free Press 1964. p 105