Alfonso Robles - Wikipedia
Alfonso Qarsiya Robles (isp. Alfonso García Robles; 20 mart 1911, Samora-de-Hidalqo,Miçoakan,Meksika - 2 sentyabr 1991, Mexiko,Meksika) —Meksikalı siyasətçi,diplomat,Meksikanın Xarici İşlər naziri (1975-1976), Alva Mürdal ilə birgə 1982-ci ildə Nobel Sülh mükafatı laureatı
Alfonso Robles | |
---|---|
isp. Alfonso García Robles | |
29 dekabr 1975 – 30 noyabr 1976 | |
Prezident | Luis Eçeverria Alvares |
Əvvəlki | Emilio Oskar Rabasa |
Sonrakı | Santyeqo Roel Qarsiya |
Şəxsi məlumatlar | |
Doğum adı | Alfonso García Robles |
Doğum tarixi | 20 mart 1911[1][2][…] |
Vəfat tarixi | 2 sentyabr 1991[1][2][…] (80 yaşında) |
Vəfat yeri | |
Təhsili | Meksika Milli Muxtar Universiteti |
Fəaliyyəti | diplomat, yazıçı, vəkil, siyasətçi, hüquqşünas |
Atası | Kirino Qarsiya Robles |
Anası | Tereza Qarsiya Robles |
Həyat yoldaşı | Xuana Mariya Sislo Valdenomar |
Uşaqları | oğulları: Alfonso və Fernando |
Elmi fəaliyyəti | |
Elm sahəsi | fizika |
İş yeri | Birləşmiş Millətlər Təşkilatı |
|
|
Təltifləri | Nobel sülh mükafatı (1982-ci il) |
Vikianbarda əlaqəli mediafayllar |
Erkən həyatı
redaktəAlfonso Qarsiya Robles Tereza Qarsiya və Kirino Qarsiya Roblesin (Miçoakan ştatı) ailəsində dünyaya göz açıb. Öncə keşiş olmaq niyyətində olan Alfonso, sonra fikrini dəyişərək və Mexiko Dövlət Universitetin hüquq fakültəsinə daxil olur. 1933-cü ildə beynəlxalq hüquq və beynəlxalq münasibətlər ixtisası üzrə məzun oldu,bundan sonra Parisdə (1934-1937) və Haaqa Beynəlxalq Hüquq Akademiyasında (1938) təhsilini davam etdirdi. Robles hələ Avropada ikən diplomat kimi fəaliyyət göstərərək iki ilini İsveçdəki Meksika səfirliyində keçirir.
Karyerası
redaktə1941-ci ildə vətəninə qayıdaraq beynəlxalq təşkilatlar şöbəsinin müdiri,daha sonra siyasi və diplomatik xidmətin baş direktoru təyin edildi. 1945-ci ildə,San-Fransiskoda BMT-nin yaradıldığı konfransda Meksika nümayəndə heyətinin üzvü oldu. Daha sonra Nyu Yorkdakı BMT Katibliyində çalışdı. 1957-ci ildə Meksikaya qayıtdıqdan sonra Xarici İşlər nazirliyində Avropa,Asiya və Afrika şöbəsinin müdiri təyin edildi,bununla əlaqədar 1958 və 1960-cı illərdəki dəniz hüququ ilə bağlı konfranslarda fəal iştirak etmişdir.
Sülhməramlı kimi fəaliyyəti
redaktə1962-1964-cü illərdə Meksikanın Braziliyadakı səfiri olmuşdur. 1962-ci ildə Karib böhranından sonra Latın Amerikasında nüvə silahından azad zonanın yaradılması haqqında müqavilə barədə ciddi düşündü.
1964-cü ildə Meksika Xarici İşlər nazirinin müavini təyin edildi və bu vəzifəsini icra edərkən Latın Amerikasında nüvə silahlarının qadağan edilməsi ilə bağlı Tlatelolko müqaviləsinin (1967) imzalanmasında əsas rollardan birini oynadı.
1967-ci ildə ona Alva Mürdal ilə birlikdə 1968-ci ildə dünyanın 115 dövləti tərəfindən qəbul edilmiş Nüvə Silahlarının Qarşısının Alınması Müqaviləsinin hazırlanmasında fəal iştirak etdiyi üçün ona,BMT-nin Silahsızlanmaya dair Cenevrə konfransındakı Meksika nümayəndə heyətinə rəhbərlik etmək tapşırıldı.
1970-1975-ci illərdə Meksikanın BMT-dəki nümayəndəsi olmuş,sonra bir il Meksikanın xarici işlər naziri vəzifəsində çalışmışdır. 1977-ci ildən Meksikanın Cenevrədəki BMT Silahsızlaşdırma Komitəsində daimi nümayəndəsi oldu. Silahlanma yarışına son qoyulmasına dair böyük güclər arasında uzlaşma əldə etməyə çalışdı. 1978-ci ildə ilk belə iclas keçirildi,burada Robles qeyri-rəsmi olaraq "Yekun Sənəd" adlanan qətnamənin mətn layihəsinin hazırlanmasından məsul oldu. 1982-ci ildə Birləşmiş Millətlər Təşkilatının Baş Məclisinin xüsusi iclasında dünya səviyyəsində tərksilah kampaniyası təşkil etməyi təklif etdi. Böyük dövlətlərin mövqeyi səbəbindən sənəd hazırlamaq mümkün olmadı, lakin bu fikir böyük dəstək aldı və 1982-ci ilin yayında ABŞ və Avropada minlərlə nüvə əleyhinə nümayiş keçirildi.
Son illəri
redaktə1982-ci ildə Alva Mürdal ilə birlikdə silahsızlanma və beynəlxalq danışıqlar sənəti sahəsindəki iyirmi illik fəaliyyətinə görə Nobel Sülh mükafatına layiq görüldü.[3] Nobel sülh mükafatını alarkən söylədiyi nitqində Robles,Tlatelolko müqaviləsinin hazırlanması və məzmunu barədə danışaraq,Latın Amerikasının nüvəsiz zonasının,təəssüf ki,əhalinin sıx olduğu digər ərazilərində özünə davamçı tapa bilmədiyini xatırlatdı.
1985-ci ildə BMT-nin Silahsızlaşdırma Komitəsinin sədri seçildi.
2 sentyabr 1991-ci ildə vəfat etdi.
Şəxsi həyatı
redaktə1949-cu ildə BMT-nin Yaxın Şərqdəki missiyasına rəhbərlik edərkən Robles,bir il sonra evləndiyi Perulu Xuana Mariya Sislo Valdenomar ilə tanış oldu. Onların - Alfonso və Fernando adlı iki oğlu oldu.
Diplomat kimi fəaliyyət göstərdiyi illərində Robles beynəlxalq münasibətlərə dair 20 kitab və 300-dən çox məqalə yazmışdı.
İstinadlar
redaktə- ↑ 1 2 Alfonso Garcia Robles // Encyclopædia Britannica (ing.).
- ↑ 1 2 Alfonso García Robles // Brockhauz Ensiklopediyası (alm.).
- ↑ "Альфонсо Гарсия Роблес в энциклопедии «Кругосвет»". 2018-01-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-11-16.