Alfonsina Storni - Wikipedia
Alfonsina Storni (29 may 1892[1][2][…] – 25 oktyabr 1938[1][2][…]) - modernist dövrdə tanınmış Latın Amerikalı yazıçı.
Alfonsina Storni | |
---|---|
elz. Alfonsina Storni | |
Doğum adı | Alfonsina Storni[3] |
Doğum tarixi | 29 may 1892[1][2][…] |
Vəfat tarixi | 25 oktyabr 1938[1][2][…] (46 yaşında) |
Vəfat səbəbi | boğulma[4] |
Dəfn yeri |
|
Fəaliyyəti | gündəlik yazıçısı[d], şair, jurnalist, yazıçı, müəllimə, sosioloq |
Əsərlərinin dili | ispan dili |
İstiqamət | Postmodernizm |
Janr | poeziya |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəAlfonsina İsveçrənin Sala Capriasca şəhərində, Argentinalı pivə istehsalçısı ailəsində dünyaya gəlmişdir. Burada o, italyan dilini öyrənmə şansı əldə etmişdir. Ailənin işinin uğursuzluqla nəticələnməsi səbəbi ilə ailə Argentinaya qayıtmış və Rosario şəhərində bir pivəxana açmışdır. Burada Alfonsina kiçik işlərdə kömək edirdi. 1907-ci ildə bir teatr qrupuna qoşulan yazıçı ölkəni gəzmək fürsətini ələ keçirmişdi. Bu illərdə o, Henrix İbsenin “Spectres”, Benito Perez Galdosun “La loca de la casa” və Florencio Sanchzin “Los muertos” kimi əsərlərinin tamaşalarında oynamışdır. Rosarioya qayıtdıqdan sonra ibtidai sinif müəllimliyi işini tamamlayan yazıçı “Mundo Rosarino”, “Monos y Monadas” və “Mundo Argentino” kimi jurnallarda işləmişdir. 1911-ci ildə Buenos Ayresə kömüş və bir il sonra Korondalı bir jurnalistdən olan oğlu Alexandronu dünyaya gətirmişdir. Növbəti illərdəki maddi sıxıntılara baxmayaraq 1916-cı ildə “La inquietude del rosal” adlı əsərini çap etdirdi və ardınca bir marketdə kassir kimi işlədiyi zaman “Caras y Caretas” adlı jurnal üzərində işləmişdir. Yazıçı daha sonra José Enrique Rodó və Amado Nervo kimi məşhur yazıçılarla tanış olmuşdur. Bundan əlavə José Ingenieros və Manuel Ugarte kimi insanlarla da dostluq əlaqələri qurmuşdur. Artıq maddi vəziyyəti yaxşılaşan Storni Uruqvayın paytaxtı Montevideoya köçdü. Burada şair Juana de Ibarbourou və gələcəkdə yaxın dostu olacaq Horacio Quiroga ilə tanış olur. 1920-ci il kitabı olan Languidez böyük uğur əldə edərək ilk Bələdiyyə Şeir Mükafatını və ikinci Milli Ədəbiyyat Mükafatını qazanır.
Bir müddət sonra Escuela Normal de Lenguas Vivas'da ədəbiyyat müəllimi işləyən yazıçı Ocre adlı əsərini satışa çıxarır. Bu əsərdən sonra onun feminist fikirləri əsərlərində daha geniş yer tutmağa başladı. Ancaq tənha həyat bir müddət sonra onun sağlamlığına təsir etməyə başladı. Ruhi problemlər yaşayan yazıçı bir müddət sonra müəllimlik etməyi də dayandırdı.
Avropaya səfərlərindən sonra Storninin əsərləri köhnə formasını itirərək o vaxt çox da tanınmayan erotik şiddət təsvirli dram əsərlərinə çevrildi. Hətta “Mundo de siete pozos”(1934) və Mascarilla y trébol (1938) kimi bəzi əsərlərində daha fərqli feminist düşüncələrlə özünü göstərməyə başladı.
Əsərləri
redaktə- 1916 La inquietud del rosal
- 1918 El dulce daño
- 1919 Irremediablemente
- 1920 Languidez
- 1925 Ocre
- 1926 Poemas de amor
- 1927 El amo del mundo: comedia en tres actos
- 1932 Dos farsas pirotécnicas
- 1934 Mundo de siete pozos
- 1938 Mascarilla y trébol
Ölümündən sonra
redaktə- 1938 Antología poética
- 1968 Poesías completas
- 1998 Nosotras y la piel: selección de ensayos
İstinadlar
redaktə- ↑ 1 2 3 4 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
- ↑ 1 2 3 4 Alfonsina Storni // Encyclopædia Britannica (ing.).
- ↑ https://www.swissinfo.ch/spa/cultura/70-aniversario-de-su-muerte_alfonsina--esa-mujer-inolvidable/6992166.
- ↑ https://web.archive.org/web/20090918130421/http://www.critica.cl/html/elizabeth_frances_richter_02.html.
Xarici keçidlər
redaktə- Alfonsina – Cervantes Virtual Library (İspanca)
- Alfonsina ‐ Agriela Deccicco Arxivləşdirilib 2005-08-31 at the Wayback Machine (İspanca)
- Alfonsina, Amelia Bencein oynadığı 1957-ci il filmi (İspanca)