Alfa Konde - Wikipedia
Alfa Konde (fr. Alpha Condé; 4 mart 1938[1][2][…], Boke[d], Fransa Qvineyası[d], Fransa Qərbi Afrikası[d]) — 2010-cu ildən Qvineyanın prezidenti olan qvineyalı siyasətçi, “Qviney millətinin birliyi” partiyasının lideri. 1993-cü və 1998-ci ildə keçirilən seçkilərdə o, 2 dəfə Lansana Konteyə uduzmuşdu. 3-cü dəfə o, 2010-cu ildə seçkilərə qatıldı və səsvermənin iki raunduna əsasən, prezident seçildi. Dekabrda vəzifəyə keçən Konde ölkəsinin tarixində ilk azad şəkildə seçilmiş prezident oldu.
Alfa Konde | |
---|---|
Alpha Condé | |
Qvineyanın prezidenti | |
Vəzifədədir | |
21 dekabr, 2010-cu ildən | |
Əvvəlki | Musa Dadis Kamara |
Şəxsi məlumatlar | |
Doğum adı |
ߞߐ߲ߘߍ ߞߐ߲ߘߍ߫ |
Doğum tarixi | 4 mart 1938[1][2][…] (86 yaş) |
Doğum yeri | |
Partiya | Qvineya millətinin birliyi |
Təhsili | |
Fəaliyyəti | siyasətçi, yazıçı |
Dini | İslam |
|
|
Təltifləri | |
Vikianbarda əlaqəli mediafayllar |
Bioqrafiyası
redaktəKonde 4 mart 1938-ci ildə Aşağı Qvineyanın Boke şəhərində anadan olmuşdur. O, madinkalar millətinə aiddir. Konde evlidi və Alfa Mohamed alfa Konde adlı oğlu var.
15 yaşında o, Fransaya köçdü, təhsilini Paris məktəblərində və Sorbonnada alırdı. Müxalifiətçi olduğu üçün 1991-ci ilə qədər mühacirətdə idi. Sonralar isə sosialist internasionalına aid edilən “Qviney millətinin birliyi” partiyasının lideri oldu. Bu partiyanı əsasən madinkalar milləti dəstəkliyir.
1993-cü ildəki prezident seçkilərində Konde 19,6 % səs topladı, və o tarixdə Qvineya xalqı Lansana Konteni seçdi. 1998-ci ildə 16,6 % səs topladı, və bu dəfə də Lansana Konte qalib gəldi, seçkilərdən 2 gün sonra Alfa Kondeni həbs etdilər. 2000-ci ildə məhkəmə prosesi başlamışdı, ona prezidenti öldürmək niyyətinə görə 5 illik həbs cəzası verilmişdi, amma 2001-ci ildə vaxtından əvvəl azad olundu. Ona siyasi fəaliyyətlə məşğul olmaq qadağan edildi, və 2001-2005-ci illərdə o, Fransada yaşıyırdı.
28 sentyabr 2009-cu ildə Qvineyada baş vermiş böyük müxalifət mitinqindən sonra, Nyu Yorkda qalan Konde ictimai hərəkatların səfərbərliyi haqqında elan verdi və Qvineyanın "cinayət rejiminə" qarşı etiraz aksiyalarını davam etdirməyə çağırdı.[3][4] Alfa Konde Musa Dadis Kamaranın oktyabrın 1-də milli birlik hökumətinin yaradılması barədə təklifini rədd edib, hərbi xuntanın başçısını "etibarsız tərəfdaş" adlandırdı.
2010-ci il iyunun 27-də prezident seçkilərinin ilk turunda 553 021 səs (20,67%) toplayan Konde, Selu Daleyna Diallodan sonra ikinci yeri tutdu və növbəti tura keçdi. Bu mərhələdə Diallonun 47,48 %, Alfa Konde isə 52,52 % səs topladı. Bununla da o, Qvineyanın prezidenti seçildi.
Sui-qəsd cəhdi
redaktə19 iyul 2011-ci ildə prezident iqamətgahını atəşə tutmuşdular, nəticədə prezident qvardiyası çoxlu itki verdi, və iki nəfər xəsarət aldı, lakin Konde sui-qəsd cəhdindən sağ çıxdı. Keçmiş ordu rəisi və prezident qvardiyasının üzvü prezidentin evinə hücüm etdiyi üçün saxlandılar. Sonra isə Konde xalqına belə açıqlama verdi: "Mənim evim ötən gecə hücuma məruz qaldı, və mən əlavə yardımın gəlməsinə qədər döyüşən (gecə saat 3:10-5:00 qədər) prezident qvardiyasına təşşəkür edirəm. O, həmçinin əlavə etdi ki, onun islahat planları heçnəyə baxmayaraq davam edəcək.[5]
Üç gündən sonra ən azı 38 əsgər sui-qəsddə iştirak etdiyi üçün həbs olundu. Hökumət rəsmisi qeyd etmişdir ki, həbs olunanların bir çoxu ölkənin əvvəlki hökmdarları ilə hərbi əlaqələr saxlayırdı. Birləşmiş Millətlər Təşkilatı bu hadisəyə "Qvineyanın hərbi islahatlara daha böyük ehtiyacı var" deməklə reaksiya vermişdi.
2013-cü il seçkiqabağı zorakılıq
redaktəKonde bir həftə davam edən etiraz aksiyalarına və zorakılığa görə tənqid olunmuşdu, sonra isə müxalifət tərəfdarları onun 2013-cü ildə may seçkilərində ehtimal olunan saxtalaşdırma cəhdlərinə qarşı etiraz əlaməti olaraq Konakri şəhərinin küçələrinə çıxmışdılar. Müxalifət koalisiyası fevralın ortalarında seçki prosesindən namizədliyini geri götürmüşdü, səbəbi isə Kondenin Cənubi Afrika şirkəti “Waymark İnfotech”-in qeydə alınmış seçicilərin siyahısını tərtib etməsinin təkidi idi.
Ondan sonrakı zorakılıq xəbərlərinə əsasən, ən azı 9 nəfər həlak olmuşdur, və yüzlərlə insan yaralanmışdı, və ehtimal var ki, bu insident təhlukəssizlik üzvlərin bir çoxunun kütlənin müəyyən qismini dağıtmaq üçün atəş etməsi nəticəsində baş vermişdir.[6][7]
2021 -ci il dövlət çevrilişi
redaktə5 sentyabr 2021 -ci ildə Alfa Konde rejiminə qarşı dövlət çevrilişinə cəhd edildi.[7]
İstinadla
redaktə- ↑ 1 2 Alpha Condé // Brockhauz Ensiklopediyası (alm.).
- ↑ 1 2 Alpha Conde // Munzinger Personen (alm.).
- ↑ "Junta bans gatherings, declares two days of mourning" (ingilis). France24. 20 sentyabr 2009-cu il. 2012-04-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2009-09-30.
- ↑ "Guinea protests 'will continue'" (ingilis). BBC News. 29 sentyabr 2009-cu il. 2012-04-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2009-09-30.
- ↑ "Post-attack, Guinea tells investors country is under control". AP (ingilis). 19 iyul 2011 il. 2012-06-06 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-03-15.
- ↑ "Security forces break up Guinea opposition funeral march" (ingilis). Reuters. 8 mart 2013 il. 2013-04-24 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-03-15.
- ↑ 1 2 Jeune Afrique. "Guinée : tentative de coup d'État en cours à Conakry" (fransız). Jeune Afrique. 15 fevral 2013 il. 2021-09-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-09-05.