Aleksandr Butlerov - Wikipedia
Aleksandr Mixaylovic Butlerov (15 sentyabr 1828[2][3], Çistopol, Kazan quberniyası[2][3][…] – 17 avqust 1886[2][3], Biarrits) — rus kimyaçı, üzvi maddələrin kimyəvi quruluşu nəzəriyyəsinin, eləcə də "Butlerov məktəbi"nin yaradıcısı, arıçı-alim, lepidopteroloq, ictimai xadim, 1860–1863-cü illərdə Kazan İmperator Universitetinin rektoru.
Aleksandr Butlerov | |
---|---|
Александр Михайлович Бутлеров | |
Doğum tarixi | 15 sentyabr 1828[2][3] |
Doğum yeri |
|
Vəfat tarixi | 17 avqust 1886[2][3] (57 yaşında) |
Vəfat yeri | |
Elm sahələri | kimya[1][1], üzvi kimya[1][1], Arıçılıq[1][1] |
Elmi adları | professor (1868), akademik (1871-1874) |
İş yerləri | |
Təhsili |
|
Elmi rəhbərləri | Nikolay Zinin[2] |
Tanınmış yetirmələri | Vladimir Markovnikov, Aleksandr Zayçev[d], Aleksey Favorski |
Üzvlüyü | |
Mükafatları | |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəAleksandr Butlerov mülkədar, Böyük Vətən müharibəsinin iştirakçısı (1812), təqaüdçü-zabit ailəsində doğulmuşdur. İlk təhsilini Topornin özəl pansionunda fransız dili müəllimi kimi almışdır, daha sonra 1-ci Kazan gimnaziyasında, 1844–1849-cu illərdə isə Kazan Universitetinin "təbiət elmləri şöbəsi"ndə tələbə olmuşdur. 1849-cu ildən buranın müəllimi, 1854-cü il fövqəladə, 1857-ci ildən isə həmin universitetdə adi kimya professoru kimi fəaliyyət göstərmişdir. 1860–1863-cü illərdə iki dəfə universitetin rektoru olmuşdur. 1868–1885-ci illərdə Peterburq Universitetində adi kimya professoru kimi işləmişdir. 1885-ci ildə təqaüdə çıxmış, yalnız universitetdə xüsusi mühazirələr deməyə davam etmişdir. 1870-ci ildə həmkar seçilmişdir, 1871-ci ildə fövqəladə, 1874-cü ildə isə Peterburq EA (Elmlər Akademiyasında) adi akademik.
1878–1882-ci illərdə N. N. Zininin varisi Rusiya Kimya Cəmiyyətinin Kimya şöbəsinin sədri kimi fəaliyyət göstərmişdir. Bir çox digər elmi cəmiyyətlərin Rusiyada və xaricdə fəxri üzvü olmuşdur.
Elmi fəaliyyəti
redaktəPansionda şagird olan zaman artıq kimya ilə marağlanırdı:dostları ilə birlikdə onlar gah toz, gahda ki, fişəng düzəltməyə çalışırdılar. Təcrübələrin birində bir zorlakı partlayış baş verdiyinə görə, müəllimi onu ciddi cəzalandırır. Üç gün dalbadal başqaları nahar etdikəri bütün zaman ərzində Saşanı bir küncə yerləşdirirdilər. Onun boynuna üstündə "Böyük Kimyaçı" yazısı olan qara lövhə asmışdılar. Sonradan bu sözlər peyğəmbərcəsinə söylənmiş sözlərə çevrildi. Sonradan o Kazan universitetində kimya tədrisinə alüdə oldu, hansı ki, burada K. K. Klaus və N. N. Zinin kimi professorlar var idi.1852-ci ildən Klaus Derpet universietinə keçdikdən sonra , Butlerov bu universitetdə kimyanın tam tədrisinə rəhbərlik etdi.1851-ci ildə Butlerov "Üzvi birləşmələrin oksidləşməsi" haqqında maqistr dissertasiyasını müdafiə etdi,1852-ci ildə isə Moskva universitetində "Efir yağları"haqqında doktorluq dissertasiyası müdafiə etdi.1857–1858-ci illərdə xaricə səfərləri zamanı o bir çox F. A. Kekule və E. Erlenmeyer kimi görkəmli kimyaçılarla yaxından tanış olmuşdur, və Parisdə yeni qurulan Paris Kimya Cəmiyyətində fəal iştirak edərək yarım ilini orada keçirmişdir. Parisdə Ş. A. Vyurs laborotoriyasında Butlerov birinci dövrü eksperimental tədqiqatın başlamışdır. Yodlu metilenin hazirlanmasında yeni bir üsul aşkar edərək, Butlerov onun çoxsaylı törəmələrini əldə etdi və tədqiq etməyə başladı;ilk dəfə olaraq heksametilentetramin(urotropin) ilə polimer formaldeqidi sintez etdi, hansı ki, əhəng suyu ilə emal edildikdə şəkərli mayeyə çevrilirdi. Butlerovun sözlərinə görə, bu şəkərli mayenin ilk və tam sintezi idi.
Elmi töhfə
redaktəButlerov kimyəvi quruluş nəzəriyyəsinin əsas ideyalarını ilk dəfə 1861-ci ildə ifadə etmişdir. Öz nəzəriyyəsinin vacib mövqelərini o, "Maddənin kimyəvi quruluşu" haqqında olan məruzəsində şərh etmişdir. Bu məruzəni o, Şpeyerdə (sentyabr 1861) alman həkimləri və təcrübəçilərinin qurultayındakı kimya bölməsində oxumuşdur. Bu nəzəriyyənin əsasları bu şəkildə formalaşdırılır: 1."Hər kimyəvi atomun, hansı ki, cismin yaranmasında iştirak edir, müəyyən və məhdud sayda kimyəvi gücü olduğunu nəzərdə tutaraq , mən bu kimyəvi əlaqəni kimyəvi quruluş adlandırardım və ya mürəkkəb cismdə atomların qarşılıqlı birləşmə üsulu." 2."…mürəkkəb hissəciyin kimyəvi naturası elementar tərkib hissələrinin naturası , onların sayı və kimyəvi quruluşu ilə müəyyənləşdirilir". Klassik kimyəvi quruluş nəzəriyyəsinin qalan bütün mövqeləri bu postulatla düz və ya dolayı olaraq bağlıdır. Butlerov kimyəvi quruluşun müəyyənləşdirilməsi yolunu göstərir və istifadə olunacaq qaydaları xülasə edir. O, öz kimyəvi quruluşunu saxlayan radikalların iştirak etdiyi şəraitdə keçirilən sintetik reaksiyalara üstünlük verir. Buna baxmayaraq Butlerov, belə bir ehtimalı da əvvəlcədən görür ki, yenidən qruplaşma mümkündür , belə ki, sonda bu hallar üçün də "ümumi qanunlar " təyin olunacaq. Butlerov ilk dəfə olaraq izah etdi ki, izomerlər eyni elementar tərkibə malik olan birləşmələrdir , lakin onların kimyəvi quruluşu müxtəlifdir. Kimyəvi quruluş nəzəriyyəsinin inkişafında Butlerovun işlərində onun eksperimental təsdiqi böyük əhəmiyyət kəsb etmişdir. Üçünçü butil spirtini əldə edərək, Butlerov(şagirdləri ilə birlikdə) onun quruluşunu açıqlamağı bacarmış və onun tərkibində izomerlərin olduğunu isbat etmişdir. 1844-cü ildə Butlerov iki butan və üç pentanın daha sonra isə izobutilenin mövcud olduğunu əvvəlcədən demişdir. Kimyəvi quruluşun nəzəri ideyalarını bütün üzvi kimyaya tətbiq etmək üçün Butlerov 1864–1866-cı illırdə Kazanda " Üzvi kimyanın tam öyrənilməsinə giriş " –in üç buraxılışını çap etdi. Onun ikinci nəşri 1867–1868-ci illərdə alman dilində oldu. Butlerov ilk dəfə olaraq kimyəvi quruluşun əsasında polimerləşmənin sistemləşdirilmiş tədqiqatına başladı. Hansı ki, bu tədqiqatlar Rusiyada onun davamçıları tərəfindən davam etdirildi və S. V. Lebedevin sintetik kauçukun sənaye üsulu ilə alınması kəşfi ilə başa çatdı.
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ 1 2 3 4 5 6 7 8 9 10 11 12 Butlerov, Aleksandr Michajlovič // Çex Milli Hakimiyyət Məlumat bazası.
- ↑ 1 2 3 4 5 6 7 8 9 10 11 Бутлеров, Александр Михайлович (rus.). // Русский биографический словарь СПб: 1908. Т. 3. С. 528–533.
- ↑ 1 2 3 4 5 6 7 8 9 10 М. Л. Бутлеров, Александр Михайлович (rus.). // Энциклопедический словарь / под ред. И. Е. Андреевский, К. К. Арсеньев, Ф. Ф. Петрушевский СПб: Брокгауз — Ефрон, 1891. Т. V. С. 79–82.