Aleksander Ceferin - Wikipedia
Aleksander Çeferin (13 oktyabr 1967, Lyüblyana) — Sloveniyalı hüquqşünas.[1] UEFA-nın 7-ci prezidenti (14 sentyabr 2016-cı ildən)[2][3].
Aleksander Çeferin | |
---|---|
Doğum tarixi | 13 oktyabr 1967 (57 yaş) |
Doğum yeri |
|
Uşağı | 3 |
Milliyyəti | sloveniyalı |
Təhsili | |
Fəaliyyəti | vəkil, idman rəsmisi[d] |
Fəaliyyət illəri | 2011-ci ildən |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəLyublyana Universitetindən məzun olduqdan sonra Ceferin ailəsinin yanına qayıdaraq ailəsinə məxsus hüquq şirkətində çalışmışdır. Bir müddət çalışdıqdan sonra atasının yerinə şirkətin direktoru vəzifəsinə keçmişdir.
Ceferinin futbola olan həvəskar marağı onu 2005-ci ildə yerli futzal komandası olan Litijada idarə heyəti üzvlüyünə gətirmişdir.
Aleksander Ceferin 2011-ci ildə Sloveniya Futbol Federasiyası prezidenti seçilib.[4]
UEFA prezidenti
redaktə14 sentyabr 2016-cı ildə Yunanıstanın paytaxtı Afinada keçirilən Konqres çərçivəsində baş tutan seçkilərdə Sloveniya Futbol Federasiyasının prezidenti Aleksander Çeferin rəqibi Niderland Krallığı Futbol Federasiyasının rəhbəri Mixael van Praqa qalib gələrək UEFA-nın 7-ci prezidenti seçilmişdir[2]. O, 55 mümkün səsdən 45-ni toplamışdır[2].
İstinadlar
redaktə- ↑ ntv.com.tr. "Aleksander Ceferin kimdir" (az.). ntv.com.tr. 14.09.2016. 2016-09-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-09-14.
- ↑ 1 2 3 UEFA-nın yeni prezidenti məlum oldu Arxivləşdirilib 2016-09-16 at the Wayback Machine. apasport.az, 14.09.2016 (az.)
- ↑ "Aleksander Ceferin: Uefa elects Slovenia FA chief as new president". BBC. 2016-09-14. 2016-09-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-09-14.
- ↑ uefa.com. "Aleksander Ceferin haqqında" (az.). uefa.com. 20.02.2015. 2016-09-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-09-14.