Albert Fis - Wikipedia
Albert Fiş -(ing. Hamilton Howard "Albert" Fish) Amerika Birləşmiş Ştatlarının məşhur qatili. Tarixdə ən amansız silsilə qatillərdən biri hesab olunan Albert Fişin digər adları Boz Adam[2], Bruklin Qaniçəni [3] və Xortdan[2][4] olmuşdur. Albert Fişin yüzdən artıq qətil törətdiyi ehtimal olunur. Dünyada olan silsilə qatillərin ən yaşlısı hesab olunur. Albert Fişin pedofil və ruhi xəstə olduğu rəsmi şəkildə təsdiq olunmuşdur və o, təkcə silsilə qatillər törətmiş ruhi xəstə kimi yox, həm də adamyeyən qatil kimi adını tarixə yazdırmışdır. Qurbanlarının yaşlı, cavan ayırd etmədən bir çoxunun ətini də dadmışdır.
Albert Fiş | |
---|---|
ing. Hamilton Howard "Albert" Fish | |
| |
Doğum adı | Hamilton Howard Fish |
Ləqəbləri | Boz Adam, Bruklin Qaniçəni |
Doğum tarixi | |
Doğum yeri | Vaşinqton, ABŞ |
Vəfat tarixi | (65 yaşında) |
Vəfat yeri | Nyu York |
Dəfn yeri | |
Vətəndaşlığı | ABŞ |
Qətllər | |
Qurbanların sayı | rəsmi 4 nəfər |
Qətllərin dövrü | 1910–1932 |
Cəzası | elektrik stulu |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəAlbert Hamilton Fiş 1870-ci ilin 19 mayında Amerika Birləşmiş Ştatlarının paytaxtı Vaşinqton şəhərində anadan olmuşdur. 1875-ci ildə atasının ölümündən sonra uşaq evinə düşən Albert Fiş bu həyata ayaq uydura bilməmiş, ruhi sarsıntı keçirmişdir. Anası ilə bərabər yaşadığı dövrdə tez-tez cinsi istismara məruz qalan Fiş ruhi xəstəyə çevrilmiş və şizofren davranışlar sərgiləməyə başlamışdır. Orta məktəb və lisey illərində homoseksual xarakterli davranışlarına görə yoldaşları tərəfindən lağa qoyulmuşdur. Lisey dövründə Fişdə ciddi şiddət meylləri ortaya çıxmışdır. Səbəbli, səbəbsiz bir çox adama fiziki olaraq zərər verməyə başlayan Fiş ilk cinayətini 1910-cu ildə həyata keçirmişdir.
Fəaliyyəti
redaktəDaha sonralar uşaqları özünə qurban seçdi. Xüsusilə, kiçik qız uşaqlarına etdikləri insanın qanını dondururdu. O, kiçik qızlara işgəncə edir, təcavüz edir və ən sonunda öldürürdü. Qurbanları acı çəkərkən o bu vəziyyətdən zövq alırdı. Bunları tanrı üçün etdiyini dilə gətirən Fiş tanrı tərəfindən seçildiyinə və bu qızların tanrıya verilən qurbanlar olduğunu inanırdı. 1920-ci ilə qədər 15 cinayət törətdiyi güman edilir.
Fişin ruhi pozğunluğu o dərəcəyə çatmışdı ki, artıq idarədən çıxmışdı, özünə belə işgəncə edirdi, çubuqla özünü döyür, sidiyini içir və hətta öz ətindən et qoparırdı. Tanrı tərəfindən seçildiyi üçün bunları etməsinin lazımlı olduğuna inanırdı. Fiş lisey dövrünün ardından 1898-ci ildə evləndi və 6 uşaq sahibi oldu. Ancaq irəliləyən illərdə arvadı onu tərk etdi, amma bu vəziyyət Fişə hər hansı bir ciddi təsir etmədi. Fiş yenə bildiyini oxuyur və onlarla qız uşağına təcavüz etməyə davam edirdi. Eyni zamanda davamlı başqa qadınlarla cinsi əlaqəyə girirdi.
Albert Fişin tutulmasına səbəb olan hadisə isə, kiçik bir qız uşağını öldürüb, parçalara ayırıb otel otağında həftələrcə yeməsi oldu. Üstəlik bu qız ən yaxın qonşularının uşağı idi. Maraqlı məqam o idi ki, Fiş sərgilədiyi davranışlarla qonşularının etibarını qazanmışdı. Kimsə onun silsilə qatil ola biləcəyini ağlına belə gətirmirdi. İnsaların gözündə yaxşı bir imici vardı.
Albert Fiş öz imici sayəsində qonşusunun qızını, qardaşı oğlunun ad günü şənliyinə götürmə təklifinə müsbət cavab aldı. Ancaq bu kiçik qızın sonu oldu. Qıza təcavüz edib öldürdükdən sonra parçalara ayırdı. Bu parçaları da bişirərək yeddi və bunun üzərinə qızın ailəsinə məktublar yazmağa başladı. Məktublarda qızlarına necə təcavüz etdiyini və onu necə yediyini izah edirdi. Yazdığı bu məktublar onun tutulmasını təmin etdi. Fiş edam ediləcəyini öyrəndiyində bunun özü üçün daha əvvəl heç dadmadığı bir zövq olduğunu və bunu səbirsizliklə gözlədiyini söylədi.
Məhşurlaşması
redaktəAlbert Fişin tutulmasına səbəb olan hadisə isə, kiçik bir qız uşağını öldürüb, parçalara ayırıb otel otağında həftələrcə yeməsi oldu. Üstəlik bu qız ən yaxın qonşularının uşağı idi. Maraqlı məqam o idi ki, Fiş sərgilədiyi davranışlarla qonşularının etibarını qazanmışdı. Kimsə onun silsilə qatil ola biləcəyini ağlına belə gətirmirdi. İnsaların gözündə yaxşı bir imici vardı.
Edam edilməsi
redaktəAlbert Fiş 16 yanvar 1936-cı ildə Nyu-Yorkda elektrik stulunda edam edildi. Edamdan bir neçə dəqiqə əvvəl dediyi son söz belə olmuşdur: "Heç zaman dadmadığım bu böyük zövqü dadmaqdan çox məmnun olacağam".
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ Find a Grave (ing.). 1996.
- ↑ 1 2 Olsen, Maria - American Serial Killer Albert Fish: "An Angel Would Have Stopped Me"; Associated Content; May 15, 2009
- ↑ Bardsley, Marilyn - Crime Library: Albert Fish (Chapter 7 - The Boogey Man)[1] Arxivləşdirilib 2013-12-17 at the Wayback Machine
- ↑ Bardsley, Marilyn - Crime Library: Albert Fish (Chapter 7 -TheBoogeyMan)[2] Arxivləşdirilib 2013-12-17 at the Wayback Machine
Mənbə
redaktəXarici keçidlər
redaktə- Albert Fişin Bioqrafiyası (ingiliscə)
- Albert Fiş haqqında (ingiliscə) Arxivləşdirilib 2012-06-01 at the Wayback Machine
- kriminal laboratoriyasında məqalə: Albert Fiş(ingiliscə)
- Preriya Ruhları: Albert Fiş (ingiliscə) Arxivləşdirilib 2011-06-08 at the Wayback Machine
- Albert Fişin ailə tarixi (ingiliscə)