Albantepe Yasayis Yeri - Wikipedia
Albantəpə yaşayış yeri — Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Axura kəndinin qərbində yerləşən, antik dövrə aid qədim yaşayış yeri.[1]
Albantəpə yaşayış yeri | |
---|---|
Ölkə | Azərbaycan |
Rayon | Şərur rayonu |
Yerləşir | Axura kəndi |
Aidiyyatı | Antik dövr |
Üslubu | arxeoloji abidə |
İstinad nöm. | 1995, 1996, 1997 |
Kateqoriya | Yaşayış yeri, Nekropol |
Əhəmiyyəti | Ölkə əhəmiyyətli |
|
Haqqında
redaktəYaşayış yeri hər tərəfdən dağlarla əhatələnmiş dərədə yerləşən ümumi dağ sistemindən ayrılmış uzunsov təpə üzərindədir. Abidədə 1979-cu ildə aparılmış arxeoloji qazıntılar nəticəsində 1,5 m dərinlikdə mədəni təbəqə aşkar edilmiş, daş divar qalıqları, torpağa basdırılmış iki küp tapılmışdır. 6–7 sm qalınlığında kül təbəqəsi ilə örtülmüş mədəni təbəqədə küp və qazan tipli gil qab qırıqları, osteoloji qalıqlar (it, at, qoyun, keçi və qaramal sümükləri), bitki qalıqları (taxıl, şaftalı və ərik dənələri), dəmirdən hazırlanmış metal əşyalar (oraq, bıçaq, ox və nizə ucluqlar), şüşə qab parçaları və sair əldə edilmişdir.[1]