Akun Adasi - Wikipedia
Akun (aleut. Akungan, ing. Akun Island[1]) — Aleut adaları qrupuna, Tülkü adalarına daxil olan ada. İnzibati baxımından Alyasaka ştatı, Qərbi Aleut adaları rayonuna daxildir. Umnak adasından şimalda yerləşir. Əhalisi yoxdur.
Akun adası | |
---|---|
ing. Akun Island | |
Ümumi məlumatlar | |
Sahəsi | 166,77 km² |
Uzunluğu |
|
Eni | 16 km |
Hündür nöqtəsi | 819 m |
Əhalisi | 0 nəfər (2012-ci il) |
Yerləşməsi | |
54°11′18″ şm. e. 165°31′43″ q. u.HGYO | |
Ölkələr | |
Akvatoriya | |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Tarix
redaktəBu ad 1830-cu ildə Veniaminov və Fyodor Litke tərəfindən verilmiş, hidroqraf Tebenkov 1852-ci ildə bu adı xəritəyə qeyd etmişdir. 1928-ci il mayın 22-də axşam saatlarında adanın sahillərində "Folklend ulduzu" yelkənli gəmisi qəzaya uğramışdır. Gəmi duman içində sahil daşlarına çırpəımışdır. Ertəsi gün sahil mühafizə gəmisi "Hayda" və "Kedr" mayak xidmət gəmisi qəzada zərərçəkənlərə yardım etmək üçün köməyə gəlir. ABŞ Sahil Mühafizəsi tarixində ən uğurlu xilasetmə əməliyyatlarından biri olan yelkənli gəminin 320 ekipaj üzvü və sərnişinindən 312-ni xilas etmək mümkün olmuşdur[2][3]..
Coğrafiya
redaktəAkutan adasının şərqində və Unimak adasının cənub-qərbində, Unimak boğazında yerləşir. Adanın sahəsi 166,77 km²-dir. Daimi əhalisi yoxdur. Adada rus kolonistlərinin yetişdirdiyi heyvanların nəslindən olan vəhşiləşmiş inəklərin nəsilləri yaşayır. Adanın şimal hissəsində Akun vulkanı yerləşir (Gilbert, 819 m). Poa adası Akundan 1,6 km cənubda yerləşir.
İstinadlar
redaktə- ↑ Bergsland, K. Aleut Dictionary. — Fairbanks: Alaska Native Language Center, 1994.
- ↑ "Daily Chronology of U.S. Coast Guard History: May".
- ↑ "Star of Falkland Rescue".[ölü keçid]
Mənbə
redaktə- [https://web.archive.org/web/20120105033050/http://factfinder.census.gov/servlet/DTTable?_bm=y Akun Island: Block 1051, Census Tract 1, Aleutians East Borough, Alaska