Akri Respublikasi - Wikipedia
Akri Respublikası (isp. Estado Independiente de Acre; port. República do Acre; 1899—1903) — Cənubi Amerika ərazisində yaradılmış oyuncaq dövlət[1]. Onun müstəqilliyin elan edilməsi faktiki braziliya torpaq sahiblərinin kauçuk istehsalına tam nəzarəti əldə etmək məqsədi həyata keçirilmişdir. Ölkənin paytaxtı Portu-Akri olmuşdur.
Tanınmayan dövlət | |||||
Akri Respublikası | |||||
---|---|---|---|---|---|
|
|||||
|
|||||
Paytaxt | Portu-Akri | ||||
Dilləri | ispan dili, portuqal dili | ||||
Rəsmi dilləri | |||||
Dövlət dini | Katolik | ||||
Valyuta | Braziliya realı | ||||
Ərazisi | 191 000 | ||||
Əhalisi | 13 000 | ||||
İdarəetmə forması | Respublika | ||||
• 1899-1900 | Luis Qalves Rodriges de Arias | ||||
• 1903 | Xose Plasido de Kastro | ||||
Vikianbarda əlaqəli mediafayllar |
Tarix
redaktəİri torpaq sahibləri olan braziliyalılar həm də yüksək çinli məmurlar idilər. Onlar ölkənin sərhəd bölgələrinə ekspedisiyalar təşkil edərək hətta Boliviya və Perunun zəif məskunlaşmış[2] sərhəd bölgələrinə hücumlar təşkil edirdilər.
14 iyul 1899-ci ildə ispan Luis Qalves Rodriges de Arias dövlətin dəstəyi ilə Boliviyanın şimal-qərbini işğal edərək Akri Respublikasını elan edir. Respublikanın cəmi 13 000 əhalisi mövcud olmuşdur. Onların 90 % braziliyalı idi. Portuqal dili rəsmi dil elan edilir.
Boliviya bu hadisəyə öz narazılığını bildirərək, ABŞ-nin dəstəyinə arxalanaraq, Akri müharibəsinə başlamış oldu. Müharibə hətta Peru ərazisini əhatə edirdi. İlk əvvəllər Braziliya beynəlxalq münaqişəyə girmək istəmirdi. Boliviya qısa müddətə ərazini geri qaytarsa da, Akri üsyanı başlamış olur. Üsyançılar artıq ərazinin Braliyiya birləşdirilməsini istəyirdi.
17 noyabr 1903-cü il Petropolis anlaşması nəticəsində Akri rəsmən əbədi olaraq Braziliyaya verilir. 25 fevral 1904-cü ildə Akri rəsmən Braziliyanın ərazisi elan edilir. 1962-cü ildə Akri ştat elan edilmişdir.
Respublikanın prezidentləri
redaktə- Luis Qalves Rodriges de Arias, 1899 və 1900
- Antonio de Souza Braqa, 1900
- Luis Qalves Rodriges de Arias, 1900
- Xoakin Viktor da Silva, 1900
- Xose Plasido de Kastro, 1902- 1904 (Akri qubernatoru)
İstinadlar
redaktə- ↑ "[[Braziliyan]]ın Akri ştatı". 2016-03-04 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-08-05.
- ↑ Weinstein, Barbara. The Amazon Rubber Boom, 1850-1920. Stanford, CA: Stanford University Press. 1983. 205. ISBN 0-8047-1168-2.