Akop Ovnatanyan Kicik - Wikipedia
Akop Mkrtumoviç Ovnatanyan (Yakov Nikitiç Avnatamov) kiçik (erm. Հակոբ Մկրտումի Հովնաթանյան; 10 yanvar 1806[1][2][…], Tiflis, Rusiya imperiyası[3] – 1881[1][2][…], Tehran[3]) — erməniəsilli Rusiya və İran portret rəssamı.
Akop Ovnatanyan | |
---|---|
erm. Հակոբ Մկրտումի Հովնաթանյան | |
Doğum tarixi | 10 yanvar 1806[1][2][…] |
Doğum yeri | |
Vəfat tarixi | 1881[1][2][…] |
Vəfat yeri | |
Atası | Mkrtum Ovnatanyan[3] |
Fəaliyyəti | rəssam |
Janrlar | portret, rəssamlıq |
Vikianbarda əlaqəli mediafayllar |
Akop Ovnatanyan erməni incəsənəti tarixində yeni mərhələyə start vermişdir. O, XIX əsrin Tiflis rəssamları arasında ən görkəmli şəxs hesab edilir. Məbədləri və miniatürləri çəkən Nağaş Ovnatanın Ovnatanyanlar sənətkarlar sülaləsinə aid idi. Akop Ovnatanyan dəzgahlı sekulyar portretin ilk ustalarından biri olmuş, realistik üslubu erməni miniatürlərinin incəlik xarakteristikasını birləşdirərək yağlı boya ilə çəkmişdir.[4]
Həyatı
redaktəAkop Mkrtumoviç Ovnatanyan 1806-cı ildə Rusiya imperiyasının bir hissəsi olan Tiflis şəhərində anadan olmuşdur. O, Nağaş Ovnatanın Ovnatanyanlar sənətkarlar sülaləsinin nümayəndəsi idi.[4] Təhsilini kilsə rəssamı olan atası Mkrtum Ovnatanyandan almışdır. 23 yaşında ikən İmperator Rəssamlıq Akademiyasına daxil olmaq məqsədi ilə Sankt-Peterburqa getmiş, amma yaşına görə qəbul olunmamışdır.[5]
Ovnatanyan uzun illər erməni təsviri sənətində əsas olan rəsmlərində dini mövzuları əhatə etməyən ilk erməni rəssamlarından biri olmuşdur. Akop Ovnatanyan özündən sonra müasirlərinin çoxlu sayda portretini qoymuşdur. O, erməni portret sənətinin banilərindən biri olmuşdur.[5]
Akop Ovnatanyan Tiflisdə portret rəssamı kimi çox məşhur olmuşdu, lakin tezliklə ortaya çıxan fotoqrafiya sənətinə görə o, populyarlığını itirmişdir. Bu, onu 1870-ci illərdə İrana köçməyə məcbur etmiş və 1881-ci ildə orada vəfat etmişdir.[5]
Ovtanyanın əsərləri 1920-ci ildə ölümündən sonra Ruben Drampyanın fəal iştirakı ilə yenidən kəşf edilmişdir.[6] Onun şah əsərləri arasında Natali Teumyan, Qurbenkova, Karadyan, Astvatsatur Sarkisyan və katolikos Nerses Aştaraketsinin portretləri var. Rəssamın 50-dən çox portreti məlumdur. Hal-hazırda Ovtanyanın əsərləri muzeylərin kolleksiyalarında – Ermənistan İncəsənət Qalereyasında, Şərq İncəsənət Muzeyində (Moskva), Gürcüstan İncəsənət Muzeyində (Tbilisi) saxlanılır.[7]
İrsi
redaktə- Sergey Paracanov 1967-ci ildə "Akop Ovnatanyan " filmini çəkmişdir.
- Merkuridə Akop Ovnatanyanın şərəfinə krater adlandırılmışdır.
İstinadlar
redaktə- ↑ 1 2 3 4 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
- ↑ 1 2 3 4 Hakob Hovnatʻanyan // Faceted Application of Subject Terminology.
- ↑ 1 2 3 4 5 Erməni Sovet Ensiklopediyası (erm.). / red. Վ. Համբարձումյան, Կ. Խուդավերդյան Հայկական հանրագիտարան հրատարակչություն, 1974.
- ↑ 1 2 "Государственный музей народов Востока". 2009-02-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-03-26.
- ↑ 1 2 3 Акоп Овнатян / Hakop Hovnatanian (Альбом репродукций). — Ереван: Издание Дома художника Армении, 1969. — тираж 4000 экз., 22 цв. репродукции.
- ↑ "К 120-летию со дня рождения Рубена Дрампяна". 2016-11-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-04-04.
- ↑ Акоп Овнатян / Hakop Hovnatanian (Альбом репродукций). — Ереван: Издание Дома художника Армении, 1969.
Əlavə ədəbiyyat
redaktə- «Популярная художественная энциклопедия» 2-я книга, издательство «Советская энциклопедия», 1986 г.
- М.Казарян «Художники Овнатаняны» Москва, 1969 г.