Akif Quliyev Bioloq - Wikipedia
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Bu məqalədə və ya bölmədə Vikipediya meyarlarına uyğun olmadığı üçün təkmilləşdirilməsinə ehtiyac olan hissələr var. Lütfən bu məqaləni redaktə edərək təkmilləşdirilməsinə kömək edin. |
Akif Quliyev (20 mart 1942, Kirovabad – 19 iyul 2020) — Azərbaycanlı bioloq alim. 2009-cu il oktyabrın 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fərmanı ilə "Əməkdar elm xadimi"fəxri adı verilib və 2019-cu il noyabrın 25-də Prezident İlham Əliyevin Sərəncəmı ilə Prezidentin fərdi təqaüdünə təltif olunub.
Akif Quliyev | |
---|---|
Akif Ələkbər oğlu Quliyev | |
Doğum tarixi | 20 mart 1942 |
Doğum yeri | |
Vəfat tarixi | 19 iyul 2020 (78 yaşında) |
Elmi adları | |
İş yeri |
2006-cı ildə BDU-da "İlin müəllimi" adına layiq görülmüşdür. 2011-ci ildə BDU-da "İlin dekanı" adına layiq görülmüşdür. 2011-ci ildə Birləşmiş Millətlərin İctimai Təltiflər üzrə Şurasının Beynəlxalq Mükafat Birliyinin "Şərəf və Vicdan" Avropa Ordeninə layiq görülüb. 2012-ci ildə Türk xalqının Araşdırmalar üzrə Beynəlxalq Elmlər Akademiyasının Akademik adına layiq görülüb. 2012-ci ildə Elmin və pedaqoji əməkdaşlığın inkişafına görə Praqanın Karlova Universitetinin qızıl medalı ilə təltif olunub. 2013-cü ildə universitetin ictimai həyatındakı fəal mövqeyinə görə Fəxri fərmanla təltif edilib.
Həyatı
redaktə20 mart 1942-ci il Gəncə şəhərində anadan olub. 1949–1959-cu illərdə Gəncə şəhər 4 nömrəli orta məktəbində təhsil almışdır. 1959-cu ildə Bakı Dövlət Universitetinin biologiya fakültəsinə daxil olub,1964-cü ildə həmin universiteti müvəffəqiyyətlə bitirərək aspiranturaya daxil olmuşdur. A. Quliyev öz namizədlik dissertasiyasını Çexiyanın Praqa Universitetində yerinə yetirmişdir. 1964–1972-ci illərdə BDU-nun Bitki fiziologiyası kafedrasında assistent (1968), baş müəllim (1969), dosent (1972) vəzifələrində çalışmışdır. 1968–1973-cü illərdə BDU-nun Biologiya fakültəsinin dekan müavini vəzifəsində işləmişdir. 1972-ci ildən Biokimya və biotexnologiya kafedrasına rəhbərlik etməyə başlayır. 1988-ci ildə Biologiya fakültəsinin dekan vəzifəsinə seçilmişdir. 1989-cu ildə doktorluq dissertasiyasını müdafiə etmişdir. 1990-cı ildən BDU-nun professoru olmuşdur. 1990-cı ildə BDU-nun 1-ci prorektoru vəzifəsinə təyin olunmuş, 1992-ci ilin mart ayından 1992-ci ilin oktyabr ayınadək rektor vəzifəsini icra etmişdir. 2010-cu ildən ömrünün sonunadək biologiya fakültəsinin dekanı vəzifəsində çalışmışdır. Ailəli idi. 4 övladı var.
19 iyul 2020-ci ildə vəfat etmişdir.[1]
Elmi adları və Mükafatları
redaktə1964-cü ildə Bakı Dövlət Universitetinin Biologiya fakültəsini bitirib. 1968-ci ildə "Qiş sortlu almaların yığım müddətindən və saxlanılma temperaturundan asılı olaraq fizioloji və biokimyəvi xarakteristikası" mövzusu üzrə namizədlik dissertasiyasını müdafiə etmişdir. 1972-ci ildə dosent elmi adı almışdır. 1989-cu ildə "Meyvələrin yetişməsinin etilen produsentləri vasitəsilə stimullaşdırmasının fizioloji və biokimyəvi aspektləri" mövzusu üzrə doktorluq dissertasiyasını müdafiə etmişdir. 1990-cı ildə professor elmi adı almışdır 2006-cı ildə BDU-da "İlin müəllimi" adına layiq görülmüşdür. 2011-ci ildə BDU-da "İlin dekanı" adına layiq görülmüşdür. 2011-ci ildə Birləşmiş Millətlərin İctimai Təltiflər üzrə Şurasının Beynəlxalq Mükafat Birliyinin "Şərəf və Vicdan" Avropa Ordeninə layiq görülüb. 2012-ci ildə Türk xalqının Araşdırmalar üzrə Beynəlxalq Elmlər Akademiyasının akademiki adına layiq görülüb. 2012-ci ildə Elmin və pedaqoji əməkdaşlığın inkişafına görə Praqanın Karlova Universitetinin qızıl medalı ilə təltif olunub
Çexiya Respublikasının Azərbycandaki səfiri:
" Bu il Praqadan aldığım təlimatların ən xoş olanı, tanınmış azərbaycanlı biokimyaçı professor Akif Quliyevə, bizim Xarici İşlər Naziri cənab Tomaş Petrjiçek tərəfindən Çexiya Respublikasının yaxşı adının xaricdə tanıdılmasına görə mükafatlardan birini alacağını söyləməyimin istənilməsi idi."
Gratias Agit Mükafatına layiq görülən ilk Azərbaycan vətəndaşı olacağını xəbər verəndə Professor Quliyevin həm özü, həm də ölkəsi üçün necə şərəf duyduğunu dərhal anladım. Təsəvvür etmədiyim o idi ki, ölkəmi Azərbaycanda tanıtmaq üçün hamıdan çox iş görmüş bu şəxslə çoxsaylı söhbətlərimdən bu sonuncusu idi.
Əmək fəaliyyəti
redaktəBakı Dövlət Universitetinin Biologiya fakültəsinin Biokimya və Biotexnologiya kafedrası. 1964-cü ildən hal-hazıradək BDU-nun Biokimya və Biotexnologiya kafedrasında çalışır. Tədris etdiyi fənnlər: Biokimya, Statik Biokimya, Enzimologiya. 150-dən çox məqalə, 3 şəhadətnamə, 5 dərslik və 1 monoqrafiya müəllifidir. 15 namizədlik və 2 doktorluq dissertasiyasına rəhbərlik edib.
Tədqiqat sahəsi
redaktəMeyvələrin yetişməsi və saxlanılmasının biokimyası və fiziologiyası
Konfraslarda iştirak
redaktəProfessor Akif Quliyevin faydalı əməyi təkcə elmi-pedaqoji sahədə deyil, ictimai-siyasi sahədə də bəhrəsini verməkdədir. 0, 1990-cı ildən Dünyada Sülhü Müdafiə Komitəsinin Azərbaycan bölməsinin sədr müavinidir. Bu fəaliyyəti dövründə alim Azərbaycanın nümayəndə heyəti tərkibində 1990-cı ildə Yaponiyada və Çində toplantılarda, 1994-cü ilin oktyabrında isə Nyu Yorkda həmin komitənin xətti ilə BMT-nin iclasında iştirak edib.
Biokimya və biotexnologiya kafedrası TEMPUS xətti ilə 2003–2005-ci illərdə Londonun Vestminster Universiteti ilə birlikdə İmmunologiya üzrə qrantın, 2006–2008-ci illərdə "Ekologiya üzrə magistrlərin hazırlanması", 2007–2009-cu illərdə isə NATO-nun "Elm sülhün keşiyində" layihələrinin koordinatoru olub. 2010–2016-cı illərdə alim 6 beynəlxalq layihənin BDU-da əlaqələndiricisi olub ki, onlardan beşi Avropa Komissiyasının TEMPUS, biri isə ERASMUS MUNDUS proqramları çərçivəsində reallaşıb.
Kitabları
redaktə- "Практикум по биохимии и молекулярной биологии", Баку, 1993 (учебное пособие)
- "Физиологические и биохимические аспекты стимулирования созревания плодов с помощью продуцентов этилена", Баку, 1999 (монография).
- "Bioloji kimya" (statika), Bakı, 2004 (dərslik)
- "Biokimya və immunologiyadan praktikum", Bakı, 2005 (dərs vəsaiti).
- "Enzimologiyanın əsasları", Bakı, 2010 (dərslik)
İstinadlar
redaktə- ↑ APA TV. "BDU-nun professoru Akif Quliyev vəfat edib" (az.). Youtube.com. 19.07.2020. 2020-08-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-07-19.