Akasiya Menenesi - Wikipedia
Akasiya mənənəsi-(lat. Aphis craccivora) — buğumayaqlılar tipinin bərabərqanadlılar dəstəsinin mənənələr fəsiləsinə aid olan növ.
Akasiya mənənəsi | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Aləm: Yarımaləm: Klad: Klad: Ranqsız: Tipüstü: Ranqsız: Ranqsız: Tip: ???: Akasiya mənənəsi |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
||||||||||
|
Xarici quruluşu
redaktəAkasiya mənənəsinin qanadsız yetkin formaları, solğun yaşıl rəngdədir və bədəni üzərində uzununa doğru üç tutqun yaşıl zolaq var. Onun baş hissəsi uzunsov formada olub, üzəri ağ mum təbəqəsi ilə örtülmüşdür. Döşdə və qarıncıqda iki cərgə ağ nöqtələr düzülmüşdür. Bədənin uzunluğu 2,5–3 mm-dir. Qanadlı fərdlərdə baş və döş qaradır. Qarıncığı yaşıldlr. Sürfəsi yetkin fərdlərdən kiçikdir və xarici görünüşlərinə görə onlara bənzəyir. Yumurtası kiçik, qara rəngdə və uzunsov olur.
Həyat tərzi
redaktəKöçəri mənənədir, onun həyatının bir hissəsi qidalandığı ağac və kol bitkiləri, o cümlədən Lənkəran akasiyası və digər bəzək bitkiləri üzərində keçir. Bu zərərverici mayalanmış yumurta mərhələsində, bitkilərin tumurcuqlarının, yaxud da qabıq çatlarının arasında qışlayır. Akasiya mənənəsi bəzək bitkilərindən (qızılgül cinsi, əməköməci fəsiləsi, xüsusilə də yasəmən cinsində) başqa gavalı, şaftalı, ərik, alça, badam və digər çiçəkli meyvə ağaclarına da zərər verməklə, Abşeronun hər yerində, şəhər və qəsəbələrinin park və xiyabanlarında geniş yayılmışdır. Erkən yazda (martın sonu, aprelin əvvəlində) qışlamış yumurtalardan çıxan sürfələr yenicə açılmağa başlayan tumurcuqlara keçərək, onların daxili şirəsini sorurlar. Bitkilərin çiçəklənməsinin sonuna qədər, yumurtadan çıxan sürfələrin inkişafı başa çatır və nəsli davam etdirən dişi fərdlərə çevrilirlər. Bu fərdlər diri sürfə doğur. Adətən, birinci nəsil sürfələrinin sayı çox olmur. İkinci nəsildən başlayaraq sürfələrin miqdarı xeyli artır və yarpaqlar üzərində topalar halında yaşayırlar. İyun ayından etibarən bu nəslin qanadlı formalarının bir hissəsi həyətyanı sahələrdə, su kənarlarında becərilən bəzək bitkiləri üzərinə keçib, orada yeni nəslin başlanğıcını əmələ gətirirlər. Beləliklə, zərərverici bütün yay dövründə həm ağac və kol dekorativ bitkiləri, həm də həyətyanı sahələrdə saxlanılan bəzək bitkiləri üzərində eyni vaxtda inkişaf edirlər. Sentyabr- oktyabr aylarında, (bir ay yaşama müddətində) 10-a qədər yumurta qoyub, sonra ölürlər. Formalaşmış sürfələr inkişaf edib, normal dişi fərdlərə çevrilirlər. Onlar erkək fərdlərlə cütləşir, mayalanır və 10–12 gün müddətində 5-ə qədər yumurta qoyaraq, üzərini mumabənzər kütlə ilə örtürlər. Bu yumurtalar da qışlayır. Akasiyanın onunla yoluxması nəticəsində yarpaqlar bükülür. Belə yarpaqlarda fotosintez səthinin sahəsi kəskin azalır, hətta bəzi hallarda yarpaq və çiçəklər kütləvi şəkildə yerə tökülür. Digər tərəfdən aşkar edilmişdir ki, mənənə qidalandığı zaman yapışqanlı maddə ifraz edir ki, bu maddənin üzərində saprofit göbələklər inkişaf edərək çoxalır, budaqları və yarpaqları çirkləndirərək məhv edir. Aparılan tədqiqatlara əsasən, yarpaqlar üzərində olan mənənə topaları arasında qızılgöz, parabüzən və sirfid milçəklərinin sürfələri aşkar edilmişdir. Bu faydalı entomofaqların sürfələri kompleks şəkildə mənənələrlə qidalanaraq onların sayını 18–22% aşağı salır.[2]
Yayılması
redaktəQolarktika, Asiyanın hər bir ölkəsi, Azərbaycan, Qafqaz.
İstinadlar
redaktə- ↑ Integrated Taxonomic Information System (ing.). 1996.
- ↑ E. F. Səfərova. Abşeronda bəzək bitkilərinə zərərverən cücülər, onların biotənzimlənməsində entomofaqların rolu (Dissertasiya). Bakı, 2013
Ədəbiyyat
redaktə- E. F. Səfərova. Abşeronda bəzək bitkilərinə zərərverən cücülər, onların biotənzimlənməsində entomofaqların rolu (Dissertasiya). Bakı, 2013