Aida Mahmudova - Wikipedia
Aida Mahmudova (10 yanvar 1982 və ya 1982[1], Bakı) — Azərbaycan rəssamı,[2] YARAT Müasir İncəsənət Məkanı İctimai Birliyinin təsisçisidir.
Aida Mahmudova | |
---|---|
Mahmudova Aida | |
Doğum tarixi | |
Doğum yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
Fəaliyyəti | sərgi kuratoru[d] |
Təhsili | Sent-Martin İncəsənət və Dizayn Kolleci |
Janr | Müasir İncəsənət |
aidamahmudova.com |
Həyatı və təhsili
redaktəAida Mahmudova 10 yanvar 1982-ci ildə Bakıda anadan olub. Londonda Sent-Martin İncəsənət və Dizayn Kollecinin Rəngkarlıq fakültəsini (2006)[3] bitirib.[4]
Fəaliyyəti
redaktə2011-ci ildə Aida Mahmudova tərəfindən YARAT Müasir İncəsənət Məkanı adlı qeyri-kommersiya təşkilatı təsis edilmişdir.[5] YARAT fondlar, qalereyalar və muzeylər daxil olmaqla, yerli və beynəlxalq yaradıcı şəbəkələr arasında əlaqələr qurur.[3] Növbəti il yaradıcı şəxslərə dəstək məqsədilə YAY Gallery ictimai müəssisəsini yaratmışdır — hal-hazırda ARTIM Layihə Məkanı kimi fəaliyyət göstərir.[6]
Aida Mahmudovanın əsərləri Belçika, London, Roma, Nyu-York, Moskva və Bakıda keçirilmiş qrup və fərdi sərgilər daxil olmaqla, bir sıra beynəlxalq tədbirlərdə nümayiş etdirilib.[3] Fəaliyyətinin ilk illərində A. Mahmudova peyzaj və yarım-abstrakt tablolarında işıq, rəng və materiya üzərində aparılan eksperimentlərə daha çox maraq göstərmişdir.[7] Rəsm əsərlərinin mövzusu getdikcə daha da şaxələndikcə, rəssam həmin yanaşmanı heykəltəraşlığa da tətbiq etmək, emosional və gərgin mühit yaratmaqla, öz təcrübəsini üçölçülü olaraq genişləndirmişdir. Rəssam kağız, gil, boya, sement, daş, son zamanlar isə epoksi qatran və işlənməmiş mərmər kimi müxtəlif materialları qatlar şəklində qarışdıraraq istifadə edir.
Aida Mahmudovanın əsərləri 2013-cü ildə 55-ci Venesiya Biennalesində "Love Me, Love Me Not" qrup sərgisində, həmçinin 2015-ci ildə 56-cı Venesiya Biennalesində "Artwise"-nin kuratorluğu ilə "VITA VITALE" sərgisinin bir hissəsi kimi nümayiş etdirilib.[3][8]
Şəxsi həyat
redaktəHal-hazırda Bakı şəhərində yaşayır. Evlidir, iki övladı var.[9]
Nərgiz Paşayevanın qızıdır.
Sərgiləri
redaktəFərdi sərgiləri
redaktə- 2013 — "Daxili sakitlik" ("Internal Peace", Barbarian Art Gallery, Sürix, İsveçrə)
- 2015 — "Ötüb keçərkən" ("Passing By…", Leila Heller Gallery, Nyu-York, ABŞ)
- 2017 — "İşığı tuta bilmirəm" ("Can't Capture The Light", Deweer Gallery, Otegem, Belçika)
- 2018 – "Təsəvvür edilməyən perspektivlər" ("Non-imagined Perspectives"), YARAT Mərkəzi, Bakı, Azərbaycan
- 2021 – "Past, Present, Future" ("Keçmiş, indi, gələcək"), "Sapar Contemporary Gallery + Incubator" qalereyası, Nyu-York, ABŞ
Qrup sərgiləri
redaktə2011
redaktə- Foreword, Alternative Art Space of YARAT Arxivləşdirilib 2016-04-02 at the Wayback Machine, Bakı, Azərbaycan[10]
- "Contemporary works of Azerbaijan, the Land of Fire". Paris, Fransa.
2012
redaktə- 012 Baku Public Art Festival,[11] Bakı, Azərbaycan
- Merging Bridges, Bakı Müasir İncəsənət Muzeyi (MOMA), Bakı, Azərbaycan
- Fly To Baku. Contemporary Art from Azerbaijan (Traveling exhibition), Otel Salomon de Rotşild, Paris, Fransa; Filips de Püri, London, Böyük Britaniya
2013
redaktə- Love Me, Love Me Not: Contemporary Art from Azerbaijan and its Neighbors, Heydər Əliyev Mərkəzi, Bakı, Azərbaycan
- Love Me, Love Me Not, Venesiya, İtaliya
- Home Sweet Home, Azərbaycanlıların Mədəniyyət Mərkəzi, Paris, Fransa
- Home Sweet Home, Bakı Müasir İncəsənət Muzeyi, Bakı, Azərbaycan
- Fly To Baku. Contemporary Art from Azerbaijan (Traveling exhibition), Vyana İncəsənət tarixi Muzeyi, Hofburq, Vyana, Avstriya
- Spazio D – MAXXI building, Roma, İtaliya; Multimedia İncəsənət Muzeyi, Moskva, Rusiya; Berlin, Almaniya[12]
2014
redaktə- Here…Today, Old Sorting Office, London, Böyük Britaniya
- Poetics of the Ordinary, Vienna Art Fair, The New Contemporary, Vyana, Avstriya[12]
2015
redaktə- "Meeting Point", Dubay, BƏƏ
- "Exploring Inward" ("Daxili aləmin araşdırması"), "Buta" festivalı, Louise Blouin Foundation, London, Birləşmiş Krallıq[12]
- "Tarix yazılarkən" ("Making Histories"), YARAT-ın daimi kolleksiyasının sərgisi, YARAT Mərkəzi, Bakı, Azərbaycan
- "Vita Vitale" sərgisi, Azərbaycan Milli Pavilyonu, 56-cı Venesiya Biennalesi, İtaliya
- "Konfet dağlar və neftli sahillər" müasir Azərbaycan incəsənəti sərgisi, PERMM Müasir İncəsənət Muzeyi, Perm, Rusiya
2016
redaktə- "Müqavimət haqqında 300 söz" ("300 Words on Resistance"), YARAT Mərkəzi, Bakı, Azərbaycan
- "Art Dubai" incəsənət sərgisi, YAY Qalereyasının stendi, Stend F8, "Madinat Jumeirah" hoteli, Dubay, BƏƏ
- "Art Paris Fair" müasir incəsənət yarmarkası, YAY Qalereyasının stendi, Stend G6, "Grand Palais" sərgi salonu, Paris, Fransa
2017 – "Dəniz və dağlar arasında" ("Between the Sea and Mountains"), YAY Qalereyası, Bakı, Azərbaycan
2018 – "Bodily Landscapes", YAY Qalereyası, Bakı, Azərbaycan
2018 – 2019 – "Ulduzlu səmalar" ("Starry Skies"), səyyar sərgi, Azərbaycanın regionları
2019 – "Живопись" ("Rəngkarlıq"), Bakı Müasir İncəsənət Muzeyi (MİM), Bakı, Azərbaycan
2020 – "Fogs Turned Into Epic Story In My Head", YARAT Mərkəzi, Bakı, Azərbaycan
İstinadlar
redaktə- ↑ Library of Congress Authorities (ing.). Library of Congress.
- ↑ "Art and Azerbaijan: interview with YARAT's Aida Mahmudova". www.apollo-magazine.com. www.apollo-magazine.com. 2014-05-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 fevral 2017.
- ↑ 1 2 3 4 "YARAT MƏRKƏZİ: Aida Mahmudova, Təsəvvür edilməyən perspektivlər fərdi sərgisi". 2020-10-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-02-04.
- ↑ "7 influential women artists from Asia-Pacific". 2016-04-14 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2021-07-27.
- ↑ "YARAT — Haqqında". 2022-03-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-07-27.
- ↑ "YARAT — Məkanlar — ARTIM". 2021-07-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-07-27.
- ↑ "Aida Mahmudova — Art". 2021-12-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-07-27.
- ↑ ""Azerbaijan will have a greater presence at art fairs, institutions and biennales" — Aida Mahmudova". 2021-07-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-07-27.
- ↑ "Aida Mahmudova həyat yoldaşı və qızı ilə — fotolar". 2021-12-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-12-20.
- ↑ "Aida Mahmudova". 2020-10-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-02-04.
- ↑ YARAT. "YARAT | CONTEMPORARY ART SPACE". www.yarat.az. 2016-04-20 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-04-05.
- ↑ 1 2 3 "Passing by". Leilahellergallery.com. 2016-04-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-04-15.