Afrika Kerkesi - Wikipedia
Afrika kərkəsi və ya Rüppel kərkəsi[3] (lat. Gyps rueppellii) — Qara kərkəs cinsinə mənsub olan yırtıcı quşlardır. Növ alman zooloqu Eduard Rüppelin şərəfinə adlandırılmışdır.
Afrika kərkəsi | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Aləm: Yarımaləm: Klad: Klad: Tipüstü: Tip: Sinif: İnfrasinif: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Yarımfəsilə: Cins: Növ: Afrika kərkəsi |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
Şimalda (Saxaranın cənubunda) və Afrikanın şərqindəki savannalarda geniş yayılmışdır. Bədəninin uzunluğu — 65—85 santimetr, çəkisi isə 4 — 5 kq olur. Olduğu yerlərin bir çoxu regionda dırnaqlı heyvanların sayından asılıdır.
Çoxalması
redaktəAfrika kərkəsləri qayaların çıxıntılarında qruplar şəklində yuva salırlar. Onlar koloniyalar halında 10-dan 1000-ə qədər yuva qururlar. Cütlüklər həmişəlik yaranır. Böyük çubuqlardan hazırlanmış kobud yuvaya dişi 1-2 yumurta qoyur və hər iki valideyn yumurtaların qayğısına qalır.
Afrika kərkəsləri ən yüksəkdən uçan quşlardır. Hətta 1973-cü ilin noyabrın 29-da Kot-d’İvuarda 11277 m hündürlükdə bir təyyarə ilə Afrika kərkəsi toqquşmuşdur.[4]
Qidalanması
redaktəƏsasən leşlə qidalanırlar[3].
Şəkillər
redaktəİstinadlar
redaktə- ↑ HBW and BirdLife Taxonomic Checklist v2. / red. BirdLife International 2017.
- ↑ eBird Taxonomy v2018. EBird, 2018.
- ↑ 1 2 ƏN HÜNDÜRDƏ UÇAN QUŞ: RÜPPEL KƏRKƏSİ Arxivləşdirilib 2020-02-25 at the Wayback Machine. 09.03.2018, travelstory.az (az.)
- ↑ "29 ноября 1973 г. гриф Рюппеля столкнулся на высоте 11 300 м с самолетом, пролетающим над Абиджаном (Кот-д'Ивуар), и вызвал повреждение одного из его двигателей". 2016-03-22 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2021-01-17.