Afinoqor - Wikipedia
Afínalı Afinaqór (yun. Αθηναγόρας ο Αθηναίος təq. 133, Afina — təq. 190, Afina) — Xristian apologeti və ilahiyyatçısı, Müqəddəs kilsə atası. Ortodoks (Pravoslav) kilsəsi onun xatirəsini hər ilin 24 iyul (6 avqust) tarixində yad edir"[2]".
Afinalı Afinoqor | |
---|---|
q.yun. Ἀθηναγόρας ὀ Ἀθηναῖος[1] | |
Doğum tarixi | |
Doğum yeri | Afina |
Vəfat tarixi | |
Vəfat yeri | Afina |
Vətəndaşlığı | Roma İmperiyası |
Elm sahələri | fəlsəfə, ilahiyyat, apologetika |
Tanınır | Xristian ilahiyyatçısı, apologet |
Vikianbarda əlaqəli mediafayllar |
Erkən xristianlıq |
Yunandilli apologetika:
Yustin • Tatian • Afinoqor • Teofil Latındilli apologetika:
Minusius Feliks • Arnobius • Laktansius • Tertullian Qnostiklərə qarşı olanlar:
|
Xristian ehkamlarının formalaşması
Rəsmi kilsəyə qarşı duran təriqətlər:
Rəsmi kilsə tərəfdarları:
Atanasius • İoann Xrisostom • Saxta Dionisius Xristoloji mübahisələr səbəbilə ayrılan təriqətlər:
|
Latın qərbində Kilsə Ataları
Boesius • Kassiodor • Avqustin Avrelius |
Apologetikası
redaktəOnun həyatı haqqında çox az məlumat var. O Afinada doğulmuş və Xristianlığa gəlməkdən öncə platonçu olmuşdur. Xristianlığı qəbul edəndən sonra isə fəal apologetik fəaliyyətlə məşğul olmuşdur.
Onun dövründə Cənubi Qalliya və Afrika xristianları təqib olunurdu. Xristianları ateizmdə, dövlət dinindən imtina etməsində, dövlətə qarşı fəaliyyətdə, kannibalizmdə və başqa cinayətlərdə ittiham edirdilər.
Bu səbəbdən Afinoqor imperator Mark Avreliusa "Xristianlar üçün xahişnamə" (lat. "Legatio pro christianis"; yun. "Πρεσβεία περί χριστιανών") apologiyasını yazmışdı. Bu əsərdə o, platoçuların və stoiklərin ideyalarından istifadə edərək, xristianlara bəraət qazandırmaq istəyirdi və onlar tərəfindən heç bir cinayətin işlənilməməsini sübuta yetirdi.
İlk növbədə Afinaqor xristianların güya ateist olduğu ittihamlarını təkzib edirdi. O, imperatora çox sadə dildə izah edirdi ki, xristianların yalnız bir olan Tanrıya inanması heç də ateizm demək deyil.
Daha sonra Afinaqor, yunan fəlsəfəsi tarixi ilə müqayisələr apararaq Platonun, Aristotelin və başqa düşünürlərin də monoteist olduğu haqqında fikir irəli sürmüşdür. Elə buna görə Xristianlıqla bəzi yunan filosoflarının ideyaları arasında uyğunluq və bənzərlik vardır. Deməli onların mənbəyi birdir və monoteizmdən əmələ gəlmişdir. Bu isə o deməkdir ki, monoteizm daha da tərəqqipərvər bir əqidədir. Sonda Afinaqor dahi yunanların monoteist ruhlu fikirlərinin hörmətlə qarşıladığı halda, nəyə görə xristianlar həmin fikirlərə sadiq qalmalarına görə təqiblərə məruz qalmalı və ateizmdə ittihamlandırılmalıdırlar suallarını verir.
Ancaq bu sualları verərkən, Afinaqor, özündən öncəki apologetlərdən fərqli olaraq, yunanların qədim yəhudi peyğəmbərlərinin fikirlərinin alınması haqqında heç bir şey demir, realist mövqeyindən çıxış edir. Afinaqora görə Tanrının varlığı və birliyi fikri təbiət haqqında düşüncələrdən də irəli gələ bilər. Dünya bir gəmidir, onu idarə edən isə sükançıdır. Düşüncəli insan həmən o sükançının varlığını başa düşməlidir. Lakin insanların əksəriyyəti gəmini sükançı ilə səhv salırlar və Tanrının yaratdığı məxluqata ibadət edirlər. Bəzi bütpərəstlərin sükançının var olduğunu anlaması Yaradıcı və məxluqatın arasında olan təbii rəğbətin olduğuna görə baş verir. Onu Afinaqor “bədii alov” adlandırır [3].
Təsiri
redaktəAfinaqor imanı düşüncə ilə zənginləşdirilməsinin zəruriliyini anlayan və bu istiqamətdə bir çox addımlar atan düşünürlərdən biri olmuşdur. Onun fikirləri təxminən 150 ildən sonra qəbul ediləcək rəsmi xristian doktrinası ilə əksər hallarda üst-üstə düşürdü və kilsə tərəfindən qəbul edilmişdi.
Mənbə
redaktə- Aydın Əlizadə. Xristianlıq: tarix və fəlsəfə (PDF). Bakı: Əbilov, Zeynalov və qardaşlar. 2007. səh. 44-45. ISBN 5-87459-013-7. İstifadə tarixi: 2016-08-16.
Ədəbiyyat
redaktə- Aydın Əlizadə. Xristianlıq: tarix və fəlsəfə (PDF). Bakı: Əbilov, Zeynalov və qardaşlar. 2007. səh. 44-45. ISBN 5-87459-013-7. İstifadə tarixi: 2016-08-16.
- Ловягин Владимир. Об Афинагоре и его сочинения.//Памятники древней христианской письменности. т. V, Сочинения древних христианских апологетов/ Пер. П. Преображенского. — М.: 1864.
- Кейм, Теодор. Rom und das Christentum. — Берлин, 1881.
- Мироносицкий П. П. Афинагор, христианский апологет II века. — Казань, 1894. — 276 стр.
- Майоров Г. Г. Формирование средневековой философии (латинская патристика). — М.: Мысль, 1979. — С. 65—68.
- "Athenagoras". Catholic Encyclopedia. New York: Robert Appleton Company. 1913.
- J. Tixeront (1920). "Section II: The Apologists of the Second Century — IV: Athenagoras" . A Handbook of Patrology . trans. S. A. Raemers. St. Louis: B. Herder Book Co.
Həm də bax
redaktəİstinadlar
redaktə- ↑ Bibliothèque nationale de France Record #121621834 // BnF catalogue général (fr.). Paris: BnF.
- ↑ Online Chapel — Greek Orthodox Archdiocese of America — Athenagorus the Apologist Arxivləşdirilib 2015-09-24 at the Wayback Machine
- ↑ Athenagoras. Legatio pro christianis, 7 Arxivləşdirilib 2022-04-25 at the Wayback Machine.