Adrian Mutu - Wikipedia
Adrian Mutu (rum. Adrian Mutu; 8 yanvar 1979[1][2]) — hücumçu mövqeyində çıxış etmiş Rumıniya futbolçusu və məşqçisi. Onun məşqçi kimi son iş yeri "U Krayova" klubu olmuşdur. 2023-cü ilin iyul ayında Neftçi klubunun baş məşqçisi təyin olunub və həmin ilin dekabr ayında uğursuz nəticələrə görə vəzifəsindən azad edilib.
Adrian Mutu | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
rum. Adrian Mutu | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Ümumi məlumatlar | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Doğum tarixi | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Doğum yeri | Kalineşti, Arceş, Rumıniya | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Vətəndaşlığı | Rumıniya | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Təhsili | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Boyu | 1. 80 m | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Çəkisi | 74 kq | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Mövqeyi | hücumçu | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Karyerası | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
|
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
|
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Vikianbarda əlaqəli mediafayllar |
Mutu karyerasına iki il oynadığı "Arceş" klubunda başlamışdır, daha sonra yarımmövsüm oynadığl "Dinamo Buxarest" klubuna keçdi. İtaliya A Seriyasının 1999–2000 mövsümünün ortasında "İnter Milan" klubuna transfer olundu. Neradzurri ilə cəmi on oyundan sonra o, "Ellas Verona" klubuna keçid etdi, sonra isə "Parma"ya yollandı, növbəti üç il ərzində o, sonuncunun heyətində 39 qol vurmağı bacardı. Onun məhsuldar forması ona 22,5 milyon avro dəyərində "Çelsi" klubuna keçid və 2003-cü ildə "Qızıl top"a namizədlik qazandırdı.[3][4] Pozitiv dopinq testindən sonra o, ingilis klubu ilə yollarını ayırdı və Seriya A-ya qayıdaraq "Yuventus" klubunun heyətinə qatıldı. 2006-cı il İtaliya futbol qalmaqalından və ardından "Yuventus"un B Seriyasına düşməsindən sonra Mutu "Fiorentina"ya keçməyə qərar verdi və növbəti 5 il ardıcıl olaraq burada çıxış etdi. Daha sonra "Çezena" və Fransa klubu "Ayaçço"da bir mövsüm keçirdikdən sonra 2014-cü ildə doğma ölkəsinə qayıdaraq "Petrolul Ployeşti" klubuna transfer olundu. "Puna Siti" və "Tırqu-Mureş" klublarında oynadığı iki qısa mövsümdən sonra 2016-cı ildə karyerasını başa vurdu.
Meydandan kənarda adı qalmaqallarda çəkilən Mutu "Çelsi"də çıxış edərkən 2005-ci ildə müsbət kokain testindən sonra diqqəti özünə yönəltdi, nəticədə həmən klubdan uzaqlaşdırıldı və İngiltərə Futbol Assosiasiyası ona 7 ay ərzində yaşıl meydanlardan uzaqlaşdırdı, daha sonra isə Mutu keçmiş klubuna £15.2 milyon dəyərində cərimə ödəməli oldu, bu da FİFA tarixində ən böyük maliyyə cəzası oldu.[5] O, cəzanın ləğvi üçün dəfələrlə uğursuz cəhd göstərmişdir və sonunda 2010-cu ildə onun sibutramin testi müsbət çıxdıqdan sonra o, ikinci dəfə qadağa aldı.
Rumıniya milli komandasının forması ilk dəfə 2000-ci ildə oyuna çıxan Mutu ümumlikdə 77 oyuna 35 qol vurmağı bacardı, bu nəticə ilə o, George Haci ilə milli komandanın tarixində ən yaxşı bombardirdir. O, milli komanda ilə 2000 və 2008-ci il UEFA Avropa çempionatlarında çıxış edəcək heyətə salınmışdır. “İlin ən yaxşı Rumıniya futbolçusu” mükafatının dördqat qalibi olan Mutu bu baxımdan yalnız George Popesku (6 dəfə) və George Hacidan (7 dəfə) geri qalır.
Mükafatları
redaktəDinamo Buxarest
- Diviziya A: 1999–00
Yuventus
- Seriya A: 2004–05, 2005–06 (hər ikisi "Calciopoli" qalmaqalına görə ləğv edildi)[6]
İndividual
- "Gazeta Sporturilor"a əsasən “İlin ən yaxşı Rumıniya futbolçusu”: 2003, 2005, 2007, 2008[7]
- "Guerin Sportivo"ya əsasən İtaliyada ilin futbolçusu: 2007[8]
- İtaliya Kubokunun ən yaxşı bombardiri: 2009–10[9]
- Fiorentina Bütün Zamanların XI[10]
Nailiyyətləri
- Yeddi fərqli komanda ilə Avropa yarışlarında qol vuran ikinci oyunçu.[11]
İstinadlar
redaktə- ↑ Adrian Mutu // Transfermarkt (çd.). 2000.
- ↑ ADRIAN MUTU // Argentine Soccer Database (isp.).
- ↑ Pierrend, José Luis. "European Footballer of the Year ("Ballon d'Or") 2003". RSSSF. 1 February 2006. 8 June 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 December 2020.
- ↑ "Dumitru Macri, primul fotbalist român nominalizat la Balonul de Aur! Gică Hagi, aproape de succes în 1994" [Dumitru Macri, the first Romanian footballer nominated for the Golden Ball! Gica Hagi, almost successful in 1994] (rumın). Fanatik.ro. 30 November 2018. 28 November 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 December 2020.
- ↑ "Mutu loses Chelsea damages appeal". 31 July 2009. 28 November 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 November 2021.
- ↑ Soccerway.com saytında profili (ing.)
- ↑ Razvan Toma. "Romania – Player of the Year Awards". Rec.Sport.Soccer Statistics Foundation. 6 January 2016. 5 March 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 February 2016.
- ↑ "Italy – Footballer of the Year". Rec.Sport.Soccer Statistics Foundation. 21 January 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 February 2015.
- ↑ Roberto Di Maggio; Davide Rota. "Italy – Coppa Italia Top Scorers". Rec.Sport.Soccer Statistics Foundation. 4 June 2015. 29 October 2015 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 15 June 2015.
- ↑ Matteo Magrini. "Festa al Franchi, presenti e assenti. No eccellenti da Rui Costa, Baggio e Batistuta" (italyan). Fiorentina.it. 23 August 2016. 24 August 2016 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 24 August 2016.
- ↑ Paul Saffer. "Zlatan Ibrahimović scores for seventh club in Europe". UEFA. 30 September 2016. 28 September 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 November 2021.