Adil Meherremov - Wikipedia
Bu məqalənin ensiklopedik tələblərə cavab vermədiyinə dair şübhələr var. |
Adil Məmmədəli oğlu Məhərrəmov (1 fevral 1952, Ağdam rayonu) — 2008–2021-ci illərdə Azərbaycan Respublikası Hesablama Palatası sədrinin müavini.
Adil Məhərrəmov | |
---|---|
Adil Məmmədəli oğlu Məhərrəmov | |
26 dekabr 2008 – 12 mart 2021 | |
Əvvəlki | Abbas Allahverdiyev |
Sonrakı | Nəsir Sadıqov |
7 dekabr 2001 – 25 dekabr 2008 | |
30 aprel 2001 – 6 dekabr 2001 | |
2000 – 2001 | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1 fevral 1952 (72 yaş) |
Doğum yeri | |
Təhsili | Azərbaycan Texniki Universiteti (1973) |
Fəaliyyəti | Məmur[d] |
Atası | Məmmədəli Məhərrəmov |
Anası | Şəfiqə Məhərrəmova[d] |
|
|
Təltifləri | |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəAdil Məhərrəmov 1952-ci il fevral ayının 1-də Ağdam rayonunda anadan olmuşdur. 1973-cü ildə Çingiz İldırım adına Azərbaycan Politexnik İnstitutunu bitirmişdir.
1973–1983-cü illərdə SSRİ Elektronika Sənayesi Nazirliyinin "Azon" zavodunda mühəndis-konstruktor, sahə rəisi, sex rəisinin müavini, sex rəisi işləmişdir.
1983–1986-cı illərdə SSRİ Neft Sənayesi Nazirliyinin Dmitrov adına maşınqayırma zavodunda baş mühəndis vəzifəsində çalışmışdır.
1986–2000-ci illərdə SSRİ Rabitə Vasitələri Sənayesi Nazirliynin (sonradan SSRİ Rabitə Nazirliyi, Azərbaycan Respublikası Dövlət Xüsusi Maşınqayırma və Konversiya Komitəsi) "Ulduz" Elm-İstehsalat Birliyinin baş direktor müavini, baş direktoru işləmişdir.
2000–2001-ci illərdə Azərbaycan Respublikası Dövlət əmlakı nazirinin müşaviri olmuşdur.
2001-ci ilin aprel-dekabr aylarında Azərbaycan Respublikası İqtisadi inkişaf nazirinin müşaviri vəzifəsində çalışmışdır.
2001-ci ilin dekabr ayında Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə Azərbaycan Respublikası Hesablama Palatasının auditoru təyin edilmişdir.
2008-ci ilin dekabr ayında Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə Hesablama Palatası sədrinin müavini təyin edilmişdir.[1]
Hesablama Palatasının yaradılmasının 10 illiyi ilə əlaqədar və Palatanın fəaliyyətində xüsusi xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 31 oktyabr tarixli 1809 nömrəli Sərəncamı ilə "Tərəqqi" medalı ilə təltif edilmişdir.[2]
Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə 2015-ci ilin dekabr ayında yenidən Hesablama Palatası sədrinin müavini təyin edilmişdir.[3]
Hesablama Palatasının yaradılmasının 15 illiyi ilə əlaqədar və Palatanın fəaliyyətində xüsusi xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli 2486 nömrəli Sərəncamı ilə 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilmişdir.[4]
Ailəsi
redaktəAiləlidir. İki övladı var.
Anası Şəfiqə Məhərrəmova və atası Məmmədəli Məhərrəmov müəllim olmuşlar.
1999–2018-ci illərdə Bakı Dövlət Universitetinin rektoru olmuş akademik Abel Məhərrəmovun qardaşıdır.
İstinadlar
redaktə- ↑ "Azərbaycan Respublikası Hesablama Palatasının sədr müavininin və auditorlarının təyin edilməsi haqqında". 2021-02-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-01-26.
- ↑ "Azərbaycan Respublikası Hesablama Palatasının əməkdaşlarının təltif edilməsi haqqında". 2021-01-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-01-26.
- ↑ "Azərbaycan Respublikası Hesablama Palatasının sədr müavininin və auditorlarının təyin edilməsi haqqında". 2021-02-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-01-26.
- ↑ "Azərbaycan Respublikası Hesablama Palatasının əməkdaşlarının təltif edilməsi haqqında". 2021-02-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-01-26.