Adidas Brazuca - Wikipedia
Adidas Brazuca — Braziliyada keçirilən futbol üzrə 2014-cü il dünya çempionatı üçün Adidas şirkəti tərəfindən yaradılmış futbol topu modeli[1].
Adlandırılması
redaktəTopun adı 2 sentyabr 2012-ci ildə elan edilmişdi[1]. Bu top, milyonlarla braziliyalı tərəfindən səsvermə yolu ilə seçilmişdir[1]. Seçkidə üç futbol topu modeli təklif edilmişdi: Brazuca (səslərin 77.8 %-i[2]), Carnavalesca (səslərin 14.6 %-i[3]) və Bossa Nova (səslərin 7.6 %-i[3]). Dünya çempionatları tarixində ilk dəfədirki, dünya çempionatında istifadə olunun topun adını azarkeşlər özləri seçdilər[1]. Brazuca sözü braziliyalı mənasını verir. Brazuca bir sıra patriotlarlar tərəfindən istifadə edilən qeyri-formal, xoş və pozitiv ifadədir.
Konstruksiya
redaktəTopun daxili quruluşu Adidas Tango 12-ə yaxındır: təbii kauçukdan kamera, parça və sintetik köpükdən olan çoxqatlı aşqardan ibarətdir.
İstinadlar
redaktə- ↑ 1 2 3 4 "adidas Brazuca – Name of Official Match Ball decided by Brazilian fans" (ingilis). FIFA.com. 2012-11-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-06-20.
- ↑ >""Nome da bola da Copa é escolhido pela primeira vez por torcedores: Brazuca" (portuqal). Globo Esporte. 2012-11-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-06-20.
- ↑ 1 2 ""Nome da bola da Copa é escolhido pela primeira vez por torcedores: Brazuca" (portuqal). Globo Esporte. 2012-11-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-06-20.