Adi Qaraqas - Wikipedia
Adi qaraqaş (lat. Acanthalburnus microlepis) — Qaraqaş cinsinin nümayəndəsidir.
Adi qaraqaş | ||||||
---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||
XƏTA: parent və rang parametrlərini doldurmaq lazımdır. ???: Adi qaraqaş |
||||||
Beynəlxalq elmi adı | ||||||
|
||||||
|
Yayılması
redaktəAzərbaycanda Kür çayının orta hissəsində, Ağstafaçay, Qanıxçay və Tərtərçayda, Arazın yuxarılarında (Naxçıvançaya qədər) yayılıb. Respublikadan kənarda Kür və Arazın yuxarılarında, Araqva, Borjomi, Ərdəhan, Arpaçay, Qarasuçay, Qarsçay çaylarında və Çıldır gölündə yayılmışdır.
Morfoloji əlamətləri
redaktəD III (7) 8 (9), A II–III 14–19, adətən 15–17 şüa olur. Udlaq dişləri 2.5–5.2 və ya 2.5–4.2-dir. Qəlsəmə dişcikləri seyrək və qısadır. Uzunluğu 23,5 sm, adi halda 15,0 sm-dir. Quyruq üzgəci uzun və dərin haçalıdır. Alt hissəsi üst hissəsindən bir qədər uzundur. Bel üzgəcinin ön şaxəsiz şüası çox yoğunlaşmışdır. Gözləri iridir. Döş və anal üzgəcləri narıncı rəngdə olur. Döş üzgəclərinin əsası, bel və quyruq üzgəclərinin ucları qara rəngdədir. Bədəninin yanlarında tünd rəngli enli zolaq uzanır.
Yaşayış yeri və həyat tərzi
redaktəZaqafqaziya endemik balığıdır. Şirin sularda yaşayır. Çayların sürətli axan, dibi daşlı olan yerlərində yaşayır.3 ilə qədər yaşayır. Qidasını başlıca olaraq bentik orqanizmlər, bitki detriti, qismən plankton yosunları təşkil edir.
Çoxalması
redaktəCinsi yetkinliyə 2 yaşında çatır. Cinsi yetkinliyə çatmış balıqların uzunluğu ən azı 95 mm olur. İyunun birinci ongünlüyündə tutulmuş balıqların cinsi məhsulları dördüncü yetkinlik mərhələsində olmuşdur. Kürülər hissə-hissə yetişir. Məhsuldarlığı 3000 kürücüyə qədərdir.
Təsərrüfat əhəmiyyəti
redaktəTəsərrüfat əhəmiyyəti yoxdur.
Ədəbiyyat
redaktə- Azərbaycanın heyvanlar aləmi. Onurğalılar, III cild. Bakı: Elm, 2004, s. 111.
- Əbdürrəhmanov Y. Ə. Azərbaycan faunası (Balıqlar), VII, cild, Bakı, Elm, 1966, s.153
İstinadlar
redaktə- ↑ Integrated Taxonomic Information System (ing.). 2004.