Adi Qaranaz - Wikipedia
Adi qaranaz (lat. Plegadis falcinellus) — İbislər ailəsindən olan geniş areala yayılmış quş.
Adi qaranaz | ||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||||
Domen: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Aləm: Yarımaləm: Klad: Klad: Tipüstü: Tip: Sinif: İnfrasinif: Klad: Klad: Klad: Klad: Dəstə: Yarımdəstə: Fəsilə: Yarımfəsilə: Cins: ???: Adi qaranaz |
||||||||||||
Beynəlxalq elmi adı | ||||||||||||
|
Ciconiformes (Leyləkkimilər, Hero) dəstəsinin threskiornitidae (İbislər, Ibises) fəsiləsindən olan adi qaranaz yoxa çıxmaqda olan quşlardan. Rəngi metal kimi parlaq tünd-qəhvəyidir. Dimdiyi aşağıya tərəf qövs kimi əyridir. Başı, boynu və qarın tərəfi qırmızımtıl–qəhvəyi, qanadları və quyruğu göy–yaşıl metal rəngli qaradır. Bel və quyruqüstü lələklərin yaşıl–bənövşəyi çaları vardır.
Yayılması
redaktəBütün qitələrdə yayılıb. Azərbaycanda Kür-Araz və Lənkəran ovalıqlarının su hövzələrində məskunlaşır.
Yaşayış yeri və həyat tərzi
redaktəSu hövzələrindəki qarğı və qamışlıqlar, sahillərdəki açıq bataqlıqlar yaşayış yerləridir. Azərbaycanda yuvalayan və ötüb keçən quşdur. Adətən sürü halında yaşayır. Gündüz və alaqaranlıqda fəal olur. Monoqamdır. Cütlər əmələ gətirir, cinsi oyunlar edir, yuva qurur və yumurta qoyur. Cəngəlliklərdə və digər kolluqlarda yuva qurur. 2-5 yumurta qoyur. Birinci yumurtanı qoyduğu gündən kürt yatır. Kürtyatmada həm erkək, həm də dişi fərd iştirak edir. Kürtyatma müddəti 21 gündür. 30 günlüкdə cücələri pərvazlanır. Azərbaycana yuvalama yerlərinə martda uçub gəlir, sentyabrda isə qışlaq yerlərinə köçüb gedir. Martın axırlarından yuva tikir, yumurta qoyur. Aprelin axırlarından may və iyun aylarının əvvəllərində cücələri görünməyə başlayır. Onlar iyunun axırı, iyulda pərvazlanır. Tam lələkdəyişmə iyun–noyabr aylarında, natamam lələkdəyişmə isə yanvar-may aylarında gedir. Əsas yemini su cücüləri, xərçənglər, ilbizlər, qismən də xırda balıq və qurbağa təşkil edir.
Sayı
redaktəReproduksiya dövründə sayı Qızılağac Dövlət Təbiət Qoruğunda 1957–ci ildə 155300, 1977–ci ildə 6400, 2007–ci ildə 3540 fərd, Ağgöl Milli Parkında 1962–ci ildə 8000, 2002-ci ildə Varvara su anbarında 2200 fərd olmuşdur.
Məhdudlaşdırıcı amillər
redaktəSu-bataqlıq biotoplarının qurudulması, çirkləndirilməsi və qamışlıqların yandırılması növü təhlükə ilə üzbəüz qoyub. Ramsar, Bern, Bonn konvensiyalarına və AEWA sazişinə daxil edilmişdir. Qızılağac Dövlət Təbiət Qoruğunda, Şirvan, Abşeron, Ağgöl Milli Parklarında və su-bataqlıq sahələrini əhatə edən yasaqlıqlarda qorunur.
Azərbaycanda qorunması üçün Yenikənd subasarına, Mahmudçala-Ağçala və Sarısu göllərinə qoruq, Kürün deltasına isə yasaqlıq statusunun verilməsi vacibdir.
- ↑ Integrated Taxonomic Information System (ing.). 1996.
- ↑ IOC World Bird List Version 6.3. 2016. doi:10.14344/IOC.ML.6.3