Adi Qizilgoz - Wikipedia
Adi qızılgöz (lat. Chrysopa carnea) — buğumayaqlılar tipinin torqanadlılar dəstəsinin qızılgözlər fəsiləsinə aid olan növ.
Adi qızılgöz | ||||||||
---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||
Domen: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Aləm: Yarımaləm: Klad: Klad: Ranqsız: Tipüstü: Ranqsız: Ranqsız: Tip: ???: Adi qızılgöz |
||||||||
Beynəlxalq elmi adı | ||||||||
|
||||||||
|
Xarici quruluşu
redaktəAdi qızılgözün yaşlı fərdləri (imaqo) ağımtıl -yaşıl rəngdə olub, meyvə və meşə sahələrində may ayından başlamış oktyabr ayına kimi çoxalaraq zərərvericiləri, xüsusilə sorucuları məhv edirlər.[1]
Həyat tərzi
redaktəBu faydalı yırtıcının yumurta və sürfələrinə ən çox çiçəkli meyvə ağaclarından ərik, alça, gavalı, şaftalı və dekorativ meşə ağaclarının yarpaqlarında rast gəlmək olur. Ən çox mənənələrlə qidalanırlar. İmaqo mərhələsi axşamlar elektrik işığından toplanmışdır. Belə ki, 2008-ci ilin iyun ayının 2-də axşam saat 23.00-dan 24.00-dək (bir saat müddətində) 16 ədəd, 03.06.2009-cu il tarixdə isə 22.00-dan 24.00-dək 20 ədəd adi qızılgözün yaşlı fərdləri tutulmuşdur. 2009-cu ilin iyun ayının 6-da Novxanı kəndində həyətyanı sahədə olan ərik ağacından tutulmuş bir ədəd dişi qızılgöz elə həmin gün 25 ədəd yumurta, ikinci gün 20 ədəd, üçüncü gün isə 8 ədəd yumurta qoymuşdur. İyunun 18-də tutulmuş qızılgöz isə 65 ədəd yumurta qoymuşdur. Nardaran kəndində isə, şaftalı ağacından 28.07. 2006-cı il tarixdə tutulmuş imaqo qızılgöz 30.07.2009 tarixədək, üç gün müddətində 105 yumurta qoymuşdur. Alça ağacından tutulmuş imaqo isə həmin vaxtda 115 yumurta qoymuşdur. Qızılgözlər yumurtalarını ən çox mənənə topaıları olan sahəyə qoyurlar ki, burada yumurtalardan çıxan sürfələr bol qida ilə təmin olunurlar. 31.07.09 tarixdə ərik ağacı yarpağı üzərində hesablama apararkən aydın olmuşdur ki, 5 qızılgöz yumurtasından təzəcə çıxmış sürfələr 3 saat müddətində 100 mənənədən 26-sı ilə qidalanmışlar.
2009-cu ildə Abşeronun Novxanı və Nardaran kəndlərində dekorativ ağac və kol bitkiləri üzərində müşahidələr aparılmış, adi qızılgözün bioekologiyasına dair aşağıdakılar müəyyən edilmişdir. Ev şəraitində 24-260C temperaturda adi qızılgözün yumurta mərhələsinin inkişafı 2-3 gün, sürfənin inkişafı 7-10 gün, pup mərhələsinin inkişafı 8-14 gün, bir nəslin tam inkişafı isə 17-27 gün çəkmişdir. Həyətyanı sahədə isə tənzif torbaya salınmış budaq üzərindəki müşahidələrə əsasən, yumurtanın inkişafı 3 gün, sürfənin inkişafı 21 gün, pupun inkişafı 9 gün, bir nəslin tam inkişafı isə 33 gün çəkmişdir.
Ədəbiyyat məlumatlarına əsasən İzrail respublikasında adi qızılgözün yumurta mərhələsi 3-22 gün, sürfəsi 8-51 gün, pupu isə 6-18 günə inkişaf edir. Bir dişi qızılgöz ömrü boyu 500-700 yumurta qoya bilir. Lənkəran şəraitində ildə 6-7 nəsil verir. Azərbaycanda və coğrafi mövqeyinə görə yaxın ölkələrdə böcək ildə 5-6 nəsil verir.
Adi qızılgöz, yumurtalarını ağac yarpaqlarının alt və üst hissəsinə, çiçək yanlığına, gövdə və ya budaqların üzərinə qoyur. Yumurtaların hər birinin 3–4 mm uzunluğunda saplağı olur və bu saplaq substrata yapışdırılır. Yumurtalar əksərən mənənə topalarına yaxın qoyulur ki, onlardan çıxan sürfələr mənənələrlə qidalana bilsinlər. Müşahidələr göstərmişdir ki, kiçik yaşlı sürfələr ən çox zərərvericilərin yumurtası və kiçik yaşlı mənənələrlə, iri yaşlı sürfələr isə müxtəlif böyüklükdə olan kiçik yaşlı tırtıllar və iri mənənələrlə qidalanırlar. Sürfələr 3-4 həftə qidalandıqdan sonra axırıncı yaşda pup mərhələsinə keçirlər. Puplara ağ ipək kürə şəklində, ağacların qabığı altında rast gəlmək olur. Yaşlı fərdlər pupdan çıxdıqdan sonra mayalanırlar və bir neçə gün sonra (2-3 gün) isə yumurta qoymağa başlayırlar. Onların əsasən yaşlı formaları, ağacların qabığı altında tək-tək və ya topa halında, hər topada 2-3 fərddən 50-60 fərdədək qışlayırlar. Yazda aprelin axırı və may ayının əvvəllərində qışlama yerlərindən çıxan yaşlı fərdlər, çiçəklərin şirə və tozcuqları, mənənələrin ifraz etdiyi şirin maye ilə qidalanırlar. Adi qızılgöz 350-650 ədəd yumurta qoymaq qabiliyyətinə malikdir. Meyvə bitkiləri üzərində aparılan hesablamalara əsasən qızılgözün bir ədəd sürfəsi bir gün ərzində 25-30 ədəd, bütün həyatı ərzində isə 400-850 ədəd mənənə ilə qidalanır. Xüsusilə ərik, şaftalı, gavalı və akasiya mənənəsinin üzərində daha çox yırtıcılıq fəaliyyəti göstərirlər. Onun iri yaşlı sürfəsi bir gün ərzində yarpaq güvəsinin 10-12 yumurtasını, 5-8 meyvə güvəsi və 2-3 yarpaq güvəsinin kiçik yaşlı tırtıllarını məhv edir. Onlar iki dəfə qabıq dəyişirlər. Birinci qabıqdəyişmə 3 gün, ikinci qabıqdəyişmə isə 7 gün çəkir.[2]
Müəyyən edilmişdir ki, bağlarda, park və xiyabanlarda, həyətyanı sahələrdə, zərərvericilərə qarşı mübarizədə yersiz, səmərəsiz səpilən kimyəvi dərmanlar onların 80-90% məhvinə səbəb olur.[1]
Təsərrüfat əhəmiyyəti
redaktəAdi qızılgöz şaftalı, gavalı mənənəsinin və digər zərərvericilərin azalmasında yüksək dərəcədə fəaliyyət göstərir. Onları laboratoriya şəraitində çoxaldıb sahələrə buraxmaq yollarını öyrənməklə zərərvericilərə qarşı bioloji mübarizədə istifadə etməyin mümkünlüyünə zəmin yaranır.
Yayılması
redaktəAvropa, Rusiya, Ukrayna, Moldova, Baltikyanı ölkələr, Qafqaz, Orta Asiya, Türkiyə, İran, Suriya, Çində Azərbaycanda Abşeronda geniş yayılmışdır.
Ədəbiyyat
redaktə- E.F.Səfərova. Abşeronda bəzək bitkilərinə zərərverən cücülər, onların biotənzimlənməsində entomofaqların rolu. Bakı, 2013.
- Azərbaycan heyvanlar aləmi. II-buğumayaqlılar. Bakı, Elm, 2004, -388 s.