Adi Qilquyruq - Wikipedia
Adi qılquyruq (lat. Melanitta fusca) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qazkimilər dəstəsinin ördəklər fəsiləsinin qılquyruq cinsinə aid heyvan növü.
Adi qılquyruq | ||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||||
Domen: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Aləm: Yarımaləm: Klad: Klad: Tipüstü: Tip: Sinif: İnfrasinif: Klad: Dəstəüstü: Klad: Klad: Dəstə: Yarımdəstə: Fəsiləüstü: Fəsilə: Yarımfəsilə: Cins: Növ: Adi qılquyruq |
||||||||||||
Beynəlxalq elmi adı | ||||||||||||
|
Təsviri
redaktəİri dəniz ördəyidir.Erkəklərdə bədəninin ümumi rəngi qaradır, gözünün üstündə və qanadın üzərində ağ ləkə vardır. Dişilərinin rəngi tünd qəhvəyidir.
Yayılması
redaktəSkandinaviyadan (Norveç və İsveç) Finlandiyaya və Estoniyaya qədər, eləcə də qərbi Sibirdən Yenisey çayına qədər yuvalayır. Qərbi Avropanın sahil zonalarında qışlayır, əsasən Baltik dənizdə. Azərbaycanda nadir qeydə alınan qışlayan və köçəri növdür. Ədəbiyyat məlumatlarına əsasən Abşeron sahillərində, adalarda, Qızılağac körfəzində və Ağgöl ərazisində müşahidə olunmuşdur.
Yaşayış yeri və həyat tərzi
redaktəSahilə yaxın dəniz sularında, sirin sulu göllər və çaylarda yuvalayır. Yuvasına sahilə yaxın torpağın üzərində, ot və kolların arasında qurur. Bəzən qağayı koloniyalarının arasında da yuvalayır. Adətən 7-9 yumurta qoyur. Qidasının əsasən molyusklar və kiçik balıqlar təşkil edir. Kifayət qədər yaxşı dalğıcdır.
Sayı
redaktəDünya populyasiyası 250,000 fərd olaraq qiymətləndirlir. Avropada sayı 85-100 min cüt arasında qiymətləndirilir. Azərbaycanda təsadüfən qeydə alınır. 60-cı illərdə tək-tək fərdlər Böyük Qızılağac körfəzində və Ağgöldə qeyd edilmişdir.Ümumiyyətlə bütün Dünyada sayı azalmaqdadır.
Azalma səbəbləri
redaktəAzərbaycanda bu növ üçün əsas təhlükələrə qanunsuz ov, neft çirklənməsi və digər növ çirklənmələr aiddir.
Qorunması üçün qəbul edilmiş tədbirlər
redaktəQızılağac Dövlət Təbiət Qoruğuvə Ağgöl Milli Parklarında qorunur. Avropa Mühafizə statusuna malikdir Declining)ş Ramsarç Bernç Bonn konvensiyalarina və AEÜA razilşmasında daxil edilmişdir.
Qorunması üçün məsləhət görülmüş tədbirlər
redaktəSu biotoplarının çirklənmələrinin qarşısının alınması və növün qorunmasının geniş təbliği vacibdir.
İstinadlar
redaktə- ↑ Integrated Taxonomic Information System (ing.). 1996.
- ↑ IOC World Bird List Version 6.3. 2016. doi:10.14344/IOC.ML.6.3