Adi Dazi - Wikipedia
Adi dazı (lat. Hypericum perforatum) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin dazıkimilər fəsiləsinin dazı cinsinə aid bitki növü.
Adi dazı | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Cins: Növ: Adi dazı |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
Botaniki xarakteristikası
redaktəAdi dazı üfüqi istiqamətdə uzanan incə kökümsova və güclü inkişaf etmiş kök sisteminə malik, dikduran gövdəli çoxillik ot bitkisidir. Hündürlüyü 30-60 sm, bəzən də artıq olur. Gövdəsi iki qabırğalıdır. Yarpaqları saplaqsız olub, gövdə üzərində qarşı-qarşıya düzülürlər, ovalşəkilli, bir qədər uzunsov və tam kənarlıdırlar. Yarpaqlarının üzərində çoxlu vəzilər vardır. 5 kasa və 5 taç yarpaqlarından ibarət olan qızılı-sarı rəngli çiçəkləri qalxanabənzər süpürgə çiçək qrupu əmələ gətirir.
Ləçəklərinin kənarlarında nöqtə şəkilli qırmızı rəngli vəzilər yerləşir. Meyvəsi yumurtavari, üç yuvalı qırmızımtıl qəhvəyi rəngli çoxtoxumlu qutucuqdur. Qutucuğun hər yuvasında çoxlu sayda, tünd qəhvəyi rəngli xırda (1 mm-ə yaxın) toxumlar olur. Çiçək və meyvəsində narıncı rəngli hiperisin piqmenti var. Bu piqment dəriyə toxunduqda əvvəlcə narıncı rəngli ləkə kimi görünür, sonra getdikcə tədricən tündləşərək qəhvəyi rəng alır. Adi dazı iyun ayından başlayaraq avqusta qədər çiçəkləyir. Meyvələri avqust-sentyabr aylarında yetişir.
Çoxillik ot bitkisi olub, gövdəsinin hündürlüyü 30-80 sm, ikitərəfli qabağa çıxan qabırğalı, yuxarı tərəfində qarşı-qarşıya düzülmüş yarpaqları vardır. Qarşı-qarşıya düzülmüş yarpaqlarının uzunluğu 1-3 sm, eni 2-8 mmolub, çoxsaylıdır. Çoxsaylı çiçəkləri gövdənin zirvəsində süpürgəvarı və ya qalxanşəkilli çiçəkqupunda toplanmışdır. Səbətciyi 5 bölümlü, tacı 5-ləçəkli olub, uzunluğu 12-15 mm, qızılı-sarı olmaqla, kənarları qara nöqtəlidir. Meyvəsi çoxtoxumlu, 3-yuvalı qutucuqludur.
Subasar çəmənliklərdə, meşə, meşə kənarlarında və pöhrəliklərdə rast gəlinir.
Yabanı və mədəni çoxillik ot bitkisi olan adi dazıotu tam çiçəkləmə dövründə (iyul-avqust) xammal olaraq toplanılır və keyfiyyətli dərman bitki xammalı kimi istifadə edilir. Topladıqda zirvəsindən 25-30 sm aşağı kəsmək lazımdır. Xammal kölgəli yerlərdə brezent və çadır üzərində 5-7 sm qalınlığında sərilməli, yaxşı ventiliyasiyalı çardax və naveslərdə və ya 40-60оС-də quruducu şkafda qurudulmalıdır.
Yaxşı havalı qaranlıq yerlərdə stellaj və yeşiklərdə saxlanılmalıdır. Saxlanılma müddəti 3 ildir.
Yayılması
redaktəƏsasən meşə kənarlarında, kolluqlarda, əkin yerlərinin kənarlarında, becərilməyən yerlərdə bitir. Meşə yolları və sahələrin ətrafında alaq otu kimi gözə dəyir. Avrasiyada Atlantik okeanı sahillərindən Sibir, Monqolustan və Çinə qədər ərazidə geniş yayılmışdır. Şimali Afrikada, Kanar və Azor adalarında rast gəlinir. Bəzi növləri Avstraliya, Yeni Zelandiya, Yaponiya, Şimali və Cənubi Amerikaya gətirilmib yayılmışdır. Azərbaycanın bir çox rayonlarında yayılıb və ehtiyatı boldur.
Tərkibi və təsiri
redaktəTərkibində aşı maddələr 10-12%, qatran 10%, katexin, leykoantosianidin, karatinoidlər 55mq%, antrasen 0,4%, hiperisin, psevdohiperisin, protopsevdohiperisin), efir yağları, flavonoidlər, hiperozid (otda - 0,7%, çiçəkdə - 1,1%), rutin, kversitrin, izokversitrin, kversetin), vitaminlər (C, PP, karotin, nikotin turşusu), antosian, spirt, alkaloid, qatran və piqmentlər vardır.
Büzücü, antiseptik, iltihabsorucu və antidepressant dərmandır. Tərkibində flavonoidlər (hiperozid, rutin, kverçitrin, izokverçitrin, miriçetin) antrosen törəmələri (hiperesin, psevdohiperesin), aşı maddələri, efir yağları, karotinoidlər və askorbin turşusu vardır.
Azərbaycanda yayılması
redaktəBQ qərbi, BQ şərqi, BQ Quba sahəsi, Samur-Dəvəçi və Xəzər sahili ovalıqları, Qobustanın rayonlarında arandan subalp qurşağına kimi yayılmışdır. Meşə, meşə kənarı, çay vadiləri, kolluq, otlu yamaclar və bağlarda bitir.
Sinonimləri
redaktəHomotipik sinonimləri
redaktə- Hypericum officinale Gaterau
- Hypericum officinarum Crantz
- Hypericum perforatum var. vulgare Spenn.
- Hypericum perforatum subsp. vulgare (Spenn.) A.Fröhl.
- Hypericum vulgare Lam.
Yarımnövləri
redaktə- Hypericum perforatum subsp. chinense N.Robson
- Hypericum perforatum subsp. perforatum
- Hypericum perforatum subsp. songaricum (Ledeb. ex Rchb.) N.Robson
- Hypericum perforatum subsp. veronense (Schrank) Ces.
İstinadlar
redaktə- ↑ Linnæi C. Species Plantarum (lat.): Exhibentes plantas rite cognitas ad genera relatas. 1753. C. 2. S. 785.