Adi Alasigircin - Wikipedia
Adi alasığırçın (lat. Pastor roseus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin çovdarçıkimilər dəstəsinin tənbəlcüllütlər fəsiləsinin alasığırçın cinsinə aid heyvan növü.
Adi alasığırçın | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Aləm: Yarımaləm: Klad: Klad: Tipüstü: Tip: Sinif: İnfrasinif: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Klad: Yarımdəstə: Fəsilə: Cins: Növ: Adi alasığırçın |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
Qısa təsviri
redaktəLələklənməsinin əksəriyyəti çəhrayıdır. Başında kəkili vardır. Başı, boynu, qanadları və quyruğu qara rəngdə, metal parlaqlıdır. Cavan quşlarda kəkil olmur. Onların rəngi bozumtul-qonur, bədənin altı daha açıq rəngdədir. Sürü halında gəzirlər. Yerdə, ağaclarda və kollarda yemlənir. Çığırtısı və nəğməsi kəskin-cırıltılı və xırıltılı səslərdir.
Yayılması
redaktəArealı Avropa və Asiyadır. Cənub-Qərbi Asiyada qışlayır. Adətən Naxçıvanda və Talışın dağüstü çöllərində yuvalayır. Qobustanda, Şamaxı yaylasında, Acınohur-Ceyrançöldə və Kiçik Qafqazın dağətəklərində yuvalaması sabit deyil. Qalan rayonlarda çoxalmadan sonrakı köçmələr zamanı rast gəlinir.
Yaşayış yeri və həyat tərzi
redaktəYarğanlı və qayalı açıq quru ərazilərdə məskunlaşır. Bəzən laq-da yuvalayır. Yuvasını yarğan və qaya yarıqlarında, saman və odun topalarında, bəzən isə birbaşa alaçıq döşəmələrində qurur. İyunda 4-5 göy yumurta qoyur. Çəyirtkə və başqa ziyanlı cücüləri məhv edir. Bəzi yerlərdə üzümlüklərə və başqa giləmeyvələrə zərər vurur.
İstinadlar
redaktə- ↑ IOC World Bird List Version 6.3. 2016. doi:10.14344/IOC.ML.6.3
- ↑ World Bird List (ing.): IOC World Bird List. 6.4 IOU, 2016. doi:10.14344/IOC.ML.6.4