Adi Simal Marali - Wikipedia
Adi şimal maralı (lat. Rangifer tarandus) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin marallar fəsiləsinin şimal maralı cinsinə aid heyvan növü. Cinsin yeganə nümayəndəsidir.
Adi şimal maralı | ||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||||
Domen: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Aləm: Yarımaləm: Klad: Klad: Tipüstü: Tip: Klad: Yarımtip: İnfratip: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Sinifüstü: Klad: Klad: Sinif: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Yarımsinif: Klad: İnfrasinif: Maqndəstə: Dəstəüstü: Klad: Qranddəstə: Ranqsız: Dəstə: Klad: Klad: Klad: Yarımdəstə: İnfradəstə: Fəsilə: Yarımfəsilə: Triba: Cins: Növ: Adi şimal maralı |
||||||||||||
Beynəlxalq elmi adı | ||||||||||||
|
Avrasiya və Şimali Amerikanın şimal hissəsində yaşayır. Şimal maralı ot və şibyədən əlavə kiçik məməli və quşlarla da qidalanır. Avrasiyada şimal maralı əhliləşdirilib və artıq şimal xalqları üçün qida və material mənbəyi kimi mühüm əhəmiyyət kəsb edir.
Şimal marallarının çəkisi 220 kiloqrama çatır. Onların boyunları nisbətən uzun, ayaqları isə qısa olur. Şimal marallarının həm erkəklərinin, həm də dişilərinin buynuzu olur. Onların buynuzlarının özünə məxsus forması var. Dişi marallar buynuzlarını may-iyun aylarında doğduqdan sonra, erkək marallar isə payızda dəyişirlər. Şimal maralları 150–200 baş olmaqla sürü halında yaşayırlar. Şimal marallarının döl vaxtı may-iyun aylarıdır. Onlar 1 bala doğurlar. Yeni doğulmuş balalar ertəsi gün yaxşı qaçır və suda üzürlər. Balalarını yarım il bəzən daha çox südlə bəsləyirlər. Dişilər 1.5 yaşdan sonra çoxalmada iştirak edirlər.
Qidası
redaktəŞimal marallarının yeminin 50%-i şibyələrdən (maral mamırından) ibarətdir.
İstinadlar
redaktə- ↑ Integrated Taxonomic Information System (ing.). 1996.
- ↑ Mammal Species of the World (ing.): A Taxonomic and Geographic Reference. / D. E. Wilson, D. M. Reeder 3 Baltimore: JHU Press, 2005. 35, 2142 p. ISBN 978-0-8018-8221-0