Adem Lyaic - Wikipedia
Adem Lyaiç (serb. Adem Ljajić; 29 sentyabr 1991[1][2]) — hücumameyilli yarımmüdafiəçi mövqeyində çıxış edən Serbiya futbolçusu. "Beşiktaş" klubu və Serbiya milli komandasında çıxış edir.
Adem Lyaiç | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
serb. Adem Ljajić | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Ümumi məlumatlar | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Doğum tarixi | 29 sentyabr 1991[1][2] (33 yaş) | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Vətəndaşlığı | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Boyu | 1.82[3] | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Çəkisi | 74 kq | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Mövqeyi | Yarımmüdafiəçi | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Klub haqqında məlumat | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Klub | Beşiktaş | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Nömrəsi | 22 | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Karyerası | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
|
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
|
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Vikianbarda əlaqəli mediafayllar |
Lyaiç karyerasına "Yoşanitsa" klubunda başlamışdır. Daha sonra "Partizan"a transfer olmuşdur və klubla həm Serbiya Superliqasında, həm də Çempionlar Liqasında debüt etmişdir. 2010-cu ilin yanvar ayında onun İngiltərənin "Mançester Yunayted" klubuna keçəcəyi barədə xəbərlər yayılsa da,[4] klub 2009-cu ilin dekabr ayında ondan imtina etdi.[5] 2010-cu ilin yanvar ayında "Fiorentina" 8 milyon avro transfer məbləği ödəyərək oyunçunu heyətinə qatdı.[6] Florensiyada keçirdiyi üç ildən sonra Lyaiç 4 illik müqavilə imzalayaraq 11 milyon avro qarşılığında "Roma" ya keçid etdi.[7] 2016-cı ilin iyul ayında o, "Torino"ya transfer olundu.
Lyaiç milli komanda forması ilə ilk oyununa 2010-cu ildə çıxmışdır. 2012-ci ildən 2014-cü ilədək Serbiya himnini oxumağı imtina etdiyi üçün komandanın baş məşqçisi Sinişa Mixayloviç tərəfindən millidən kənarlaşdırılmışdır. Ölkəsini 2018 FİFA Dünya Kubokunda təmsil etmişdir.
Career statistics
redaktəClub
redaktə- 17 May 2021 tarixində yenilənib[8]
Klub | Mövsüm | Liqa | Kubok | Qitə | Cəmi | |||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Diviziya | Oyun sayısı | Qol sayısı | Oyun sayısı | Qol sayısı | Oyun sayısı | Qol sayısı | Oyun sayısı | Qol sayısı | ||
Partizan | 2008–09 | Serbiya Superliqası | 24 | 5 | 5 | 1 | 4 | 0 | 33 | 6 |
2009–10 | 14 | 4 | 2 | 0 | 8 | 2 | 24 | 6 | ||
Cəmi | 38 | 9 | 7 | 1 | 12 | 2 | 57 | 12 | ||
Fiorentina | 2009–10 | Seriya A | 9 | 0 | 1 | 0 | 0 | 0 | 10 | 0 |
2010–11 | 26 | 3 | 2 | 0 | 0 | 0 | 28 | 3 | ||
2011–12 | 15 | 1 | 3 | 0 | 0 | 0 | 18 | 1 | ||
2012–13 | 28 | 11 | 3 | 1 | 0 | 0 | 31 | 12 | ||
2013–14 | 0 | 0 | 0 | 0 | 1 | 0 | 1 | 0 | ||
Cəmi | 78 | 15 | 9 | 1 | 1 | 0 | 88 | 16 | ||
Roma | 2013–14 | Seriya A | 28 | 6 | 4 | 0 | 1 | 0 | 33 | 6 |
2014–15 | 32 | 8 | 2 | 0 | 7 | 1 | 41 | 9 | ||
2015–16 | 1 | 0 | 0 | 0 | 0 | 0 | 1 | 0 | ||
Cəmi | 61 | 14 | 6 | 0 | 8 | 1 | 75 | 15 | ||
İnter Milan (loan) | 2015–16 | Seriya A | 25 | 3 | 3 | 1 | 0 | 0 | 28 | 4 |
Torino | 2016–17 | 33 | 10 | 3 | 2 | 0 | 0 | 36 | 12 | |
2017–18 | 27 | 6 | 1 | 0 | 0 | 0 | 28 | 6 | ||
2018–19 | 1 | 0 | 0 | 0 | 0 | 0 | 1 | 0 | ||
Cəmi | 61 | 16 | 4 | 2 | 0 | 0 | 65 | 18 | ||
Beşiktaş | 2018–19 | Süper Lig | 27 | 9 | 0 | 0 | 5 | 0 | 32 | 9 |
2019–20 | 24 | 5 | 1 | 0 | 4 | 2 | 29 | 7 | ||
2020–21 | 22 | 2 | 1 | 0 | 1 | 0 | 24 | 2 | ||
Cəmi | 73 | 16 | 2 | 0 | 10 | 2 | 85 | 18 | ||
Karyerası boyu cəmi | 336 | 73 | 31 | 5 | 31 | 5 | 398 | 83 |
International
redaktə- 11 October 2020 [9] tarixində yenilənib
Serbiya | ||
---|---|---|
İl | Oyun sayı | Qol sayı |
2010 | 1 | 0 |
2011 | 5 | 0 |
2012 | 1 | 0 |
2013 | 0 | 0 |
2014 | 2 | 0 |
2015 | 8 | 3 |
2016 | 3 | 0 |
2017 | 5 | 2 |
2018 | 10 | 3 |
2019 | 10 | 1 |
2020 | 2 | 0 |
Cəmi | 47 | 9 |
Milli komanda qolları
redaktə- "Hesabda dəyişiklik" və "Hesab" sütünlarında ilk Serbiya millisinin vurduğu qol göstərilib.[10]
Sayı | Tarix | Stadion | Rəqib | Hesabda
dəyişiklik |
Hesab | Yarış |
---|---|---|---|---|---|---|
1 | 7 iyun 2015 | NV Arena, Sankt-Pölten, Avstriya | Azərbaycan | 2–1 | 4–1 | Yoldaşlıq |
2 | 4 sentyabr 2015 | Karageorgi stadionu, Novi Sad, Serbiya | Ermənistan | 2–0 | 2–0 | UEFA Avro 2016 seçmə mərhələsi |
3 | 8 oktyabr 2015 | Elbasan Arena, Elbasan, Albania | Albaniya | 2–0 | 2–0 | |
4 | 10 noyabr 2017 | Tyanhe stadionu, Quançjou, Çin | ÇXR | 1–0 | 2–0 | Yoldaşlıq |
5 | 14 noyabr 2017 | Ulsan Munsu, Ulsan, Cənubi Koreya | Cənubi Koreya | 1–0 | 1–1 | |
6 | 9 iyun 2018 | Liebenauer stadionu, Qrats, Avstriya | Boliviya | 2–0 | 5–1 | |
7 | 17 noyabr 2018 | Rayko Mitiç stadionu, Belqrad, Serbiya | Monteneqro | 1–0 | 2–1 | 2018–19 UEFA Millətlər Liqası C |
8 | 20 noyabr 2018 | Partizan stadionu, Belqrad, Serbiya | Litva | 4–1 | 4–1 | |
9 | 10 iyun 2019 | Red Star Stadium, Belqrad, Serbiya | 4–1 | 4–1 | UEFA Avro 2020 seçmə mərhələsi |
Şəxsi həyatı
redaktəLyaiç milliyətcə boşnakdır və müsəlmandır.[11]
Mükafatları
redaktəKlub
redaktəPartizan[12]
- Serbiya SuperLiqası: 2008–09
- Serbiya Kuboku: 2008–09
Beşiktaş
- Super Liqa (Türkiyə): 2020–21
- Türkiyə Kuboku: 2020–21
İstinadlar
redaktə- ↑ 1 2 Adem Ljajic // Transfermarkt (çd.). 2000.
- ↑ 1 2 Adem Ljajic // As (isp.). Madrid: PRISA, 1967. ISSN 1888-6671
- ↑ "2018 FIFA World Cup: List of players" (PDF). FIFA. 21 June 2018. səh. 27. 19 June 2018 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 24 June 2018.
- ↑ "Exclusive: Adem Ljajic Q&A". ManUtd.com. Manchester United. 4 March 2009. 10 August 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 March 2011.
- ↑ "Manchester United end interest in Serbian Adem Ljajic". BBC Sport. British Broadcasting Corporation. 2 December 2009. 5 December 2009 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 December 2009.
- ↑ "Partizan prodigy Ljajić joins Viola". uefa.com. Union of European Football Associations. 13 January 2010. 16 January 2010 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 January 2010.
- ↑ "Adem Ljajić" (PDF) (Press-reliz) (italyan). Associazione Sportiva Roma. 28 August 2013. 3 September 2013 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 28 August 2013.
- ↑ "Serbia - A. Ljajić - Profile with news, career statistics and history". Soccerway. 16 December 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 March 2015.
- ↑ "Adem Ljajić". European Football. 24 June 2018. 15 November 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 September 2021.
- ↑ "Football PLAYER: Adem Ljajić". 2017-11-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-09-28.
- ↑ "BOŽE PRAVDE: Adem Ljajić se moli Alahu pred utakmicu". Kurir.rs (serb). 14 April 2013. 5 July 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 June 2015.
- ↑ "22 Adem Ljajic". inter.it. FC Internazionale Milano. 16 may 2016 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2 sentyabr 2015.
Xarici keçidlər
redaktə- BDFutbol.com 'da profili (ing.)
- UEFA.com saytında statistika (ing.)
- Adem Lyaiç National-Football-Teams.com'da