Adeli Pinqvini - Wikipedia
Adeli pinqivini (ing. "Adélie penguin") (Pygoscelis adeliae), pinqvinlər (Spheniscidae) fəsiləsindən olan Antarktida mənşəli pinqivin növüdür. Boyu 45–75 sm aralığında, çəkisi təxminən 5 kiloqramdır. İmperator pinqivini ilə yanaşı Antarktida qitəsinin əsas hissəsində görülən tək pinqivin növüdür. Növün adı, fransız tədqiqatçı Cu les Dumontun həyat yoldaşı Adelidən alır.[3]
Adeli pinqvini | ||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||||
XƏTA: parent və rang parametrlərini doldurmaq lazımdır. ???: Adeli pinqvini |
||||||||||||
Beynəlxalq elmi adı | ||||||||||||
|
Özəllikləri
redaktəBu pinqvinin üst qisimi qara, alt qisimi ağ rəngdədir. Ağ göz çevrəsi və sarı ayaqlar xarakteristik xüsusiyyətidir.
Yaşayışları
redaktəAdeli pinqvinləri, sıxlıqla, koloniyalar halında yaşayır və çoxalırlar. Ross adası üzərində təxminən yarım milyon fərddən ibarət Adeli pinqvini koloniyası var. Yerlərinə çox bağlıdırlar. Antarktida yayında əsasən quruda, digər zamanlarda dənizdəki parça buzlu sahələrin sahilində yaşayırlar. Sayları təxminən 20 milyon olaraq hesablanır.[4]
Çoxalma
redaktəBu pinqvinlərin kürt periodu oktyabr ayında başlayır.[5] Dişilər bir araya yığılmış daşlardan ibarət yuvalara yumurtalarını qoyur və yenidən yemək axtarmağa gedirlər. Erkək pinqvinlər isə kürtləri sahiblənirlər. Davam edən 35 gün ərzində bu heyvanlar heç bir şey yeməzlər və bu müddət ərzində balalar yumurtadan çıxırlar. Bu əsnada dişilər də dönər və balaların yetişdirilməsində köməkçi olurlar. Mart ayına kimi bala pinqvinlər yetkin halına gəlirlər və balıq ovlamaq üçün onlar da dənizə gedən pinqvinlərə qoşularlar.
İstinadlar
redaktə- ↑ Integrated Taxonomic Information System (ing.). 1996.
- ↑ IOC World Bird List Version 6.3. 2016. doi:10.14344/IOC.ML.6.3
- ↑ (ing.) Adélie, adj. and n Arxivləşdirilib 2019-09-13 at the Wayback Machine. OED Online. Oxford University Press, March 2014.
- ↑ (ing.) "Continental-scale mapping of Adélie penguin colonies from Landsat imagery" doi:10.1016/j.rse.2013.08.009.
- ↑ (ing.) "Climate change winners and losers" Arxivləşdirilib 2013-11-02 at the Wayback Machine. 3 News NZ. April 4, 2013.
Xarici keçidlər
redaktə- (ing.) Pygoscelis adeliae