Adana Arxeologiya Muzeyi - Wikipedia
Adana Arxelogiya Muzeyi — Türkiyədə, Adana vilayətində yerləşən və arxeoloji əsərlərin sərgiləndiyi muzey. Muzey 1924-cü ildə yaradılmışdır.[1]
Adana Arxeologiya Muzeyi | |
---|---|
Adana Arkeoloji Müzesi | |
| |
Əsası qoyulub | 1924 |
Mövzu | arxeologiya |
Ölkə | |
Yerləşir | Adana, Türkiyə |
Kolleksiyası | Tarixi əşyalar |
36°59′42″ şm. e. 35°18′49″ ş. u.HGYO | |
muze.gov.tr/tr/muzeler/a… | |
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi
redaktəİlk illərdə Polis Dairəsində xidmət göstərən muzey 1928-ci ildə Daşkörpü bölgəsindəki Cəfərpaşa Məscid Mədrəsəsinə, daha sonra Qurukörpü Yunan kilsəsinə daşındı. 1935-ci ildə muzeyə etnoqrafiya salonu əlavə edildi. 1950-ci ildə muzey Etnoqrafiya Muzeyinin binasına köçürüldü. 1966-cı ildə isə Mədəniyyət Parkında yeni muzey binasının inşasına başlanıldı. 1972-ci ildə bu bina xidmətə verildi. Alyanaqzadə Həlil Kamil Bəy və Ali Rza Yalman muzeyin inkişafında böyük rol oynamış müdirlərdir.
Sərgilənənlər əsərlər
redaktəAdana Arxeoloji Muzeyində Tarsus-Gözlügüllə, Mersin-Yümüktəpə, Milis, Qaratəpə, Soyuqsutəpə və başqa arxeoloji qazıntı yerlərində tapılan və Adana tarixi ilə əlaqədar əsərlər nümayış olunur. Bunlar tarix öncəsi, Hitit, Assuriya, Finikiya, Frig, Ellen, Roma və Bizans dövrlərinə aid heykəl, kitabə, stel, memarlıq parçaları kimi daş əsərlər, bişmiş torpaqdan düzəldilmiş müxtəlif qablar, silindir və maqma möhürləri, dəmir pullar və digər tarixi əşyalardır. Muzeydə Səlcuq və Osmanlı mədəniyyətlərinə dair əsərlərdə var. Muzeyin ən əsas əsərləri qəbir daşlarıdır. Bunlar arasında 3848 nömrəli qəbir daşı 1958-ci ildə Tarsusda tapılmış və muzeyə gətirilmişdir. Qəbir daşının üzərində Troya qəhrəmanı Hektorun cəsədinin qurtarılması, Kral Priamosun Axillesə yalvarışı, kralın arabasından enişini təsvir edən qabartmalar təsvir edilmişdir.
İstinadlar
redaktə- ↑ Nedim Dervişoğlu: Das Neue Archäologische Museum von Adana. Von der Textilfabrik zum Fenster in die Geschichte Kilikiens. In: Antike Welt. Nr. 3/2018. Zabern-Verlag, Mainz/Darmstadt 2018, S. 86–89.