Ada Film 2006 - Wikipedia
"Ada" (rus. Остров) — rejissor Pavel Lunginin filmi.
Ada | |
---|---|
rus. Остров | |
Janr | dram |
Rejissor | Pavel Lungin |
Prodüserlər |
Sergey Şumakov Pavel Lungin |
Ssenari müəllifi | Dmitri Sobolyev |
Baş rollarda |
Pyotr Mamonov Viktor Suxorukov Dmitri Düjev Yuri Kuznesov |
Operator | Andrey Jeqalov |
Bəstəkar | Vladimir Martınov |
Rəssamlar |
İqor Kosarev Aleksandr Tolkaçyov |
İstehsalçılar |
Rossiya 1 "Pavel Lunginin studiyası" |
Distribütor | Netflix |
İlk baxış tarixi | 23 noyabr 2006[1] |
Filmin növü | bədii film |
Müddət | 112 dəqiqə |
Büdcə | $1 500 000 |
Gəlir | $2 600 000 |
Ölkə | Rusiya |
Dillər |
rus dili alman dili |
İl | 2006 |
Texniki məlumatlar |
"Kodak" kinolenti Dolby Digital |
Rəng | rəngli |
IMDb | ID0851577 |
Məzmun
redaktəBöyük Vətən müharibəsi zamanı – 1942-ci ildə Şimal ərazisində alman gəmisi Sovet barjasını ələ keçirirlər. Gəminin göyərtəsində şkiper Tixon və bir ocaqçı tapılır. Onlar küncdə gizlənməyə çalışsalar da, alman dənizçiləri ocaqçının yerini aşkar edirlər. Fiziki güc tətbiq edəndən və alman dilində "Kapitan hanı?" sualını verəndən sonra ocaqçı Tixonun yerini bildirir. Almanlar onların hər ikisini güllələməyə hazırlaşırlar. Ocaqçı sağ qalması üçün hönkürüb yalvarmağa başlayır. Tixon isə sakitcə dayanır və hətta açıq-aşkar bir siqaret yandırır. Vəziyyəti belə görən alman zabiti ocaqçıya təklif edir ki, yoldaşına atəş açsın və öz həyatını xilas etsin. Ocaqçı isterik hal göstərsə də, sonda Tixona atəş açır. Almanlar ocaqçını sağ saxlayıb barjanı tərk edirlər. Ocaqçı minalanmış gəmidə tək qalır və tezliklə partlayış baş verir.
Rahiblər sahilə halsız, yarımcan bir insan çıxarırlar.
Hadisələr 1976-cı ili əks etdirir. Ocaqçı xeyli qocalıb. O, rahibliyi qəbul edib və indi Anatoli adını daşıyır. Onun əsas vəzifəsi monastırda ocaq qalamaqdır. Anatoli qazanxanada yaşayır və elə orada da küncdə yatır. Onda gələcəyi görmə və duaların köməyilə şəfa vermək qabiliyyəti olduğu üçün hər kəs yanına öz dərdi, xəstəliyi ilə təşrif gətirir. Lakin bəzi rahiblər Anatoli atanın qəribəliklərini: onun hamıdan ayrıca dua etməyini, işə gecikməyini, heç nədən ucadan mahnı oxumağını anlamırlar. Ondakı vergiyə görə Anatoli atanın paxıllığını çəkən rahiblərdən biri də İov ata idi. Monastırın başçısı Filaret ata, İov atanın şikayətlərinə cavab olaraq, Anatoli ata ilə münasibətləri yoluna qoymağa çalışır. Lakin itaətkar və tövbə edən olmasına baxmayaraq, nə vaxtsa törətdiyi cinayət rahibə rahatlıq vermir. O, tez-tez öz qayığına oturur və xəlvət adaya üzür. Orada qətiyyətlə dua edir və etidiyi günahlara görə bağışlanmağını diləyir.
Bir dəfə monastıra azara mübtəla olmuş qızı ilə birlikdə bir tanınmış admiral gəlir. Rahib qızı adaya aparır və duaların köməyilə iblisi onun canından çıxarır. Sən demə, bu admiral Anatolinin atəş açdığı həmin Tixondur. Söhbət zamanı məlum olur ki, Anatoli onu öldürməyib, sadəcə əlindən yaralayıb. Beləliklə, Tixon ölümdən qurtula bilib. Tixon Anatoliyə onu çoxdan bağışladığını deyir.
Artıq Anatoli bilir ki, rahat ölə bilər. Anatoli ata İov atadan ona tabut gətirməyi xahiş edir. İov ata həmin xahişi yerinə yetirsə də, bunun kimin üçün nəzərdə tutulduğunu bilmir. Anatoli ata belə dəbdəbəli "qutuya" görə İov atanı yüngülcə danlayır. Qoca rahib tabutun içinə uzanır və İov atadan xahiş edir ki, bütün rahib qardaşlara onun ölüm xəbərini çatdırsın. İov ata böyük zəngə doğru qaçır və rahibin ölümünə işarə kimi onu çalmağa başlayır.
Rahiblər tabutu həmin adaya aparırlar.
Filmin heyəti
redaktəFilm üzərində işləyənlər
redaktə- Ssenari müəllifi : Dmitri Sobolyev
- Quruluşçu rejissor : Pavel Lungin
- Quruluşçu operator : Andrey Jeqalov
- Quruluşçu rəssamlar : İqor Kosarev, Aleksandr Tolkaçyov
- Bəstəkar : Vladimir Martınov
- Prodüserlər : Sergey Şumakov, Pavel Lungin
- Geyim rəssamı : Yekaterina Dıminskaya
- Qrim rəssamı : Valeriya Nikulina
- Səs rejissorları : Stefan Albine, Vladimir Litrovnik
- Montaj rejissoru : Albina Antipenko
- İkinci rejissor : Nataliya Lyaşşenko
- İkinci operator : Yuri Nikolayev
- Stedikam operatorları : Sergey Şuls, Sergey Popkov
- Aktyor seçimi : Tatyana Maksakova
- Trüklərin quruluşçusu : Aleksey Silkin
- Kaskadyorlar : Sergey Nefedov, Fyodor Starıx, Andrey Kudelski, Aleksey Silkin
- Dirijor : Sergey Skripka
- Filmin direktoru : Vadim Koryuzlov
Rollarda
redaktəAktyor | Rol |
---|---|
Pyotr Mamonov | Anatoli ata |
Viktor Suxorukov | Filaret ata |
Dmitri Düjev | İov ata |
Yuri Kuznesov | Tixon |
Viktoriya İsakova | Nastya |
Nina Usatova | dul qadın |
Yana Yesipoviç | qız |
Olqa Demidova | uşaqlı qadın |
Timofey Tribunsev | gənc Anatoli |
Aleksey Zelenski | gənc Tixon |
Qrişa Stepunov | uşaq |
Sergey Burunov | yavər |
Mükafatlar və nominasiyalar
redaktəMükafatlar
redaktə- Ən yaxşı film
2007-ci ilin "Qızıl Qartal" mükafatı
redaktə- İlin ən yaxşı filmi
- Ən yaxşı ikinci plan kişi roluna görə – Viktor Suxorukov
- Ən yaxşı kişi roluna görə – Pyotr Mamonov
- Ən yaxşı rejissor işinə görə – Pavel Lungin
- Ən yaxşı ssenariyə görə – Dmitri Sobolyev
- Ən yaxşı operator işinə görə – Andrey Jeqalov (ölümündən sonra)
2007-ci ilin Nika mükafatı
redaktə- İlin ən yaxşı filmi
- Ən yaxşı ikinci plan kişi roluna görə – Viktor Suxorukov
- Ən yaxşı kişi roluna görə – Pyotr Mamonov
- Ən yaxşı rejissor işinə görə – Pavel Lungin
- Ən yaxşı operator işinə görə – Andrey Jeqalov (ölümündən sonra)
- Ən yaxşı səs rejissoru işinə görə – Stefan Albine, Vladimir Litrovnik, Stepan Boqdanov
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ "Премьера фильма "Остров" Павла Лунгина". 2016-03-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-09-15.
Xarici keçidlər
redaktə- ostrov-film.ru Rəsmi sayt
- "Ada" — süjet və iki fikir: müsbət və mənfi
- Кошк М., Деболд Э. Оживляя русскую душу // Журнал «Что такое просветление?» — № 38, октябрь—декабрь 2007. Arxivləşdirilib 2009-08-31 at the Wayback Machine
- "Ada" filminin çəkiliş məkanları (18 şəkil) Arxivləşdirilib 2016-03-06 at the Wayback Machine